Payız allergiyalarının səbəbi

Mövsüm dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Havalar soyuduqca rast gəlinən xəstəliklər sırasında mövsümi allergiyalar da çoxalır. İmmun sistemi zəifdirsə, onda müxtəlif xəstəliklərə tutulma ehtimalı da yüksəlir. Yuxarı tənəffüs yolları sistemi dəyişən havaya qarşı daha həssas olur və bu zaman allergik xəstəliklərdən əziyyət çəkənlərdə ciddi problemlər yaranır. Uşaq Bərpa Müalicə Mərkəzinin həkim-allerqoloqu Pərvanə Hüseynova deyib: “Allergenlər hər mövsümə uyğun olaraq müxtəlifdir. Orqanizmdə hər hansı reaksiyaya səbəb olan amillər allergenlər hesab olunur.

Davamı →

Uşaqlarda allergiya və ondan qorunma

Allergiya ana və atadan irsən keçən xəstəlikdir. Bu xəstəlik orqanizmin allergenlərə qarşı dözümlü olmaması nəticəsində zərər görməsidir. Allergiya toxunmaqla dərini, qoxu ilə gözləri, toz vasitəsilə burunu və bronxları zədələyir. Bu səbəbdən də, heç bir körpə uşağın allergiyaya tutulmamaq şansı yoxdur. Çünki texnologiyanın bu qədər yüksək inkişaf etdiyi, ekologiyanın bu qədər korlandığı bir zamanda körpə uşaqları çevrədən tədric eləmək mümkünsüzdür.

Davamı →

Allergiya üçün təbii vasitələr

Geyinilən paltar, qəbul olunan qidalar və  məişətdə allergenlər çoxaldığına görə (çünki süni iplərdən toxunmuş paltarlar, sintetik yeməklər və kimyəvi tərkibli yuyucu vasitələr gündən günə artır) allergik xəstəliklər də artır. Allergiya deyəndə ilk növbədə ağıla bədəndə səpgilər və qaşınma gəlir. Onlar allergiyanın ilkin əlamətləridir, lakin bunlarla yanaşı bronxial astma kimi illərlə davam edən xəstəliklər də var.
Allergiyası olanlar bədənin allergenə, yəni allergiya törədən maddəyə qarşı müqavimətini artırmaq üçün nələr etməlidir? Xəstəliyin qarşısını almaq üçün illərin sınağından çıxmış üsullardan istifadə etmək olar. Həmin üsulların biri kömək etməyəndə digərini sınamaqdan çəkinmək lazım deyil, çünki əlavə ziyanlı təsirləri yoxdur, orqanizmin möhkəmləndirilməsi üçün də istifadə edilə bilər.
Davamı →