Dərinin qocalmasının qarşısını alan 6 vasitə

Orqanizmin qocalması təbii prosesdir. Bu prosesi dayandırmaq mümkün olmasa da, xeyli ləngitmək mümkündür. Qadınları ən çox narahat edən problemlərdən biri üz dərisinin qocalmasıdır. Lakin dərinin qocalmasını ləngidən ən effektli maddələrdən istifadə etməklə daha canlı dəriyə sahib olmaq mümkündür.

Antioksidantlar
Ən tanınmış antioksidantlar E və C vitaminləridir. Bu vitaminlər hüceyrə səviyyəsində orqanizmin qocalmasını ləngidir. Dərinin cavanlığını saxlamaq üçün qadın həm bu vitaminlərlə zəngin olan qidaları yeməli, həm də tərkibində bu vitaminlər olan kremləri, maskaları istifadə etməlidir. Ev şəraitində E vitamini damcılar şəklində (apteklərdə satılır) kremlərə və maskalara əlavə etmək olar.
Davamı →

Üzü cavan saxlamağın ucuz və təhlükəsiz yolu


ABŞ-ın İllinoys Universitetindən bir qrup mütəxəssis bahalı kosmetik əməliyyata ehtiyac olmadan üzü cavan saxlamağın üsulunu tapıblar. Mütəxəssislərin fikrincə, bunun üçün gün ərzində yarım saat üz gimnastikası yerinə yetirmək kifayətdir.

Bununla bağlı təcrübələr 20 həftə müddətində 40-65 yaş arası qadınlar üzərində aparılıb. Təcrübə müddətinin əvvəlki həftələrində qadınlar mimika ilə bağlı 32 növ hərəkət yerinə yetirib, daha sonra 30 dəqiqəlik üz gimnastikası edib.

Davamı →

Üzü daha cavan etmək üçün sadə üsul

Qadının yaşını qırışlar deyil (onlar daha gec əmələ gəlir) üz dairəsinin aşağı enməsi ələ verir. Yaşlaşdıqca dəri sallanmağa başlayır ki, bu xüsusilə çənə və yanaqlarda özünü göstərir. Müəyyən edilmişdir ki, kişilərdə üz dairəsi qadınlara nisbətən daha gec yaşlarda aşağı enir. Bunun əsas səbəblərindən biri kişilərin tez-tez üzünü qırxmasıdır.

Kişi üzünü qırxarkən, özü də fikirləşmədən, yanaqlarının aşağı tərəfə sürüşməsinin qarşısını alır. Əlbəttə ki, biz qadınlara heç də üzünü qırxmağı təklif etmirik.
Davamı →

Mezoterapiya

Yaşından daha gənc, təravətli və gözəl görünmək hər bir qadının arzusudur. Xüsusilə də 30 yaşlarına qədəm qoyan xanımlara artıq bu haqda düşünməyi tövsiyə edirik.

Qırışların qabağını almaq və dəri nöqsanlarını aradan qaldırmaq üçün profilaktik və korreksiya edici metodlardan biri olan mezoterapiya çox yaxşı kosmetik effekt verir. Mezoterapiya zamanı vitaminlər, minerallar, aminoasitlər, enzimlərdən olan qarışıq mikroinyeksiyalar şəklində dərinin orta təbəqəsinə vurulur.

Mezoterapiya bütün dünyada cavanlaşma, arıqlama və həmçinin sellülit, saç tökülməsi, strialar, ləkələr, çapıqlar və s. dəri və saç problemlərinin müalicəsində çox geniş bir şəkildə istifadə olunur.
Davamı →

Qırış əlehinə ən ideal üsullar

Düz  yatın 
Amerikanın Dermatoloji Akademiyası gecələr necə yatmağın dəriyə də təsir etdiyi açıqlayıb. Gecələr yatma formanızdan asılı olaraq üzünüzdə cizgilər yarana və səhər yuxudan qalxdıqdan sonra qırış yarana bilər. Yan yatmaq çənə və yanaqdakı qırışları artırır, üzüstə yatmaq isə üzdə qırış yaradır.  Qırışların yaranmaması üçün alimlər düz yatmağı məsləhət görür. 

Daha çox balıq, xüsusən də somon balığı yeyin 
Somon (və digər balıqlar) balığının tərkibində protein boldur. Dərinin sağlam və sıx qalmasını təmin etməklə yanaşı, Omega-3 kimi tanınan yağ turşuları ilə zəngindir. Mütəxəsisslər lazım olan yağ  turşularının dərini qidalandırdığını, dolğun və gənc göstəridiyini deyib. Qırışları da azaldır. 

Gözlərinizi yığmayın və eynək alın 
Gözlər yığaraq nəsə oxuyarkən üz əzələləri daha çox işləyir və dərinin altında boşluqlar əmələ gəlir. Gözləriniz zəif görürsə, mütləq eynək alın. Beləcə gözlərinizin ətrafı günəşdən və digər mənfi təsirlərdən qorunmuş olacaq. 

Alfa hidroksi turşularından bol istifadə edin
Təbii meyvə turşuları dərinin üstündəki ölü hüceyrə təbəqəsini qaldırır, göz ətrafındakı incə cizgi və qırışları azaldır. 

Ardı →