Animasiya kinomuzda qadınlar

  • Kino
1892-ci ildə Çarlz Emil Reyno Qrevin muzeyi ilə gündəlik nümayiş üçün və illik proqram tərtib etmək üçün müqavilə bağladı və Reyno filminin ilk nümayişini 28 oktyabrda həyata keçirə bildi. Onun nümayişi ilk animasiya kinosunun nümayişi kimi tarixə düşdü.
2002-ci ildən 28 oktyabr günü Beynəlxalq Animasiya Kinosu Assosiasiyası (ASİFA) tərəfindən Beynəlxalq Animasiya Günü hesab edilir.

Davamı →

Animasiya filmlərində heyvan obrazları

  • Kino
Təmsillərdə, nağıllarda və animasiya filmlərində bir çox heyvanların obrazları stereotipləşib. Filmlərdə və təmsillərdə heyvanlarla tanış olan uşaqlarda, hətta böyüklərdə onlara qarşı dəyişməz münasibətlər formalaşıb.
Məsələn, tikanlı kirpini uşaqlar çox sevirlər, ancaq qurbağadan çox da xoşları gəlmir, hətta xoşları gəlməyən heyvanlara qarşı qəddarlıq göstərə bilirlər.
Kirpi tikanlı olduğu halda, cizgi filmlərində mehriban və xeyirxah obraz kimi göstərilir. Azərbaycan animasiya  kinosunda kirpi obrazı bir çox cizgi filmdə yer alıb. Bunlardan ən məşhurları «Kirpi balası və alma», «Xeyirxah kirpi», «Mərhəmətin dadı» filmləridir.

Davamı →

Animasiya sənəti

Kino hər zaman bizim üçün maraqlı və əyləndirici həmsöhbət olmağa çalışıb. Uşaqdan böyüyədək bütün tamaşaçıların ən sevimli həmsöhbəti — animasiyadır.
Rəsmlərdə hərəkətin təsvirinə dair ilk cəhdlər Paleolit dövrünün mağara rəsmlərinə aid edilir. Mağara divar rəsmlərində heyvanları bir-birinə dolaşan çoxlu ayaqla təsvir edərdilər.
Fransız Emil Reyno ilk və əsl animator hesab edilir. O, hərəkətli rəsmlərin nümayişi üçün fırlanan barabandan, güzgü sistemi və fənərdən ibarət olan optik cihaz — praksinoskop aparatı icad etdi. 1892-ci ildə Reyno özünəməxsus attraksion — optik teatr yaradır. Burada o, tamaşaçılara 15-20 dəqiqə davam edən komik süjetlər nümayiş etdirir.
Davamı →

Uşaqlar üçün çəkilən, böyüklərin sevimli animasiyası - Up

  • Kino
“Yuxarı” (“UP”) animasiya filmi təkcə uşaqların deyil, böyüklərin də həvəslə və maraqla izləyə biləcəyi ekran əsəridir. “Pixar Animation Studios”un çəkdiyi sayca 10-cu tammetrajlı 96 dəqiqəlik filmdə 78 yaşlı Karl Fredriksenin çoxdan arzuladığı macəra axtarışına çıxmasından, bunun üçün ideyalar sərhədini aşan “uçan ev” hazırlamasından və Cənubi Amerikada Cənnət şəlalələrinə yol almasından bəhs edir.

175 milyon dollarlıq büdcəsi olan filmin rejissoru Pit Dokter hətta zarafatla izləyicilərə “Xahiş edirəm, animasiyaya baxdıqdan sonra heç kəs belə bir ev hazırlamaq fikrinə düşməsin” deyib…
Davamı →

Animatorların məxfi kodu- A113

Disney, Pixar və digər studiyaların saysız-hesabsız cizgi filmlərində gizlənən bir məqam var. Siz onu dərk etmədən və əhəməyyət vermədən dəfələrlə görmüsüznuz: A113 kombinasiyası cizgi filmilərində illər ərzində yaranıb. Gəlin araşdıraq görək bu nə rəqəmdir və nəyi ifadə edir:

«Oyuncaqların tarixi» cizgi filimində maşının nömrəsinə diqqət yetirin


Ardı →

" Wall-E " Animasiyası Haqqında Şəxsi Fikirlərim.

Pixar hansı ki, əsasını Stiv Cobs qoyub, növbəti bir şedevrini yaradıb. Animasiya 2008 — ci ildə çəkilsə də mən gec baxmışam. Filmlər və animasiyalara internetdən yükləyib baxmaq həvəsi məndə yenidir. Pixar studiyasının çəkdiyi animasiyaları səmimi qəbul edirəm. Bəlkə də elə Pixar studiyasının uğurunun kökündə bu durur. Dreamworks studiyası artıq çəkdiyi animasiyaları uğurla izlədə və ya sata bilmir. Ümumiyyətlə belə optimistik və müsbət enerjini hər animasiya velə bilməz. Animasiya bir çox mesajlar ötürür bizə. Əlbəttə balaca uşaqların buna baxb o mesajları başa düşməkləri çətin məsələdir amma mənim kimi yarı uşaq yarı yetkin adam bəzi şeyləri başa düşür.:) Animasiyanın süjet xətti belədir:
Ardı →