Dünyanın ən kədərli abidələri

1. Dunay çayı sahilindəki dəmir ayaqqabılar
2005-ci ildə qoyulan bu abidə yəhudilərin çay sahilində güllələnməsinə aiddir. Almanlar II İkinci Dünya Müharibəsi zamanı 1944-1945-ci illərdə gülləyə qənaət etmək üçün, burada insanların ayaqqabılarını çıxartdıqdan sonra, onları bir-birinə bağlayıb və sadəcə birinə atəş açıblar. Hər dəfə atəş açılan şəxs çaya düşdükdən sonra arxasınca digərlərini də çəkib aparıb. Hazırda Dunay çayı sahilində 60 cüt uşaq və böyük ayaqqabısı var.

Davamı →

Qız qalası yaxınlığındakı abidə

Bakıda Qız qalası ətrafında ikimərtəbəli karvansaray yaxınlığında yerləşən, istifadəsiz qalmış bir abidə müəyyən zamanlarda “Alban kilsəsi”, “Erməni kilsəsi” və yaxud “Müqəddəs Varvara” kilsəsi kimi tanınmışdır. XIX əsrin II yarısında kilsənin qarşısındakı keçmiş “Varvarevskaya” küçəsi də (indiki H.Rzayeva küçəsi) bu kilsənin o dövrdəki adı ilə adlandırılmışdır. Ümumiyyətlə, Qafqazda, Rusiyada və Avropada “Müqəddəs Varvara” adlı kilsələr çoxdur. Bu kilsələr, bütpərəst ailəsində doğulub, daha sonra xristianlığı qəbul etdiyi üçün 306-cı ildə öldürülmüş və sonradan müqəddəslik almış Varvaranın şərəfinə ucaldılmışdır.

Davamı →

Dini abidələrimiz – qədim alban məbədləri

Azərbaycan etnik və dini tolerantlığın nümunəvi modeli kimi hazırda bütün dünyaya örnək sayılır. Əsrlərdir ki, ölkəmizdə məskunlaşan onlarla azsaylı xalq və etnik qrup sülh şəraitində birgəyaşayışın,  etnomüxtəlifliyin zəngin sintezinin, multikulturalizmin və mədəni mübadilənin mükəmməl nümunəsini  beynəlxalq ictimaiyyətə sərgiləyir.

Davamı →

Stounhencin sirri

Əvvəlcədən qeyd etmək istəyirəm ki, mən heç vaxt İngiltərədə olmamışam. Oranın təbii şəraitini, tarixi abidələrini öz gözümlə görməmişəm. Biologiya-coğrafiya müəllimi olduğum üçün Böyük Britaniyanın coğrafi mövqeyi, geoloji quruluşu, relyefi, ölkənin tarixi-coğrafi inkişafı haqqında məlumatları öyrənməyə çalışmışam. Bu yaxınlarda elmi kitabların birində Stounhenc (daş hasar) haqqında qısa olaraq yazılmış bir məlumat diqqətimi cəlb etdi. Orada yazılmışdır ki, abidənin tikilməsində məqsəd Britaniyanın müxtəlif xalqlarını birləşdirmək olmuşdur. Yazını oxuyan zaman belə bi sual məni düşünməyə vadar etdi. Doğrudanmı, dünyanın ən möhtəşəm və sirli abidəsi xalqları birləşdirmək məqsədi ilə tikilmişdir? Sualın cavabı ilə əlaqədar olaraq fikirlərimi dağıtmağa çalışdım. Lakin, xeyli vaxt keçsə də, sual başımdan çıxmadı. Əksinə, təsadüfən başqa bir yazıda mənə rast gəldi ki, abidənin tikintisində istifadə olunan daşlar başqa ərazilərdən, daha çox Avropadan gətirilmişdir.

Davamı →

Azərbaycanın təbii abidələri

Hidrogeoloji abidələr
Mineral mənbələr hidrogeoloji abidələrlə əlaqəli olur. Onlar Azərbaycanın ərazisində geniş yayılıb. Kimyəvi tərkibinə görə burada mineral mənbələrin 10-dan çox növü aşkar olunmuşdur. Hidrokarbonat, hidrokarbonat-xlorid, hidrokarbonat -xlorid-sulfat, hidrokarbonat-sulfat, xlorid-hidrokarbonat, sulfat-xlorid və kuporos. Bunlardan başqa, qeyri müəyyən kimyəvi tərkibə malik bəzi mənbələr var. Mənbələrin boşalması gün ərzində 10-dan 100 min litrə çatır. 30-dan çox mənbənin su hərarəti, 20 dən +700 C dərəcəyə qədər təşkil edir.
Ardı →