İnsanları qiymətləndirmə meyarlarımız

Əslində «meyar» sözü özündə həm də qiymətləndirməni ehtiva etsə də, gündəlik həyatımızda «qiymətləndirmə meyarı» ifadəsinə daha sıx rast gəlirik.
Meyar — hər hansı bir hadisəyə, işə, davranışa və s. qiymət vermək, yaxud onu təsnif etmək üçün əsas əlamətlər mənasını verir. Qiymət isə bir şeyin dəyəri və keyfiyyəti barədə fikir söyləmək, hökm vermək, qiymətləndirmək, dəyərləndirmək anlamında istifadə edilir. Biz duyğu orqanlarımız vasitəsilə (gözlər, qulaqlar, dil, burun, dəri) ətraf aləmlə əlaqə qururuq. Ünsiyyətdə olduğumuz bir insan, şahidi olduğumuz hər hansı bir hadisə, daddığımız bir yemək yaxud burnumuza gələn qoxu barədə bizdə müəyyən bir rəy, münasibət formalaşır.

Mövzumuz "İnsanları qiymətləndirmə meyarlarımız" olduğu üçün bu münasibəti hadisəyə yaxud predmetə nəzərən deyil, şəxslərə nəzərən araşdıracağıq. İnsanlara qiymət verərkən hansı əlamətləri rəhbər tuturuq? Təbii ki, hər kəsin yaşadığı mühitə, dünyagörüşünə, yaşam tərzinə uyğun qiymətləndirmə meyarları vardır:


Davamı →

Xəsis

Xəsis bir adam bütün mal varlığından əmin olmaq üçün hər şeyini satıb, qızıla çevirir. Qızılları yerin altına basdırıb, arada bir nəzarət etmək üçün yoxlayır.

Bu hərəkəti işçilərindən birinin diqqətini çəkir və orada xəzinə olduğundan şübhələnir. Gecə həmən yerə gedib o qızılları oğurlayır.

Ertəsi günü xəsis qızılların yerində olmadığını görür. Aglayır, fəryad qoparmağa başlayır. Onu belə pərişan halda görən qonşusu səbəbi öyrənincə belə deyir:

— Özünü üzmə artıq. Bir daş alıb eyni çuxura qoy və o daşın qızıllar olduğunu düşün. Çünki heç istifadə edə bilmədiyinə görə daş da eyni işi görəcəkdir.


Əlimizdəkilərin sahib olmaqla deyil, onları Allah rizası üçün və doğru yerdə istifadə edə biləndə dəyəri artır.
Heç bir şey mənimdir demə, əmanətdir de. Çünki nə mal, nə mülk, nə gənclik, nə sağlamlıq, nə yoldaş, nə də övlad daim səninlə qalmaz.
 
Davamı →

Əldən gedən dəyərlər

 Nicat yerinə yenicə əyləşmişdi ki, sol tərəfdə əyləşən xanım soruşdu:
— Bağışlayın, Nizami 31-ə getmək üçün hansı dayanacaqda düşməliyəm?
Nicat fikirli idi deyə diksindi. Bəli..? – təkrar etməsini istədi.
— Nizami 31-ə deyirəm, necə gedə bilərəm?
— Hə, deməli belə...Mənimlə düşərsiz, mən yolun davamını sizə izah edərəm.
— Çox sağolun. Siz də ora gedirsiz?
— Xeyir, amma sizə yolu göstərəcəm, narahat olmayın...
Birazdan avtobus dayandı. İkisi də endilər. Bir xeyli birgə addımladılar. Ayrılacaqları yerə çatdıqda Nicat üzünü o xanıma tutub, canla-başla yolun davamını izah etməyə başladı:  – Qarşıdan sağa dönərsiz, orada önünüzə bir hündür bina çıxacaq, restorandı. Onun sol tərəfindən keçib, düz axıra kimi gedərsiz...
Xanım Nicatı sanki heç dinləmirdi. – Dayanın, olar sizə bir sual verim, deyə gülə-gülə soruşdu.
— Əlbətdə olar.
— Düzünü deyin, siz bütün bu canfəşanlığı niyə edirsiz? Məndən xoşlanırsınız yoxsa?
— Necə..?! – Nicat qəfil sualdan çaş-baş qaldı.
— Deyirəm, yəqin bütün bu canfəşanlıqdan sonra “padxod” başlayacaq, yoxsa elə bu özü də «padxod»un bir növüdü..?
Nicatın qırıldı qol-qanadı yanına düşdü. Dərindən bir ah çəkib, biraz susdu. Və sonra özünü toparlayıb dilləndi: — Xanım, sizdə günah yoxdur.
— Bəs kimdi günahkar? – xanım Nicatın romantik bir cavab deyəcəyini zənn edərək nazlandı.
— Bütün günahlar sizin ətrafınızda, dostlarınızda, qohumlarınızda və ailənizdə olan kişilərdədir. Əgər onların arasında bircə nəfər belə ən azı mənim qədər kübar bir kişi olsaydı indi siz mənim etdiyim kiçik bir insani jestdə bu qədər dərin və iyrənc mənalar axtarmazdınız...
Cavab xanımın düz sifətindən dəydi. Dinməzcə döndü və getdi...

Ardı →

İtirdiyimiz dəyərlər

Problem bəllidir: istiqamətin doğru seçilməməsi. Elə isə, həll yolu da aydındır: istiqaməti düzgün müəyyənləşdirmək...
Bu gün yaşadığımız cəmiyyətdə illər boyu əldə etdiyimiz dəyərlər ayaq altına alınmağa başlayır, düşüncə tərzləri dəyişir, milli mədəniyyətə xor baxılır, insanlar təhqir olunur, böyüyə hörmət, kiçiyə sevgi azalır, davranışlar bayağılaşır, insanlara güvən sarsılır, niyyətlər qaranlıqlaşır, ümidlər pessimistləşir...
Bu tendensiyanın səbəbləri müxtəlif amillərlə izah olunur. Ancaq ən böyük səbəb kimi insanların öz istiqamətlərini itirmələri göstərilir. Doğru tərəfə yön almayan insan çox şeyi, başlıcası isə insanlığını itirdi, insan olduğunu unutdu, insani keyfiyyətlərdən uzaqlaşdı…
Davamı →