Dırnaq boyasının zərərləri

Dırnaq boyalarından istifadə etməyən qadın, demək olar ki, yoxdur. Xanımların bir qismi bu boyalardan bəzən ayda-ildə bir istifadə etdiyi halda, digər qisim xanımlar gündə bir rənglə dırnaq boyamaqdan çəkinmirlər. «Dırnaqları daha baxımlı və səliqəli edir» düşüncəsi ilə istifadə olunan dırnaq boyaları dırnaqlara gözəllikdən çox ziyan vurur. Qadınlar bunun fərqində olsalar belə, imtina edəcəkləri ən son kosmetik vasitə kimi məhz dırnaq boyalarını göstərirlər. Beləliklə, dırnaq boyaları xanımların ən sevdikləri kosmetik vasitələr arasında ilk üçlükdə dayanır.


Davamı →

Dırnaq qaynağı etdirməyin zərərləri

Qadınlar hər zaman gözəl görünmək istəyirlər. Bunun üçün də ataların deyimində olduğu kimi “Gözəllik ondur, doqquzu dondur”, – deyib dəbin bütün yeniliklərindən istifadə etməyə çalışırlar. Son zamanların isə ən geniş yayılmış trendlərindən biri qaynaq edilən dırnaqlardır. Demək olar ki, küçədə, metroda, evdə, işdə uzun və müxtəlif rəngli, naxışlı taxma dırnaqlı xanımlarla rastlaşırıq. Amma dəblə ayaqlaşma, dəbdən də geri qalma deyən xanımlardan bəziləri ilə söhbət etdikdən sonra məlum oldu ki, onlar bu cür dırnaqlardan istifadə etdiklərinə peşman olublar.

Həmsöhbət olduğumuz Sevinc Quliyeva danışdı ki, dırnaq qaynağı etdirdikdən bir saat sonra barmaqları qaşınmağa başlayıb: “Dəhşətli qaşınma idi. Səhər oyanıb tanış həkimə zəng vurdum. Dedi geldən allergiya verib. Antihistamin tablet və krem təyin etdi. Bir-iki gün sonra qaşıntı keçdi. Amma iki həftə sonra bir barmağımda yara əmələ gəldi. Həkimə getdim. Məlum oldu ki, dırnağın mayasına infeksiya keçib. Qısası, həmin dırnağımı çıxardılar”
Davamı →

Dırnaqların "şellakdan" sonra bərpası olunması

Artıq uzun zamandır bir çoxlarının üstünlük verdiyi gel- lakların, dırnaqlara mənfi təsir etdiyini demək olar ki, hamı bilir.

Lakin buna baxmayaraq bu prosedur çox populyardır. Bir çox insanlar, prosedurun həqiqətən ziyanlı olduğunu yalnız dırnağın şelakdan sonrakı vəziyyətini gördüyü zaman anlayırlar. Belə ki, bu prosedurdan sonra dırnaqlar çox kövrək və qatlanan olur. Bu məqalədə sizə, şelakdan sonra dırnaqları necə bərpa etmək lazım olduğu haqda məlumat verəcəyik:

1. Zeytun yağı. Adətən şelakın təmizlənməsindən sonra dırnaqlar cilalanır. Məhz bu səbəbdən onlar kövrək və tez sınan olurlar. Onların möhkəmlənməsi və bərpa olunmasında zeytun yağı köməkçi olacaq. Belə ki, yağı otaq temperturuna qədər mikrodalğalı sobada və ya isti su vannasında qızdırn, əllərinizi o məhlula salaraq hər birini 10 dəqiqə saxlayın. Bu proseduru 1 həftə ərzində gündəlik olaraq etməklə, siz gözəgörünən nəticəyə nail ola bilərsiniz.
Davamı →

Dırnaqlarda dəyişiklər hansı xəstəliyin xəbərçisidir

Dırnaqlarda meydana gələn dəyişiklər bir çox xəstəliklərin ilkin əlaməti hesab edilə bilər. Bəs, hansı dəyişiklər hansı xəstəliyin xəbərçisidir?

