Dəniz kələminin faydalı xüsusiyyətləri

Dəniz kələminin tərkibi yod, manqan, kobalt, fosfor, dəmir və kaliumla zəngindir.Elə həmin keyfiyyətinə görə o ən faydalı bitkilərdən biri hesab edilirDəniz kənarında yerləşən ölkələrin əhalisinin mətbəxində ondan geniş istifadə olunur. Dünyanın əksər ölkələrində dəniz kələmindən xörəklər hazırlanır.
Dəniz kələmi çiy, qurudulmuş, qaxac edilmiş, konservləşdirilmiş və duzlu halda yeyilir. Onu həm də əvəzsiz pəhriz qidası hesab edirlər. Əsasən ateroskleroz, hipertoniya, raxit, qalxanvarı vəzin müalicəsi və profilaktikası zamanı istifadə edilir.

Davamı →

Dəniz yosunları ilə maskalar

Dəniz yosunları (laminariya) çox giymətli kosmetik məhsul sayılır. Dəniz yosunları maskaları dərini cavanlaşdırır, daha elastik edir, kiçik qırışları yox edir, ağardır, iltihabı azaldır.

Belə maskaları həftədə 1 dəfə etmək kifayətdir. Maskalar dəriyə çox güclü cavanlaşdırıcı təsir göstərir.

1. 2 x.q. dəniz yosunları tozu (apteklərdə satılır) az miqdarda ilıq su ilə qarışdırılır, 1 çalınmış yumurta sarısı, 1 x.q. ayıpəncəsi yağı əlavə olunur, yaxşı qarışdırılır. Maskanı 15-20 dəqiqə saxlayın və sonra ilıq suda isladılmış pambıq disklə silin.

2. 2 x.q. dəniz yosunları az miqdarda ilıq suda həll olunur (sıyıq kimi alınmalıdır), 1 ç.q. bal, 1 ç.q. ərik yağı əlavə olunur, yaxşı qarışdırılır. Maskanı 15-20 dəqiqə saxlayın və sonra ilıq suda isladılmış pambıq disklə silin.
Davamı →

Dəniz yosununun faydaları

Yosunlar Yer üzündə yeniş və çoxlu sayda yayılmışlar. Yosunlar hər yerdə (qumluqda, çayda, ödlü, duzlu və turş mühitdə) yaşaya bilirlər. Yosunlara nəm yerlərdə, ağaclarda və evdə də rast gəlmək mümkündür. Yosunlar yüksək temperaturlu və buzlu mühitdə də inkişaf edib arta bilirlər. Onlar sərbəst və ya parazit şəklində yaşayır və inkişaf edirlər.

Yosunlar yaşadıqları ətrafı çoxlu miqdar oksigenlə təmin edə bilirlər. Dəniz yosunları balıqlar və dəniz heyvanları üçün əla məkan sayılır. Bəzi ölkələrdə dəniz yosunları əla delikateslədən hesab olunur. Qida sənayesində dəniz yosunlarından müxtəlif yeməklərin və salatların hazırlanmasında istifadə edilir. Yosunlardan kosmetologiyada, tibbdə, su və su borularının təmizlənməsində istifadə olunur.

Tərkibində çoxlu miqdarda yod və mineralların olduğu üçün yosunlardan iri buynuzlu mal-qaranın yedirilməsi üçün də istifadə edilir. Yosunların ən sadə orqanizm quruluşuna malik olması barədə müxtəlif fikirlər var. Amma bu belə deyil. Yosunların mürəkkəb orqan və toxumalara sahibdirlər. Onların mürəkkəb damar quruluşları var. Onun inkişafı ilə əlaqədar görünüşü bitkini xatırladır. Su yosunları suda olan kartbon qazının udaraq onun oksigenləşməsinə səbəb olur.
Davamı →