Çəkiniz normaya uyğundurmu?

Bədən çəkiniz normaya uyğundurmu? Bunu bilmək üçün bədən kütləsi indeksini hesablayın. Bədən kütləsi indeksini bu formul ilə müəyyən edirlər: bədənin kütləsini (kq), boyun metrlə hesablanan ölçüsünün kvadratına bölürlər — bədən çəkisi (kq):boy (m2).

Məsələn, əgər sizin boyunuz – 1m 60 sm (1,6), çəkiniz isə 65 kq olarsa, bədən kütləsi indeksini təyin etmək üçün siz belə hesabat aparmalısınız = 65: (1,6x1,6) = 65: 2,56 = təxminən 25,4.

 

Nəticəni aldıqdan sonra cədvələ baxın:

 

Bədən kütləsi indelsi, кг/м2

Nəticə

20-dən az

Çəkiniz normadan azdır

20,0-24,9

Norma

25-29,9

Artıq bədən çəkisi

30-34,9

Yüngül piylənmə (I dərəcə)

35-39,9

Orta piylənmə (II dərəcə)

40 və artıq

Ağır piylənmə (III dərəcə)

 
 

 


Davamı →