Moris Ravel və Bolero

Debüssinin yaradıcılıq axtarışlarının davamçısı Moris Ravel impressionizm estetikasını özünəməxsus, fərdi tərzdə təcəssüm etmişdir. Musiqidə daim yenilik sorağında olan bəstəkar, eyni zamanda, həm klassisizm cərəyanının prinsiplərinə sadiq qalmış, həm də xalq musiqi qaynaqlarından bəhrələnmişdir. Ənənə ilə novatorluğun bu cür orijinal uzlaşması Ravelin çoxşaxəli irsinin bütün sahələrində — opera və baletlərində, instrumental və vokal musiqisində aşkar sezilir.


Ardı →

Bolero layihəsi - SON HİSSƏ

Həqiqətləri qəbul et!

Oturduqları nəhəng dairəvi formalı otaq, hər tərəfdən eyni rəngli gümüşü divar kağızı və ya xüsusi xromlu metalla əhatə olunmuşdu. Otaqda dəyirmi yaşıl masadan, iki stuldan və onlarda əyləşmiş iki nəfər kişidən başqa — əlbəttə ki biri Əhməd olmaq şərtilə- heç nə yox idi. Dolu sifətli, uşaq tək günahsız cizgili, nazik və kənarlardan burulmuş bığlı həmin kişi, orta əsrlərin Azərbaycanlı sərkərdələrinə bənzəyirdi. Bir az saqqal saxlayırdı, qonur gözləri və dağ ətəyi tək sınmamış düz formalı burnu var idi.



Ardı →

Bolero layihəsi - 7-ci hissə

Qaçırılmış

Sakitlik, harmoniya, tam boşalma — Əhməd son günlara bütün bu şeylərdən məhrum idi- hətta yuxularında belə. Halbuki, indi o özünün tam sərbəst hiss edirdi, eləbil ruh idi, yuxuda da deyildi. Üç, iki, bir...gözlərini açır və özüdə bilmədə harada üçmərtəbəli bir binanın səkisində yerdə uzandığını görür. Yəqin edir ki, Yasamal və ya Binəqədidədir...Ətraf görünüş çox tanış gəlir. Bayaqdan arxasında duran, kimsə onun embrion şəklində bükülmüş bədəninə təpiklə astaca toxunur. Yəqin oyatmaq məqsədilə olmuş toxunuş idi. «Salam...indi hər şeyi sənə anlatmağa o qədər də vaxt yoxdur,...çox risklidir həm də...qalx və ardımca gəl...əgər çoxdan bəri axtardığın həqiqəti bilmək istəyirsənsə» deyə səslənib qarşı yolla hərəkət etməyə başladı. Salam sülh deməkdir, Allahın adlarındandır, bircə bu söz Əhmədin beynində həmin naməlum şəxsə qarşı inam oyadırdı.



Ardı →

Bolero layihəsi - 6-cı hissə

Ben Adler Bakıda

Ben Adlerlə internet vasitəsiylə əlaqə yaratdıqdan sonra, öz aralarında razılaşdılar ki, məsələyə aydınlıq gətirmək üçün Ben bu həftə ərzində Bakıya gəlsin. Əhməd Tağızadə kimi yaddaş paketi tədricən özünə qayıtmaqda idi. Ona görə də özünün dediyi, ehtimal nisbəti baş-ayaq olmuşdu. İndi daha çox özünün Malik deyil Əhməd olduğuna inanırdı. Əmin idi ki, Yetim Malik — yaşlı Bakı bomju kimi əksər yaddaş ardıcıllığı fövqəltəbii və ya gizli qüvvə tərəfindən təsbit edilmiş süni formulyatsiya idi. Axı bunu etmək kimə və nəyə görə lazım ola bilərdi? Bu suallar ətrafında nə qədər baş sındırsa da absurd variantlardan başqa heç nə ağlına gəlmirdi.Artıq Malik olmamasına ramən, hələ də saat onbirdən sonra nə etdiyi yadına gəlmirdi. Həyat yoldaşı və qızından saat on birdən sonra nə etdiyini soruşanda «Səhərə kimi yataqda olmusan» deyə cavabını verərdilər.
Ardı →

Bolero layihəsi- 3-cü hissə

3 ay sonra

«Son vaxtlar məndə maraq doğuran əsas məsələ, bütün bunların tez bir zamanda necə təşkil olunması idi… bütün lazımı sənədlər, uçuş bileti, hava limanında qarşılanma, Nyu Cersidə pensioner cütlüyünün mənzilində ikinci mərtəbədə kirəlik otaq, dərhal kiçik baqqalçı dükanlarının birində işə düzəlməsi, ilkin müvəqqəti tibbi siğorta, vergilərdən azad edilmə...Axı bunlar istənilən dövlətə ziyandan başqa hansı vəchlə xeyir gətirə bilərdi.»- deyə sonralar Malik yaxınlarına nağıl edəcəkdi.



Ardı →