Narahat ayaq sindromu

Gecəni səhərə kimi yatmayıb, ayaq ağrısından şikəyətlənənlərdə ağrının səbəbi əksər hallarda narahat ayaq sindromu ilə əlaqədar olur.

Narahat ayaq sindromu (NAS) aşağı ətraflarda sakitlik halında, xüsusən də gecə yatarkən baş verən xoşagəlməz hissiyyat və ağrıdır.

Statistika göstərir ki, dünya əhalisinin hər 10 nəfərindən birində həmin narahatlıqlar müşahidə olunur. Bütün yaş qruplarında olanlar narahat ayaq sindromundan əziyyət çəkə bilər, lakin ona daha çox orta yaş qrupu və yaşlılarda rast gəlinir.

Şikayət hallarının yarıdan çoxunda heç bir nevroloji və ya somatik xəstəlik aşkar olunmur. Ona görə də xəstəyə birincili və ya idiopatik NAS diaqnozu qoyulur.

Birincili NAS çox vaxt irsi xarakter daşıyır və 30 yaşa qədər meydana çıxır. Lakin bir çox tədqiqatçılar ağrının yaranmasında xarici mühit faktorlarının da əhəmiyyət daşıdığını qeyd edirlər.


Ardı →

Daban çatları

Yay aylarında bir çox insanlar dabanlarda olan çatlardan əziyyət çəkir. Çatlar qanayır, ağrıyır, insana yerimək çətin olur.

Müalicəsiz buraxılmış çatlar yaralara çevrilir, irinləyir. Bu halda insan mütləq peşəkar tibbi yardım üçün həkimə (dermatoloq, cərrah) müraciət etməlidir.

Şəkərli diabet, qalxanvari vəzi xəstəlikləri, piylənmə, qastrit və s. pozulmalardan, avitaminozdan (vitaminlərin çatışmazlığı) əziyyət çəkən insanlar, yaşlı insanlar daban çatlarından daha tez-tez hallarda əziyyət çəkir.

Dabanlarda çatların əmələ gəlməsinə bir çox hallarda yayda geyinilən açıq ayaqqabılar ("şap-şap", sabo və s.) səbəb olur. Belə ayaqqabıların arxa hissəsi daim dabanları vurur və bunun nəticəsində bu hissədə olan dəri codlaşır və çatlayır. Bu səbəbdən əgər siz daim daban çatları problemi ilə üzləşirsinizsə, bağlı ayaqqabıya keçin. Təbii ki, ayaqqabı yüngül, «nəfəsalan» və təbii dəridən və ya təbii parçadan olmalıdır.

Ayaq dərizinə düzgün olmayan baxım da çatların əmələ gəlməsi səbəb ola bilər. Əgər insan daim pəncə nahiyəsini çox tez-tez və güclü şəkildə pemza (daban daşı) və digər bu kimi vasitələrlə sürtürsə, bu da çatların əmələ gəlməsinə gətirib çıxarda bilər.

Çatlar göbələk infeksiyanın əlaməti də ola bilər. Bu halda həkimin təyinatı ilə xüsusi göbələk əleyhinə preparatlardan istifadə olunmalıdır.
Ardı →

Ayaq sağlamlığı üçün ayaqqabı necə olmalıdır

Ortopedlər ayaq sağlamlığı üçün dikdaban ayaqqabının hündürlüyünü açıqlayıblar.

Türkiyə mətbuatının verdiyi məlumata görə, İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsinin professoru Tahir Ögüt hündür ayaqqabıların xüsusilə baş barmağın deformasiyasına səbəb olduğunu bildirib.

«Ayaq sağlamlığı üçün dabanın hündürlüyü 4 sm-dən artıq olmamalıdır. Yüksək daban onurğa sütununu zədələdiyi kimi, ayaqlara da böyük zərər vurur.
Tamamilə düz ayaqqabı da məsləhət görmürük. Ayaqqabının dərisi yumşaq olmalı, ayaq özünü rahat hiss etməlidir»? deyə T. Ögüt qeyd edib.


Davamı →