Düzgün alt paltarını necə seçmək olar?

Alt paltarı seçimi çox həssas, eyni zamanda vacib mövzudur. Qızların 70% -dən çoxu alt paltarını səhv seçir. Uğursuz seçim narahatlığa və gün boyu qaşıntı, qızartı, dəri zədələrinə səbəb ola bilər. Bu yazımızda sizi, düzgün alt paltarı haqda bilmədiklərinizə tanış edəcəyik.

Davamı →

Səhv büsqalter geyindiyinizi göstərən 3 işarə

Şıq büstqalter, cəlbedici büstqalter, günlük büstqalter deyərkən, iç camaşırı süyürməmiz büstqalterlərlə dolub-daşır. Bəs bu büstqalterlərdən neçəsi rahatdır? Büstqalterləri hansı dəyərlərə görə alırsınız? Rahat olduqlarına görəmi yoxsa tam oturduqlarına görəmi? Düzgün büstqalteri seçmək sinənin sağlamlığı üçün də çox vacibdir. Buna görə də, siz oxucularımız üçün səhv büstqalter geyinməyə işarə edən bəzi nöqtələri araşdırdıq və onlardan 3-ünü sizə təqdim edirik.

“Bunu tez çıxarmalıyam” deyirsinizsə
Əvvəlcə gün ərzində “evə gedim, tez bu büstqalteri çıxarım” deyirsinizsə, bu işdə bir yanlışlıq var. Düzdür, hər bir qadın büstqaltersiz daha rahatdır. Amma gün ərzində evə gedib rahatlanacağınız anı beyninizdən bir kənara atmırsınızsa, bunun bir səbəbi düzgün büstqalter geyinməməyinizdir. İlk olaraq, sizi narahat edən səbəbi tapmalısınız. Bu, səhv ölçü və ya səhv içli büstqalter geyinməyiniz ola bilər. Problem səhv ölçüdürsə, bunu uyğun ölçülü büstqalerlə həll etmək olar. Yox, əgər problem içlikdədirsə, o zaman içliksiz və ya fərqli içlikli büstqalterlərə yönəlik seçim edin. Məsələn, incə krujevalı büstqalterlər çox rahatdır və əyninizdə olduğunu hiss etməyəcəksiniz.
Davamı →