Obezofobiya

Müasir insanlar öz bədən quruluşlarına çox tələbkar yanaşırlar və əksəriyyəti artıq çəki almamaq, kökəlməmək üçün çalışır. Əlbəttə ki, fanatizmə varmadan bu alqışlanası bir xüsusiyyətdir. Kökəlməkdən qorxu obezafobiya adlanır və bu cür pisixi pozuntusu olan insanlar düşündüyümüzdən daha çoxdur.

Çox vaxt nə xəstənin özü, nə də onu əhatə edən insanlar demək olar ki, xəstənin davranışında heç bir pataloji hal görmürlər, «xəstə» daima arıq və baxımlı olmağa çalışır. Kremli tort, şokolad kimi iştah açan qidalara qarşı həmişə laqeyd münasibət göstərdiklərinə görə belə şəxsləri nəfsinə qalib gələn iradəli biri kimi qiymətləndirirlər. Artıq çəkisi olan bir çox insan özünü əzmli və dözümlü saymır və digərlərinə paxıllıq edir.


Davamı →

Bədən quruluşunun tipinə görə geyim tərzi



Qadınların ən böyük problemi bədən quruluşuna uyğun paltar tapa bilməməsidir. Hər bir qadının bədənində bəyənmədiyi üzvləri var. Əgər bu yerləri düzgün şəkildə örtməyi öyrənsələr, həm özlərinə inamları artar, həm də daha şən olarlar.

Qadınlara xas 6 dəyişik bədən quruluşu var:

Armudvari, üçbucaq, düzbucaqlı, qum saatı, oval və paxlava formasında bədən quruluşu var. 

Əgər aşağı hissə yuxarıya nisbətdə daha kökdürsə, ombanız çiyinlərdən böyükdürsə, yumru baldırlara sahibsiniz. Əgər yuxarı hissə, yəni sinəniz böyükdürsə, ombanız və ayaqlarınız nazikdir. Bu problemləri həll etməyin müxtəlif yolları var. Bu 6 kateqoriyadan hansının aid olduğunuzu müəyyənləşdirib düzgün geyinmək qaydasını öyrənə bilərsiniz

1. Armudvari bədən qruluşu: Bu cür bədən quruluşa malik olan xanımların bədənlərinin üst hissələri daha kiçik olur. Aşağı hissə isə geniş olur. İncə uzun boyunları, kiçik sinələri, balaca qabırğaları və düzgün belləri var. Feminen adlanan mükəmməl belə sahibdirlər və onlara bu beli vurğulayan stillərin hamısı onlara çox yaraşır. Armudvari bədən quruluşuna sahib olduğunuzdan tam əmin deyilsinizsə, Rihanna, Cenifer Lopez və Beyonsu gətirin.
Geyim tərzi: Sırğa, boyunbağı kimi aksessuarlar gözləri böyük hissələrdən yuxarıya çəkməyə kömək edəcək. Çox dar olan geyimlərdən uzaq gəzin. Printli, şəkilli üstlər geyinərək diqqətləri alt bölgənizdən uzağa çəkə bilərsiniz. Daha çox bədənin üst hissəsi diqqət çəkici olmalıdır. Çox böyük üst geyimlərindən uzaq durun çünki sizi daha kök göstərə bilər.


Ardı →