Bürclərin xüsusiyyətləri

Qoç – hər zaman öndə olmağı sevən qoçlar doğuşdan öndər xüsusiyyətlərini daşıyır. Qoç bürcündə olanlar çox güclü olur, bitmək bilməyən mübarizə və arzu hissi ilə coşurlar.
Bu insanlar başqalarının əmri ilə işləməkdən nifrət edir və olduqları mühitdə rəhbər vəzifəsinə yüksəlmək üçün əllərindən gələni edirlər. Çox az hallarda istəklərinə nail ola bilımirlər. Bu zaman isə tək başına iş qurmağı düşünülər.

Buğa – bu bürcün sahibləri olduqca səbrli, qərarlı və güvənli insanlardır. Həyatda müəyyən məqsəd və hədəfləri var. Onlara nail olmaq üçün böyük səbr və inadla çalışırlar. Eyni zamnda həyatdan zövq almağı da bacarırlar.
Başa düşən və xoş niyyətli biridir. Tənbəllik etməsələr, başladığı işi tez bitirirlər. Bu bürcün insanları digərlərindən fərqli oalraq, çox gözləməyi bilir.
Bəzən sırf səbrli olduğu üçün böyük uğur əldə edə bilər. Ani dəyişiklik və təəccübləndirici yeniliklərdən xoşlanmır. Xüsusən də maddi vəziyyətlərdən risklərdən özünü qorumağı bacarır.

Əkizlər  — əkizlər bürcü ağıl və düşüncəni təmsil edən bürcdür. Son dərəcə güclü və aktiv beyni var. Hər şeyə marağı olduğu üçün hamısını birdən öyrənmək istəyir.
Davamı →

Ən varlı bürclər

Pul barəsində hansı bürc daha şanslıdır. Bürcünüzə görə pul barəsində nə qədər şanslı olduğunuzu aşağıdakı yazıdan öyrənin. 

Qoç bürcü – qoçlar öz həyatı üzərində qumar oynamağı sevir. Riskli olmağı sevdiyi üçün pul yatırımı edir. Bu onun ruhi cəhətdən razı olmasına və özünəinamının inkişaf etməsinə yardım edir. Kiçik də olsa, öz işinin rəhbəri olmaq istəyir. Rəhbər olmaq azadlığını və rahatlığını təmin edir. Pulu yığmaq onlar üçün çox çətin bir işdir. Həmişə yeni fikir və ideyalar axtarışında olması, xərclərinin azalmasına icazə vermir.

Buğa bürcü – buğalar maddi vəziyyətlərdə olduqca tədbirli, səbrli və planlı hərəkət edir. Təcrübəsi olmayan buğalar, özünün güvənsiz hiss etdiyi üçün əvvəlcə ruhi, sonra isə fiziki problemlər yaşaya bilər. Borc almağı qətiyyən sevmir və borc verməkdən də xoşlanmır. Heç kimə möhtac olmamaq və ayaq üstə dura bilmək üçün  müxtəlif yollara əl atır.
Davamı →

Bürcünüzə uyğun peşələr

Qoç: Lider ruhlu qoç bürcü  rəhbərliyi özü idarə edən iş sahələrində müvəffəqiyyət qazanar. Cəsarət tələb edən hər növ işin öhdəsindən gələ bilər. Buna görə əsasən, hərbi sahədə, personal məsuliyyəti olan peşələrdə, ticari həyatda risk almağı tələb edən işlərdə  çalışar.  Cəsarətli davranışlarını istifadə edərək gəlir əldə edə biləcəyi peşələrdə son dərəcə müvəffəqiyyətlidir.

Buğa: Buğa bürcləri  Venera planetinin verdiyi təsir ilə yaradıcı gücü çox qüvvətli olan insanlardır.  Diqqət etsəniz görərsiniz ki, incəsənətin müxtəlif sahələrində müvəffəqiyyət əldə etmiş bir çox sənətçi buğa bürcündəndir.  Zərgərlik, heykəltaraşlıq, dizayn və.s bu kimi peşələrdə çox bacarıqlı olurlar. 
Davamı →

Bürclər və karyera

Hər bir insan yaxşı iş sahibi olmaq və yaxşı qazanc əldə etmək istəyir. Sevmədən görülən işin isə insana nə maddi, nə də mənəvi faydası ola bilər. Astroloqların fikrincə, insanlar bacarığına uyğun iş axtararkən hansı bürcdən olmalarını da nəzərə ala bilərlər. Bürclərlə bağlı aparılan araşdırmalar insanların hansı iş sahələrində daha bacarıqlı olduğunu söyləməyə imkan yaradır.
Astroloqlar deyirlər ki, lider olmaq arzusunda olan qoç bürcünün nümayəndələri idarəcilik sahəsində daha uğurludurlar. Bu bürc altında dünyaya gələn insanlar cəsarət tələb edən bütün işlərdə uğur qazanırlar. Bu baxımdan onlar hərbi sahələrdəki işlərdə, ticarət həyatında riskə getməyi tələb edən işlərdə də uğurludurlar.
Davamı →