Büdcəyə uyğun Marketinq araşdırması

Marketniq araşdırması sizin xidmətlərinizi və məhsullarınızı satmaq istədiyiniz insan qrupunun tədqiq edilməsidir. Marketiq araşdırmasına vaxt sərf olunması sizin risklərinizi azaldır və uğura olan şanslarınızı artırır. Hədəf bazarının tədqiq edilməsi sizi sağlam və obyektiv məlumatlar ilə təmin edir. Yeganə problem ondadır ki, marketinq tədqiqatı həddən artıq baha başa gələ bilər. Bələliklə əgər sizin büdcəniz məhduddursa siz necə araşdırma apara bilərsiniz? Az xərcli marketinq tədqiqatı mümkün olan bir şey deyil, icazə verin sizə izah edim.
Davamı →

Bazar analizi (marketing analysis)

İnvestisiyaların hazırlanmasında ilk addım ölkə daxili və xarici bazarların analiz edilməsidir. Bu analiz mərhələsi böyük bir vaxt tələb edir. Qurulacaq müəssisənin böyük və kiçikliyi nəzərə alınaraq, müxtəlif müddətli bazar analizi aparılır. Əlində müəyyən bir kapitala sahib olan şəxs, hər hansı bir məqsədlə investisiyaya getmək istəyirsə (xüsusilə uzunmüddətli investisiya) planlı və diqqətli bir şəkildə bazar mühitini araşdırmalıdır. Çünki, müasir dövr dinamik və böyük təsirə malik olan bir dövrdür. Siyasi amillərin ön planda olması hər bir fəaliyyətə ciddi yanaşmağı tələb edir.
Davamı →

12.1 Bazarın müəyyənləşdirilməsi prosesi

Kompaniyanın xidmət göstərdiyi və ya özünün potensial məqsədi hesab etdiyi bazarın müəyyənləşdirilməsi, əsasən, rəqiblərin ənənəvi müqa­yi­səsi və qiymətləndirilməsi məsələsidir. Digər tərəfdən də, bu, müştərinin tələbatı ilə əlaqəli olan yaradıcı prosesdir. Bununla əlaqədar Neimann Marcus-dan Stenli Markusun fikri tez-tez misal gətirilir: “İstehlakçılar statistik vahidlərdir. Müştərilər isə canlı insanlardır”.
Bazarın müəyyənləşdirilərkən aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır:


Ardı →

Bazarın cəlbediciliyinin analizi

Bazar mühiti dedikdə, azad sahibkarlıq sistemi başa düşülür. Bu, qiymətlər və bazarlar sistemi vasitəsilə, bazarın böyük miqdarda subyektlərinin hərəkətlərini birləşdirməyə xidmət edən əlaqə mexanizmi vasitəsilə işləyən mürəkkəb koordinasiya mexanizmidir.
Bazar sistemində hər bir firma, hər müəssisə öz işində mənfəət əldə etmək və zərərlərə yol verməmək motivinə əsaslanır. şirkətlər mənfəət gətirən mallar istehsal edir, xidmətlər göstərir, və əksinə, ziyan gətirən malları və xidmətləri istehsal və təqdim etmirlər.
İstehsal predmeti və xidmət təklifi şirkətlər tərəfindən məhz bu mövqedən seçilir. Əgər istehsalçı görərsə ki, istehlakçı bu məhsulu almağa hazırdır və bu məhsulun istehsalı zərər gətirirmi, — istehsalçı bu məhsulu istehsal edəcək.
İstehsalçı öz seçimini istehlakı ilə razılaşdırmalıdır. Əks halda, o zərərə düşərək, hətta müflisləşərək cəzalanacaqdır.


Ardı →

Bazarı öyrənmək kimə lazımdır?

Bazarın sərbəst tədqiqatı. Yeniliklər, təcrübələr və hər cür dəyişikliklərə bələd olan fermerlərin əksəriyyəti istehsalda, məhsulun satılmasında və idarəetmədə öz strategiyalarını dəyişirlər. Son bir neçə ildə yeni bazarlara və kənd təsərrüfatının idarə olunmasının qeyri-ənənəvi üsullarına marağın səviyyəsi xeyli yüksəlmişdir. Bu onunla əlaqədardır ki, fermerlər öz gəlirlərini artırmağın yeni yollarını axtarırlar. Maraqlıdır, çox vaxt insanlar hər şeyi diqqətlə ölçüb-biçmədən yeni biznesə qoşulurlar. Təəssüf ki, onların bir çoxu bütün imkanlarını tamamilə boş yerə sərf edib qurtarır, onlardan daha yaxşı istifadə etmə yollarını tapa bilmirlər. Onların bir çoxu bilmirlər ki, qabaqcadan planlaşdırmaya sərf etdikləri vaxt öz təsərrüfatlarının müvəffəqiyyəti üçün edə bildikləri ən yaxşı hədiyyədir. Ola bilər ki, yeni sahibkarlığın inkişafında ən çətin həll olunan problem istehlak bazarının tədqiq edilib qiymətləndirilməsidir. Bazar tədqiqatının iki məqsədi vardır:


Davamı →