Balıqlar haqqında uşaqlar üçün

ADİ TİKANBALIQ

Bu balığın pulları olmur. Avropa çaylarında, dənizlərə yaxın yerlərdə yaşayır. Adi tikanbalıq acgöz olur. Çayın dibində yosundan qolbaq şəklində yuva düzəldir; dişi balıq həmin yuvada kürü tökür, yuvasının yanında dayanıb ona göz qoyur. Tez-tez üzgəclərinin hərəkəti ilə yuvasının suyunu dəyişdirir.


Davamı →

Balıqlar haqqında maraqlı məlumatlar

 

 

  • Balıqlarda səs telləri yoxdur.Onlar əzələlərini titrədərək səs çıxarırlar.
  • Dodaq boyalarının çoxunun hazırlanmasında balıq pulcuqlarından istifadə edilir.
  • Balıqların çoxu yumurta qoyaraq çoxalır, lakin bəzi balıqlar, məsələn, böyük ağ köpəkbalığı balalarını doğaraq dünyaya gətirir.
  • Köpəkbalığı göz qapaqları olan yeganə balıqdır.
  • Tapılan ən qədim balıq qarmağı 42.000 il əvvələ aiddir.
  • Balıqlar da suda boğula bilər. İnsanlar kimi balıqların da oksigenə ehtiyacı var. Buna görə də suda kifayət qədər oksigen yoxdursa, boğulurlar.
 

Davamı →

Üzərək bizi müalicə edən balıqlar

Dünyanın əksər yerində insanlar hər ötən gün ev heyvanlarına xüsusi maraq göstərir. Ev heyvanları arasında balığa həvəsi olanlar da az deyil. Çünki bu su heyvanları evdə xüsusi sakit və psixoloji mühit yaradır, rahatlıq verir və insanları problemlərdən yayındırır.
“Jivoy uqolok” jurnalında dərc edilən məlumata görə səssiz-səmirsiz olan balıqları 2 xüsusiyyətə malik insanlar seçir. Biricisi aktiv, emossional və temperamentli insanlardır ki, onlar sakitcə üzən balıqlara baxdıqca sakitləşirlər. İkinci qrupa məxsus olanlar isə orijinal və bir qədər qeyri-adi düşüncə tərzinə malik insanlardır.

Davamı →

Balıqlar

Balıqlar (lat. Pisces) – Orqanizminin bütün mərhələsində qəlsəmə ilə tənəffüs etmək xüsusiyyətinə malik olan çənəağızlı onurğalı su heyvan qruplarının sinifüstü.

Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm də atmosfer havası ilə tənəffüs edir. Bəzi növlərdə əlavə tənəffüs orqanları inkişaf etmişdir. Balıqlarda hərəkətli çənələr, tək və cüt üzgəclər əmələ gəlmişdir. Tək üzgəclərə bel, quyruq və anal üzgəcləri, cüt üzgəclərə isə döş və qarın üzgəcləri aiddir. Başın üstündə öndə bir cüt qoxu dəliyi yerləşir. Dərinin üzəri, adətən, pulcuqlarla örtülü olur. Bədən forması çox müxtəlifdir.


Davamı →

Balina balıqdır, yoxsa məməli?

İnsanlar balinanın nəhəng balıq olması barədə hələ qədim zamanlarda düşünmüşlər. Onların mühakimələri balina və balıqların zahiri oxşarlığına, eləcə də yalnız suda yaşamalarına əsaslanırdı. Eyni zamanda hələ Aristotel balina və delfinlərin məməli canlı olduqları fikrini irəli sürmüşdü. Lakin onun mülahizələrinin tutarlı sübutu olmadığından şübhə ilə qarşılanmışdı.

