Dombalan göbələyi nədir?

Dombalan çox gözəl ətirli bir göbələkdir. Bizdə zəngin olmasa da, Avropada dombalan ətrinin necə deyərlər aşiqləri var. Dombalan çiy halda rəndələnir, yeyilən yeməklərə qarışdırılır, bu yeməklər çox bahalı yeməklər olduğundan, hamı bu yeməkləri yeyə bilmir, necə deyərlər əli çatmayanlar isə belə edir. Dombalanı rəndələyib, rafinə olunmamış zeytun yağına qarışdırıb, 3 gün 50 dərəcə temperaturda saxlayıb, süzürlər. Dombalanın gözəl ətri zeytun yağına keçir və bu yağı istifadə olunan yeməklərə və salatlara qarışdırırlar. Buna da əli çatmayanlar və dırnaqarası işbaz restoranlar sintetik üsulla alınmış dombalan ətrindən istifadə edirlər, oralara yolunuz düşsə dombalan dadmaq istəsəniz bu yazdıqlarıma diqqət edin.
Davamı →

Şahların yeməyi Dombalan

Avropada trüfel kimi tanınan ən bahalı göbələk növü, bizdə isə onun bir növü olan dombalan mövsümü gəldi.

Bir vaxtlar şahların, kralların, şahların yediyi, elə indi oliqarx və zəngin insanların bahalı restoranlarda sifariş edib, bəh-bəhlə yediyi, faydası olduqca çox olan dombalan Azərbaycan torpağında da yetişir.

Mövsümündən asılı olaraq bazarlarda 20-30-50 manata satılan dombalanın dadını çox az adam bilir. Daha çox Gəncə, Goranboy, Naxçıvan bölgələrində yetişən dombalan göbələyi immun sistemini yaxşılaşdırır, xərçəngdən qoruyur, orqanizmi cavanlaşdırır, sinir sisteminə müsbət təsir edir.
Davamı →

Dombalan göbələyinin faydaları

  • Flora
Kartofa bənzəyən bu qeyri-adi göbələk bütün dünyada ən bahalı və delikates məhsul sayılır. Fransız aşpazları onu «məhsulların almazı» və ya «kral göbələyi» adlandırırlar.

Xaricdə dombalan (yerdombalanı) göbələyinin 1 kq-ın qiyməti (növündən və ölçüsündən asılı olaraq) bir neçə min dollara çata bilər. Fransa, İtaliya, İspaniya, ərəb ölkələrində bu göbələk xüsusilə tez-tez istifadə olunur və sevilir.

Dombalan yalnız bahalı elit restoranlarda hazırlanır və əsasən az miqdarda olmaqla yeməklərə əlavə olunaraq bu yeməklərə qeyri-adi qoxu və dad bəxş edir.
Davamı →