Sovet liderləri hansı alkoqollu içkilərə üstünlük verib?

Rusiyanın istehsal etdiyi alkoqollu içkilər, xüsusilə «vodka” adı ilə təqdim olunan araqlar dünyanın bir çox ölkələrində məşhurdur. Bu məşhurluğun iki səbəbi var — birincisi onun keyfiyyəti ilə bağlıdırsa, ikincisi də rusların özünün arağa olan münasibətindən, öz məhsullarını böyük „sevgi” ilə təqdim etməsindən irəli gəlir.
Çoxları rus arağının kəşfində “günah”ı Mendeleyevdə görür. Belə ki, o, 1885-ci ilin yanvar ayında „Spirtin su ilə birləşməsi” mövzusunda dissertasiya işi yazıb. Əslində isə hələ kimyaçı alimin elmi yaradıcılığından çox-çox əvvəllər ruslar çörəkdən spirt düzəldərək, üzərinə su əlavə etməklə araq hazırlayıblar və ilk dəfə Moskvada içki verilən iaşə müəssisəsi 1533-cü ildə açılıb.
Davamı →

Alkoqollu içkilərdən azad olmaq

Alkoqolizmdən bir sıra bitki dəmləmələrinin köməyi ilə də azad olmaq mümkündür.
Kopor çayı – «Ensizyarpaq xamerion” adlı bitkinin yarpaqlarından hazırlanan bu çay Rusiayada geniş tətbiq edilir. Hələ 12-ci əsrdən məşhur olan içki Avropada da böyük populyarlıq qazanıb. „İvan çay” kimi də tanınan dəmləmənin tərkibindəki C və P vitaminləri immuniteti artırır, damarların divarlarını bərkidir, bədəndəki toksinləri və ağır metalları xaric edir. Bir sıra zəhərlənmələr zamanı, həmçinin radiasiya şüalanmasının təsirlərini azaltmaq üçün istifadə edilir. “Kopor çay”ı alkoqol zəhərlənməsi zamanı da işə yarayır.
Alkoqolun verdiyi ağırlıq hissini aradan qaldırmaq üçün „İvan çay”ı 5/1 hissə kəklikotu ilə qarışdıraraq dəmləyin. Gün ərzində 5-7 fincan (bal ilə) qəbul etmək olar.

Davamı →