Sonralar insanlarda balinaların həyat tərzini tədqiq etmək üçün yeni-yeni imkanlar açılıb. Balinaların niyə məməli olması haqqında danışmazdan öncə, gəlin, məməlilərin, prinsipcə, nə olduğunu müəyyən edək. Adından da məlum olduğu kimi, məməlilər süd ilə qidalanan, daha dəqiqi süd ilə bəslənənlərdir. Beləliklə, balinaları müşahidə edərkən dişilərin balanı doğduqları və onları süd ilə bəslədikləri aydınlaşıb. Balıqlar isə kürü tökür və bunun da nəticəsində nəsilləri artır. Əlbəttə ki, balıqların balalarını süd ilə bəsləməsindən söhbət gedə bilməz. 
Davamı →

Balığın ürəyi varmı?

Bizə əsla bənzəməyən məxluqlarda insanınkına çox oxşayan və təqribən eyni cür işləyən orqanların olmasını bəzən təsəvvürə gətirmək çox çətindir. Çoxları düşünür ki, balıq suda yaşayırsa və qanı soyuqdursa, deməli, onun daxili orqanları və ya hər hansı hissi yoxdur.

Əslində isə balığın daxili quruluşu istiqanlı ali heyvanların daxili quruluşuna çox oxşayır. Bir çox alimlərin fikrincə, bu oxşarlıq quruda həyatın dənizdən başlandığını isbat edir. Balıqlar nəfəs alır və qidanı həzm edir. Onların sinir sistemi var. Buna görə də ağrı hiss edir, fiziki narahatlıq keçirir. Onlar çox həssasdır. Dad bilir. Ən həssas yeri dərisidir. Baş hissəsində yerləşən burun deşiklərində iki kiçik iybilmə orqanı var. Balığın xarici eşitmə orqanı yoxdur. Gözləri onurğalıların başqa növlərində olduğu kimi olsa da, daha sadə quruluşa malikdir.
Davamı →

Balıqları seyr etmək sakitləşdirir

Akvarium balıqlarının həvəskarları bilirlər ki, onları seyr etmək əsil zövqdür. Balıqların bitkilərin arasında, parıldayaraq və gözoxşayan görünüşlə üzmələri əhval-ruhiyyəni qaldırır. Hər hansı yerdə — qonaq gedərkən, zoomağazada və ya ticarət mərkəzində akvarium gördükdə qeyri-ixtiyari qarşısında ayaq saxlayır və onları izləməyə başlayırıq.

Sübut olunub ki, balıqları izləmək sadəcə estetik zövq deyil, eyni zamanda üzən canlılara baxmaq sağlamlıq üçün faydalıdır. Balıqların orqanizmə rahatladıcı, sakitləşdirici təsiri şübhəsizdir. Bununla bağlı araşdırma aparan alimlər bu nəticəyə özləri də təəccübləniblər.
Davamı →

Qanadları olmadan uçan və havada süzən canlılar

Allahın yaratdığı mükəmməl xüsusiyyətlər sayəsində bəzi canlılar quşlar, yarasalar və həşəratlar kimi havada uçmasalar da bir ağacın təpəsindən özlərini paraşüt kimi buraxır və ya dənizdən çıxaraq suyun üzərində süzürlər.

Bu canlılar suyun üzərində, meşənin dərinliklərində ağacların arasında və ya labirint formasındakı mühitdə təhlükəsiz şəkildə ağırlıqlarını ustalıqla paylayaraq, pərdə, oynaq və ya dəridən ibarət bədən üzvlərinin köməyi ilə planer kimi havada süzürlər. Bu heyvanların uçma və ya havada süzmə qabiliyyəti onların təhlükəli mühitdən uzaqlaşmasını, ov ovlamasını və ya yırtıcılara yem olmaqdan qaçmasını təmin edən təsirli metoddur.

Uçan qarışqa
 

Uçan qarışqalar hamının tanıdığı qanadlı qarışqalardan fərqlidir. Çünki bu həşəratların uçmaq üçün yaradılmış qanadları yoxdur. Lakin Rəbbimiz onlara havada süzmək bacarığını ilham edib. Ona görə, yaşadıqları yerdəki ağacların birindən yıxıldıqda “J” formasını alaraq havada süzür və başqa ağacdan yapışır, canlılara yem olmaqdan xilas olurlar.


Ardı →