Bizik! / Afaq Şıxlı

Bəzən ətək kəsən, bəzən əl tutan,
Sonuncu tikəni bölən də bizik!
Torpağı pay verən, düşmənə satan,
Torpağın qədrini bilən də bizik!

Özgəyə yol verib, özü  yol azan,
Gah quyudan çəkən, gah quyu qazan,
Misli görünməmiş tarixlər yazan,
Tarixi yaddaşdan silən də bizik!

Haqdan danışanı asırıq dardan,
Namusu qoruyub keçirik ardan.
Özü-öz halına baxıb kənardan 
Ağlayan da bizik, gülən də bizik!

Yoxsuldan, yetimdən dayanıb gendə,
Kefi kök gəzirik çöldə, çəməndə...
Göylərə əl açıb,  dara düşəndə, 
Allahın yoluna gələn də bizik!

Təzadlar içində üzürük, nədən
Yola gedə bilmir bir başla bədən?
Vətəni tərk edib qürbətə gedən, 
Vətənin yolunda ölən də bizik!


Afaq Şıxlı
Davamı →

Bu BiziK !

Toy kasetinə baxanda öz oynamağımızdan utanan da --BİZİK
Metro kartında 20 AZN gediş ola-ola, 1 AZN gediş yükləmək istəyərkən camaatı növbədə saxladan da — BİZİK.
Axşam bütün vaxtımızı internetə sərf edib dərs oxumayan da, səhər dərsə gedərkən metroda dərsi əzbərləyə-əzbərləyə gedəcəyimiz stansiyanı ötürən də — BİZİK.
“Adını Feriha Koydum” serialı nümayiş etdiriləndən bəri filmin aktyorlarının bütün tərcümeyi halını, səhər necə durduqlarını, axşam nə etdiklərini və bütün şəkillərini Azərbaycana tanıdan da — BİZİK.
Yolda Toy kortecinin yüksək sürətlə hərəkət etdiyini görüb, kartecə toy adamı kimi qoşulub DYP-dən keçməyi bacaran da —BİZİK.
Davamı →