Banan qabığının üstünlükləri

Əsasən bananı yedikdən sonra qabığının əslində nə qədər faydalı olduğunu bilmədiyimiz üçün zibilə atırıq. Bananın qabığı bir deyil, bir çox şeyə faydalıdır və fərqli formalarda istifadə edilir. Məsələn, əyaqqabı təmizləməkdən, üz maskalarına qədər fərqli məqsədlər ilə banan qabığı istifadə edilə bilər. Bananın qabığı haqqında bilmədiklərimizə indi birlikdə bir göz ataq.

Banan qabığının ümumi faydaları
Xüsusilə, sümük ağrılarınız, revmatizm varsa, banan qabığı köməyinizə çatar, çünki bir masaj aləti kimi də istifadə edilə bilinər. Bunun üçün lazım olan şey banan qabığı ilə diz və əyaqlarınızı ovmalısınız. Ovduqtan bir neçə dəqiqə sonra ağrılarınızın azaldığının görəcəksiniz.
Milçək, ağcaqanad və bunlara oxşar canlıların sancması səbəbiylə bədəninizdə hər hansı bir yeriniz qaşınırsa, banan qabığı sürtün, çünki əmələ gələn qaşıntılar, banan qabığı ilə yox olacaq. Ağcaqanad sancısının olduğu, qaşınan bölgəyə banan qabığının sürülməsi, qaşıntını aradan götürəcək.

Banan qabığı gözəl bir əyaqqabı təmizləyicisidir.
Ayaqqabı üzərinə çəkilən banan qabığı ayaqqabını təmizləyərkən eyni vaxtda ayaqqabıya canlılıq və parlaqlıq da qazandırır və ayaqqabınızın ömrünü uzadır.
Banan və qabığı dişləri təmizləməyə və ağartmağa da kömək edir. Bananı yeyərək qabığını da dişlərinizin üstündən sürtərək rəngini bir neçə ton aça bilərsiniz.
Banan qabığı ayaq altındakı, topuqlardakı qabarları sağalda bilər. Qabarlar hamımızın bildiyi kimi losyon və ya krem istifadə etdikdə düzəlir, tam mənası ilə getmir. Banan qabığı uzun müddət sonra kömək etsə də, topuq bölgəsinə səliqə ilə sürtülsə, qabarlar gedərək yoxa çıxacaq.

Davamı →

Banan haqqında: banan qabığının faydaları

1. Banan – giləmeyvədir.  Latin dilində banan «musa sapientum» kimi səslənir, mənası «müdrik insanın meyvəsi» deməkdir.

3. Banan təkcə sarı deyil, qırmızı rəngdə də olur. Qırmızı bananın daha zərif dadı olsa da, daşınması mümkün deyil.

4. Bananda B6 vitamini digər meyvə və giləmeyvələrdən çoxdur. Məlumdur ki, bu vitamin insanda yüksək əhval-ruhiyyə yaradır.

5. Banan istehsal həcminə görə dünyada ikinci yeri tutur — portağaldan sonra, üzümdən əvvəl.


Ardı →