Hansı sahədə biznes açmaq sərfəlidir?

Biznesdə uğur qazanmaq asan deyil. Lakin doğru sahə istiqamətini götürməklə siz şansı daha da artıra bilərsiniz.
Fundera şirkəti bu yaxınlarda maliyyə qərarları barədə özəl hesabat dərc edib. Müxtəlif məlumatları təhlil edərək, şirkət mütəxəssisləri, “ yaxın 10 ildə sürətlə inkişaf edib yüksək gəlir qazandıra biləcək” ən perspektivli sahələrin siyahısını hazırlayıb.
Diqqət etsək görəcəyik ki, bunlar bir o qədər də iri sahələr olmasalar da ən sürətlə inkişaf edən və ən çox gəlir gətirən sahələrdir. Siyahıya inkişaf tempi 118-135% diapazonunda proqnoz edilən və səhmlərinin mümkün qiymət artımı 56-296% həddində olan sənaye sahələri daxildir.
Davamı →

İnsan və biznes

Biz biznesi necə görürük?
Əlbəttə ki, böyük pul qazanmaq, varlı olmaq, əla yaşamaq və s. Lakin dərinliklərə getdikcə həqiqətən belədirmi? Əlbəttə ki, yox. Bəli düzgün qurulmuş sistemləri olan bir biznes sizə milyonlar qazandıra bilər, lakin bunun üçündə ciddi əziyyət və əmək verməlisiniz.
Əvvəlcə onu bilməliyik ki, hər bir pul qazanan şəxs heç də biznesi var, demək düz deyildir. Sual: Müstəqil taksi sürücüsü biznes işlədən sayılırmı? Bəs müstəqil tort bişirərək satan şəxs?

Davamı →

Müştərisizlik faktoru

Çox zaman biznes mühitində olanlar, müştəri qıtlığından əziyyət çəkdiklərini və mövcud müştərilərin sayının azaldığını bildirirlər. Real səbəblərə gəldikdə isə bunun niyə belə effekt verdiyini, nəticələrin təhlili və s. heç bir şəkildə aparılmır. X adlı sahibkar Y adlı mal gətirir, mağaza açır, plansız şəkildə işçilər işə götürür və xüsusilə satış menecerlərindən “babat satış” olmasını gözləyir. Təbii ki, istənilən sahənin əjdahası olsun, əgər ona müəyyən şəraitlər yaradılmayıbsa, o heç bir şəkildə tam olaraq potensialını ortaya qoya bilməyəcək. Bir neçə il qabaq adını çəkməyəcəyim şərti sahibkarla mövcud bir təhsil biznesinin inkişaf etdirilməsi üçün görüşmüşdük. Həmin şəxs bildirdi ki, sən mənə 100 müştəri gətir, onu qeydiyyatdan keçir sonra kart verəcəm, filan işləri görəcəm.
Davamı →

Gənc biznesmenlərin ən çox etdiyi səhvlər

Şəxsi biznesini qurmaq istəyənlər üçün bu sahədə təcrübəsi olanlar müxtəlif məsləhətlər verə, nəyi necə etmək lazım olduğunu izah edə bilərlər, amma bu baxımdan edilməməsi gərəkənlər də yetərincədir. Beləliklə, bu yazıda gənc biznesmenlərin ən çox etdiyi səhvlərdən bəhs edəcəyik.

1. Birinci olaraq MMC qeydiyyatının alınması.
2. İcraçı direktor vəzifəsinə başqa adamın təyin olunması.
3. Şəhərin mərkəzində ofisin tutulması.
4. İlk qazanılan pullar bahalı əşyaların, avtomobilin v.s. alınmasına sərf olunması.
5.Bütün ştatın işçilərlə doldurulması.
6. Gələcək gəlirin hesabına kredit və borcların alınması.
7. Rəqiblərə yuxarıdan aşağıya baxılması.
8. İllərlə bazarda işləyənlərlə rəqabətə girişilməsi.
Davamı →

Biznes plan üçün marketinq strategiyaları

Şirkət və biznes sahibləri öz biznes planlarında müxtəlif marketinq strategiyalarını qeyd edirlər. Bu marketinq strategiyalarının tərkibinə məhsullar haqqqında ətraflı məlumat,habelə, qiymətləndirmə,təsisat və təsnifat barədə informasiya daxil olur. Siz həmçinin sənayenin rəqabət mühitini qiymətləndirməlisiniz. Bundan əlavə, sizin biznes planı üçün marketinq strategiyalarınız müştərilərinizin ətrafında  mərkəzləşməlidir. Biznes plan hazırlayarkən tələsməyin! Biznesinizə təsir edən bütün hərəkətverici qüvvələri qeyd edin.

Bazar analizi.
Biznes plan üçün mühüm olan marketinq strategiyalarından biri bazar və ya sənayenin öyrənilməsidir. Yeni qanun və ya əsasnamənin sizin sənayeyə təsir edib-etmədiyini araşdırın. Müsadirə və ya qablaşmanın etiketlənməsi  qanunları biznesinizə təsir edə bilər. Həmçinin, sənayedə əsas rəqiblərin kimlər olduğunu öyrənin. İnternetdə sənayeniz haqqında məlumat axtara bilərsiniz. Başqa bir alternativ “Nielsen” və ya “Forrester Research” kimi şirkətlər haqqında ikinci dərəcəli araşdırma tələb edir. İkinci dərəcəli araşdırma məlumatların toplanması, yenidən işlənməsi və təhlil edilməsidir. Bu məlumatları qəzet, jurnal, hökumət və xüsusi mətbuat orqanlarından toplayırlar.


Ardı →