Detoks günü

Müasir insanlar lazım olandan qat-qat çox qida qəbul edir. Alimlərin fikirinə görə, məhz bu bir çox xəstəliklərin əsas səbəbidir. Bu xəstəliklər arasında — ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet, bəzi xərçəng növləri, dayaq-hərəki sistemi xəstəlikləri və s.

Qəbul etdiyimiz qidanın azalması, detoks-günlər bizi daha sağlam və gümrah edəcək, orqanizmin tonusunu qaldıracaq, orqanizmdə gedən bərpa prosesləri sürətləndirəcək. Həftədə 1 dəfə detoks günü təyin edin.

Axşamdan 1 stəkan ilıq suda 1 xörək qaşığı buğda kəpəyi isladın və səhər acqarına qarışdırıb için. Gün ərzində yalnız çiy meyvə-tərəvəz yemək və bol su içmək lazımdır. Meyvə və tərəvəzləri həddindən artıq yeməyin — bu köpə, qarın ağrılarına səbəb ola bilər.
Davamı →

Qarpız şirəsi ilə detoks

Qarpız şirəsi orqanizmi ziyanlı maddələrdən çox yaxşı təmiləzyir, sidikqovucu təsir edir, arıqlamağa kömək edir.

Yayda orqanizmi təmizləmək, cavanlaşdırmaq və daha sağlam etmək üçün bu effektli detoks reseptlərdən istifadə edin:
1. Qarpız şirəsi çəkilir, 1 çimdik darçın əlavə olunur, qarışdırılır və gündə 3 dəfə 1/2 stəkan olmaqla içilir. Şirəni qəbul etdikdən bilavasitə əvvəl çəkin.

2. Qarpız şirəsi alma şirəsi ilə yarıbayarı qarışdırılır və gün ərzində 3 dəfə 1/2 stəkan olmaqla içilir.

3. Qarpız şirəsi çəkilir, 1 çimdik zəncəfil, 1 ç.q. limon şirəsi əlavə olunur, qarışdırılır, gündə 3 dəfə stəkanın 1/2 hissəsi olmaqla içilir.
Davamı →

Yayda orqanizmi təmizləməyin yolları

Yay orqanizmin ziyanlı maddələrdən təmizlənməsi və sağlamlığın bərpası üçün ən yaxşı vaxtdır. Sizə orqanizmi təmizləmək üçün ən effektli və sınanmış üsulları təqdim edirik.

Meyvə və tərəvəzlər və onların şirələri
Həftədə 2 dəfə yalnız meyvə və tərəvəzləri yeyin (məhdudiyyət yoxdur) və onların şirələrini için. Tərəvəzləri salatlar, bişmiş, pürtlənmiş şəkildə yeyin (yağsız). Gün ərzində 2-3 stəkan təzə meyvə və tərəvəz şirələri qəbul edin. Ən faydalı şirələr arasında — kök və çuğundur şirələrinin qarışığı (1:1), alma, xiyar, albalı, qavalı, ərik və s. şirələr.

Qarpız
Həftədə 1 dəfə qarpız pəhrizi tətbiq edin. Gün ərzində yalnız təxminən 3 kq qarpız əti yeyin. Su və otlardan hazırlanmış çayları (itburnu, çobanyastığı, kəklikotu, reyhan, nanə və s.) içə bilərsiniz.

Davamı →

Dəri detoksu

Məlum olduğu kimi, detoksun məqsədi orqanizmi xarici maddələrdən təmizləməkdir. Dərini də müəyyən dövrlərdə xarici maddələrdən təmizləmək üçün detoksa ehtiyac var. Detoks dəriyə qulluq seanslarını dəstəkləmək üçün tətbiq edilir.

Dəri detoksuyla dəridə parlaqlıq və canlılıq meydana gəlir, nəm problemi ortadan qalxır. Qırış və ləkələrin meydana gəlməsinin qarşısını alır, qara nöqtələrdən də təmizləyir. Dəri daha hamar və yumşaq olur. Bir sözlə, dərimizin sağlam və qüsursuz görünməsi üçün ilk addım dəri detoksudur. 
Davamı →

Su pəhrizi

Təqdim edəcəyimiz bu pəhriz meyvə, tərəvəz və suyun çoxluq təşkil etdiyi bir detoks proqramıdır. Buna görə tez arıqlamağı vəd edən digər şok pəhrizlər kimi sağlığa ziyanı yoxdur. 

Su pəhrizi ilə 5 gün ərzində istədiyiniz formaya girə bilərsiniz. Ancaq bu pəhriz şəkər və ürək xəstələrinə, hamilə və süd verən qadınlara tövsiyə edilmir.


Ardı →