Alma sirkəsi

Alma sirkəsi təbii məhsul olduğuna görə onun güclü təsirə malik olmasına şübhə ola bilməz. Alma sirkəsinin tərkibində mikrobları və bakteriyaları öldürmək qabiliyyətinə malik olan çoxlu bioloji aktiv maddələr var. Kokosun yetişdiyi tropik ölkələrdə bir çox müxtəlif problemlərdən xilas olmaq üçün kokos yağından istifadə edirlər. Bizim bu məqsədlə istifadə etmək üçün isə ən qiymətli məhsulumuz təbii yolla hazırlanmış alma sirkəsidir.

1. Boğaz ağrısı əleyhinə
¼ stəkan alma sirkəsi 1 stəkan isti suda qarışdırılır. Bu qarışımla boğazı qarqara etmək ağız boşluğunda və boğqazda olan zərərli mikrobların məhv olmasına səbəb olur.
Davamı →

Alma sirkəsi ilə gözəlləşin

Çoxları alma sirkəsinin saçlara müsbət təsir göstərdiyini bilir. Amma onun dəri üçün də faydası da şübhəsizdir.

Kosmetoloqlar dəri problemləri olanlara bu məhsuldan faydalanmağı tövsiyə edir. Alma sirkəsinin tərkibində ölü hüceyrələri təmizləyib dərini yeniləyən alfa-hidroksid turşusu var. Yeri gəlmişkən, bu komponentdən tanınmış markaların bahalı kosmetik vasitələrində də istifadə olunur, lakin o, alma sirkəsində daha çoxdur.

Alma sirkəsinin dəriyə faydalarını saymaqla bitməz. Belə ki, dəri yağlılığını tənzimləyib normallaşdırır, antibakterial xüsusiyyətlərə malikdir, dərini nəmləndirir.

Alma sirkəsini qaynanmış su ilə qarışdırıb pambıq disklərlə üzünüzü silin. Sirkə piqment ləkələrini də dəridən təmizləyir. Bunun üçün sirkəli pambıq disklərini piqment ləkələrinin üstünə qoyub, 20-30 dəqiqə saxlamaq lazımdır.

Nəzərə alın ki, mağazalarda satılan sirkələr dəridə qıcıqlanmaya səbəb ola bilər. Odur ki, yalnız təbii alma sirkəsindən istifadə edin.
Davamı →

Ləkələri aparmaq üçün sadə üsullar

Ev şəraitində dərinizdə olan ləkələri aparmaq üçün alma sirkəsindən və sudan eyni miqdarda götürüb bir qabda qarışdırın. Vam odda qaynadın, üzünüzə buxar vannası edin. Eyni zamanda, alma sirkəsi və su qarışığı ilə üç-dörd gündən bir üzünüzü silin.




Zirə toxumunu qaba töküb, üzərinə su əlavə edib qaynadın. Əldə edilən suyu soyuduqdan sonra üzə masaj edərək sürtün. Bu həm ləkələri aradan qaldırır, həm də dərini canlandırır.


Davamı →

Almanın faydaları

  • Flora
alma və alma sirkəsi
Alma və alma sirkəsinin təbii gözəllik və sağlamlıq qaynağı olduğunu bilirdiniz?
Dəri baxımı, saç baxımı, sızanaq, dəridəki ləkələr, köklük və daha nələrə xeyri olan alma tam bir möcüzədir.

 Xüsusilə alma sirkəsi sağlamlıqla parlayan saçlar, ləkəsiz bir dəri və incə, gözəl bir bədənə qovuşmağınız üçün əhəmiyyətli rol oynayar.

Bir stəkan suyun içinə 1-2 xörək qaşığı alma sirkəsi qoyun. İçinə 1 xörək qaşığı bal əlavə edib səhərlər nizamlı olaraq ac qarınına için. Bu arıqlamağa görə ən effektiv üsuldur.
Davamı →