Ana dili şeiri | Bəxtiyar Vahabzadə

 

Ana dili


Dil açanda ilk dəfə «ana» söyləyirik biz,
«Ana dili» adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.

 

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir…onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.


Davamı →

Ana dilim | Ana dili haqqında mənalı şeir

Ana dilim şeiri

Hər dili öyrənmək yaxşıdır, amma-
Öz ana dilini bilməmək günah.
İnsanlıq dünyanın baxşıdır, amma-
Dil ilə açılır həyata sabah.

Bu dillə öyrəndik ana sözünü,
Vətənin hər qarış yerin sevməyi.
Bu dillə tanıdı millət özünü,
Başladı həyatı dərin sevməyi.


Davamı →

Orta əsrlər ədəbiyyatı

Ədə8biyyat və sənət tarixin yol yoldaşıdır. O, xalqın ictimai tarixi ilə bərabər addımlayır və tarixi (faktları) təsdiq edir. Lakin ədəbiyyatı — bədii sənəti tarixin gedişatından tam asılı hesab etmək doğru deyil. Ədəbiyyatın, ümumən, bədii sənətin öz stixiyası var. Bədii proses deyil (materializm-marksizmin iddia etdiyi kimi!) daha çox tarix bədii prosesdən, bədii təxəyyüldən asılıdır. İstedadla, sənətkarlıqla, ilhamla yaradılmış ədəbiyyat tarixə yol açır, onu hələ keçmədiyi yerlərə yönəldir, prioritetlərini təyin edir.

Davamı →

Ana dilimiz ulularımızın bizə əmanətidir! - Həmayil Əhmədqızı

Bəzən uzun illər səni narahat edən, tez-tez qarşılaşdığın problem haqqında düşüncələrini, fikirlərini qələmə almaq istəyirsən, ancaq nədənsə, beyninin vərəqlərindən yazıya köçürə bilmirsən. Nəhayət, birdən elə hadisəylə üzləşirsən, səndən asılı olmadan qələmi əlinə götürüsən.
Sentyabr ayı idi. Özəl orta məktəbin yaxınlığından keçirdim. Kiçik yaşlı uşaqlar dərsdən çıxırdı. Dünyanın bəlası virus onların əhval-ruhiyyəsinə o qədər də təsir etməmiş, səs-küylərini, sevinclərini əllərindən ala bilməmişdi.

Davamı →

Ünsiyyət mədəniyyəti

dilin duşmənləri   Şifahi nitq mədəniyyəti, adi danışıq tərzi, insanların bir-birləri ilə anlaşması və ünsiyyətdə olması, mahnılar, ifalar, adi telefon söhbətləri belə dilin inkişafında mühüm rol oynayır. Bu mənada dünyanin ən qədim və zəngin dilləri sırasında ana dilimizin də öz yeri vardır. Təsadüfi deyil ki, antik ədəbi abidələrimizdən olan “Kitabi-Dədəd Qorqud” dastanlarının dili bu gün də hamını heyran etməkdədir. Hər bir dilin zənginləşməsində isə gündəlik həyatda işlənən şifahi nitq mədəniyyətinin, adi danışıq tərzinin, insanların bir-birləri ilə ünsiyyətdə olmasnın mühüm əhəmiyyəti vardır. Bir sözlə, hər bir insanın söz demək, danışmaq, öz fikrini başqalarına çatdıra bilmək qabiliyyəti onun danışıq mədəniyyətinin göstəricisidir. Bəs biz necə danışırıq? Adi məişətdə, ictimai yerlərdə, işdə, bazar-dükanda rastlaşdığımız insanlarla ünsiyyət qurarkən ana dilimizin gözəlliyini, zənginliyini, şirinliyini, danışıq mədəniyətimizi nümayiş etdirə bilirikmi? İşlətdyimiz sözlərin mənasına, vurğusuna, səsimizin tonuna diqqət yetiririkmi? Axı, ünsiyyət mədəniyyəti insanın digər bütün mənəvi keyfiyyətləri içərisində daha çox diqqət cəlb edir və dinləyənlərdə haqqımızda çox güclü təəssürat yaradır.
Ardı →