Solğun dırnaqlar
Yaş artıqda dırnaqların rəngində solğunluq müşahidə edilir. Ancaq qısa müddət ərzində onların rənginin birdən birə dəyişməsini müşahidə etsəniz, vaxt itirmədən həkimə müraciət edin. Çünki bu, qan azlığı, ürək, qaraciyər proqblemlərinin xəbərçisi ola bilər.

Sarı dırnaqlar

Tez-tez qırmızı dırnaq boyasından istifadə onların rənginin saralmasına yol aça bilər. Amma tez sevinməyə dəyməz. Çünki bu, göbələk xəstəliyinin də əlaməti sayıla bilər.


Ardı →

Dırnaqların ev şəraitində bərkidilməsi üçün effektli məsləhətlər

Dırnaqlara ev şəraitində,salon prosedurları olmadan lazımı qulluq göstərmək mümkündür yoxsa yox kimi suala cavab vermədən öncə, dırnağın struktur və tərkibinin nədən ibarət olduğunu öyrənək.

Dırnaq plastinası — arasında nazik yağ və su qatı olan keratin təbəqələrindən ibarətdir. Bu qatların balansı, sağlam və gözəl dırnaqlara cavabdehdir. Əgər dırnaqlar qurudulub və yağ qatı azalıbsa, o zaman onlar tez sınan olacaqlar. Su ilə kontakt çox olduqda isə, dırnaq plastinası suyu özünə hopur,dırnaq qatı şişir və qatlanır. Əlbəttə endokrin sistemin pozğunluqları da dırnağın vəziyyətinə təsir edir, lakin kimyəvi və mexaniki zədələnmə birinici yerdədir.

Dırnaqları necə möhkəmləndirmək olar?
— İlk öncə çalışın su, kimyəvi vasitələrlə kontaktda az olun. Qabları yalnız əlcəkdə yumaq məsləhət görülür. Qədim zamanlardan işlənnən sodalı vanna məsləhətlərinin də bir o qədər effektiv olmadığını bilin.
Ardı →

Dırnaqlara qulluq

Dırnaqlar ölmüş hüceyrələrdən — keratindən təşkil olunmuşdur. Buna görə də onları zədələdikdə qan gəlmir və ağrı hiss olunmur.

Dırnağın görünən hissəsi onun gövdəsi, dəri altında gizlənən görünməyən hissəsi isə onun kökü adlanır. Dırnağın kökünü kutikula adlanan nazik dəri qatı örtür. Dırnaq hüceyrələri onun alt qatında - matrisada formalaşır. Əgər matrisa ciddi zədələnərsə, dırnaq ölür.

Sağlam dırnaq elastik, kifayət qədər möhkəmdir, normal yağlılığa, hamarlığa, parıltıya malikdir, qırılmır və parçalanmır. O, rəngsiz və şəffafdır. Ona çəhrayı rəngi dırnaq yatağında yerləşən kapilyarlar verir. Adətən, 3 aya dırnaq 1 sm uzanır. 3-6 ay ərzində dırnaq tamamilə yenilənir. Dırnaqların vəziyyətinə insanın sağlamlığı, həmçinin spirtli içkilərin qəbul edilməsi, siqaret çəkmək kimi pis adətlər də təsir göstərir. 


Ardı →

Dırnaqda ağ xətlər niyə meydana gəlir?

«Zülal əskikliyi, kalsium, selenium, dəmir, sink kimi mineralların və folik turşusu, B12 vitaminlərinin qeyri-kafiliyindən dırnaqlarda bəzi çatışmamazlıqlar meydana gəlir. Bunlar daha çox qırılma, çatlama, kobudlaşma və təbəqələşmə şəklində də ola bilər. Ən diqqətə çarpan nümunəsi isə dəmir çatışmamazlığı anameyasında qaşıq dırnaq dediyimiz dırnağın qaşıq içi kimi çuxurlaşmasıdır».

