Üzə təmas etməməsi vacib olan 8 məhsul

Bir çox maskanın tərkibində yer alan, dərimizə faydalı olduğunu düşündüyümüz vasitələrin əslində isə dəriyə zərər verdiyini bilirdinizmi?

Limon  Tərkibindəki PH dəyəri ilə limon dəriyə təmas etdiyində, dərinin təbii balansını pozmasına səbəb olur. Buna görə, limonu dəriyə vurmaq olmaz.

Mayonez – yağlı və qalın bir təbəqəyə sahib olan mayonez məsamələri tıxayaraq sızanaqların yaranmasına səbəb olur.
Davamı →

Çənəaltını sıxlaşdıran maska


Qadınların ən böyük dərdlərindən biri də çənəaltı sallanmasıdır. Üzünüzə nə qədər maska, ya masajlar etsəniz də, heç bir faydası yoxdur. Kosmetoloqlar dəniz duzu və yosunun çənəaltı üçün çox effektli olduğunu deyir.

Dəniz duzu, yosun, buğda otu suyu, qliserin, sodium və sodanı qarışdırıb çənə altına sürtün. 80 dəqiqə saxlayıb ilıq suyla yuyun. Effektini görəcəksiz.


Davamı →

Cildə qulluq

1. Fəsilllər dəyişəndə dəriniz quruyub, tökülə bilər. Dərinizə ipək kimi bir görünüş qazandırmaq və ölü hüceyrələrdən təmizləmək üçün kisə köməyiylə yüngülcə masaj edin. Dərinizi zədələməmək üçün kisəni çox basmayı, göz ətrafına dəydirməməyə diqqət edin.

2. Dərinizin sağlamlığını qorumaq və qırışları aradan qaldırmaq üçün mütləq nəmləndirici krem istifadə edin. Quru dəriyə sahibsinizsə, yağ əsaslı nəmləndiriciləri; yağlı dəriyə sahibsinizsə, su əsaslı nəmləndiriciləri seçə bilərsiniz. T bölgəsi yağlı dərilərdə isti duşdan sonra yanaqlarda qızartılar ola bilər. Dəri tipinizə uyğun bir kremlə mütləq nəmləndirməlisiniz.
Ardı →

Yağlı dəri

yağlı dəriYağlı dəri öz sahiblərinə həmişə əziyyət verib, əsəb bağışlayıb. Bu, təbiidir: daim yağlı, parıltılı, genişlənmiş məsamələr, qara və qırmızı civizələr istənilən insanın həyatını dözülməz edə bilər. Lakin insanlar artıq çoxdandır təbiətin qanunlarına tabe olmurlar. Bəşər övladı illərdən bəri davam edən təbiətlə mübarizədə problemləri aradan qaldırmaq üçün bir çox üsullar icad edib. İndi yağlı dəriyə malik olanlar da gözəl və təravətli görünə bilərlər. Ancaq bu təbii qüsura qarşı həqiqi mübarizə aparmaq lazımdır.
Əvvəlcə dərinin həqiqətən də yağlı olub-olmadığını dəqiqləşdirmək lazımdır. Bunun üçün klassik üsuldan istifadə edin: üzünüzü yuduqdan 1-2 saat sonra kağız salfeti üzünüzə yapışdırın. Əgər salfetdə yağ ləkələri əmələ gələrsə, deməli, dəriniz yağlıdır. Yalnız bundan sonra fəaliyyətə başlamaq lazımdır.
Davamı →