Vitamin çatışmazlığı ilə əlaqəsi yoxdur!
Dırnaqlarımızda müəyyən vaxt ərzində ağ xətlər və ya nöqtələr çıxır. Xalq arasında vitamin qeyri-kafiliyi ilə bağlı meydana gəldiyi deyilən bu vəziyyətin vitamin çatışmamazlığı ilə bağlı olmadığını deyən Koca belə davam edir: «Bu ağ xətt və nöqtələr hər hansı bir zərbə, manikür və ya başqa bir səbəbdən dırnağın içərisinə hava qabarcıqlarının girməsi nəticəsində meydana gələr.
Bunun vitamin çatışmamazlığı ilə heç bir əlaqəsi yoxdur. Narahat olmağa heç bir səbəb yoxdur. Yalnız bizi görünüş olaraq narahat edə bilər».

Sağlam dırnaqlar üçün
Dırnaq quruluşu üçün lazımlı olan zülal və vitaminlər (Folik turşusu, B12) üçün ət və quru paxlalılar kafi miqdarda istifadə olunmalıdır.
Gündə 2-3 stəkan süd və qatıq dırnaqlar üçün lazım olan zülal və kalsium cəhətdən əhəmiyyətlidir. Dəmir çatışmamazlılığını təmin etmək üçün ət, yumurta, quru paxlalılar (dəmirin aktivləşməsi üçün C vitaminini təmin edən qidalardan alınır) və tünd yaşıl yarpaqlı tərəvəzlər süfrələrdə olmalıdır.
Gündə 5-9 boşqab müxtəlif rənglərdə təzə tərəvəz və meyvələrlə dırnaqların ehtiyacı olan vitamin, minerallar və antioksidanların alışı təmin edilə bilər. Sink təmin edən balıq və digər dəniz məhsulları həftədə 2-3 dəfə qəbul olunmalıdır. Gündə orta sayla 2 litr su mütləq içilməldir.
Davamı →

Manikür

manikurlu dırnaqlarManikürü 7-10 gün ərzində 1 dəfə etmək məsləhətdir. Evdə və ya kosmetik salonda manikür etməyinizdən asılı olmayaraq dırnaqlarınızın sağlamlığına nəyin zərər yetirdiyini mütləq bilmək lazımdr.

— Dırnaqları vanna etdikdən dərhal sonra yonmaq olmaz, belə ki, bu prosedura onları yumşaq və kövrək edir.

— Təbii dırnaqlar üçün sərt metal dırnaq “pilkalardan” istifadə etmək olmaz. Mütəxəssislər almaz tozlu dırnaq “pilkalardan” istifadə etməyi məsləhət görürlər.

— Quru dırnaqları dırnaqtutanla kəsmək olmaz.

— Kutikulanı kobud şəkildə kəsmək olmaz. O, dırnağın sağlamlığına cavabdehdir.

Manikürün bir neçə növü vardır. Klassik manikür hamıya yaxşı məlumdur. Bu zaman isti vannadan sonra kutikula çıxarılır. Avropasayağı manikür dırnaqları daha çox qoruyur. Kutikula xüsusi tərkibli məhlulla yumşaldılır və xaric edilməyərək taxta çubuq və ya rezin (plastik) başlığı olan alətlə arxaya çəkilir.

Kutikula işləndikdən sonra dırnağa lazımi forma verilir və onun səthinə dırnaq lakı vurulur. Əvvəlcə mütləq “baza lakı” vurulmalıdır. Bu lak dırnaqlarda rəngsiz və şəffaf görünür (hətta qabında bir az rəngli olsa da). Baza lakı dırnaqları qoruyur, tərkibinə vitamin və mikroelementlər daxil olduğu üçün onları sağlamlaşdırır, əsas lak tonunun yaxşı vurulmasına kömək edir, onun davamlılığını artırır.

Baza-lakından sonra əsas ton, sonra isə rəngsiz möhkəmləndirici lak vurulur. Mütəxəssislər baza lakını, hətta dırnaqları boyamadıqda belə, onları qorumaq üçün vurmağı məsləhət görürlər. Belə ki, müntəzəm olaraq müxtəlif məişət kimyası ilə kontaktda olmaq dırnaqları xeyli dərəcədə korlayır.


Ardı →