Etiket qaydaları

Etiket – lazım olduğu zaman yaxşı davrana bilməkdir. Əslində etiketin əsəsları kifayyət qədər sadədir. Bu nitq mədəniyyəti, sadə nəzkat, səliqəli xarici görnüş və öz emosiyalarını idarə etmək bacarığıdır. Bu həm kişi, həm də qadınlara aiddir.

Hər kəsin bilməli olduğu aktual etiket qaydalar:


Davamı →

Danışıq etikası və nitq etiketləri

İfadə olunan bu və ya digər fikir nitq mədəniyyətinin tələbləri baxımından düzgün, aydın, məntiqi, yığcam, səlis, zəngin, canlı, ahəngdar, sadə, dəqiq və anlaşıqlı olmalıdır. Dilin ifadə imkanları o qədər zəngin və o qədər rəngarəngdir ki, söz və söz formaların hansı sintaktik birləşmədə, hansı mətndə necə işlənməsi haqqında konkret resept vermək mümkün deyil. Buna görə də eyni dildə danışan hər fərdin öz danışıq tərzi, öz ifadə üsulu var. Lakin dilin müqəddəsliyini qorumaq, onun ədəbi dil kimi daha da püxtələşməsi və səlisləşməsi naminə yazıda və nitq prosesində heç kəs ədəbi dilin müəyyən edilmiş normalarından kənara çıxmamalıdır və bu normalara əməl etmək hamının şərəfli vəzifəsidir.


Davamı →

Kişilər üçün etik qaydalar.

1. Küçə boyu kişi, xanımdan solda getməlidir. Sağda yalnız hərbi qulluqçular gedə bilərlər, hansı ki, onlar da hərbi salamlaşmanı verməyə hazır olmalıdır.
2. Əgər qadın büdrədisə və ya sürüşdüsə onu dirsəyindən tutmaq lazımdır. Amma adi vaxtda kişinin qadının əlindən tutmağı qadın özü qərar verməlidir
3. Qadın qarşısında kişinin siqaret çəkməsi düzgün deyil, o yalnız bunu qadınıdan icazə qaldıqdan sonra edə bilər.
4. Girişdə və çıxışda kavaler xanımdan əvvəl qapını açır amma özü arxada gedir.…
5. Nərdivandan qalxarkən kişi öz yoldaşından 1-2 pilləkan arxada və ya nərdivandan enərkən isə 1-2 pilləkan qabaqda getməklə öz yoldaşını «sığortalamalıdır»


Ardı →

Süfrə mədəniyyəti

ailə uzvləri sufrə başındaBizim ən gözəl milli ənənələrimizdən biri elə süfrə mədəniyyətimizdir. Ailənin bir yerə yığışması, böyüyün yuxarı başda əyləşməsi, hər kəsin də öz yerini bilməsi həm ailədə tərbiyənin göstəricisidir, həm də bir səmimiyyətdir, doğmalıq hissinin təzahürüdür. Ata birinci olaraq “Bismillah!” deyib əlini süfrəyə uzadır, sonra da qalanları yeməyə başlayır. Ailədə səmimiyyət olandan sonra yeyilən yemək də ləzzətli olur.

Amma süfrə ilə bağlı elə qanunlarımız var ki, onları tapdamaq olmaz. Uşaqlara kiçik yaşlarından süfrə mədəniyyətini öyrətmək lazımdır. Stol arxasında necə oturmağı, qaşığı və ya çəngəli necə tutmağı, xörəyi necə yeməyi gərək ona kiçik yaşında öyrədəsiniz. Uşaqlara öyrətmək lazımdır ki, yemək yeyərkən dodaqlarını yumsunlar.


Ardı →

Mədəniyyət!..

Bu yumurta qabıqlarını bura hansı mədəniyyətsiz atdı?”
Avtobusda sürücü: “Bir az da yaxınlaşın, bir az da mehribanlaşın”. Sərnişin: “Ay kişi, mədəniyyətin olsun, daha biz nə qədər yaxınlaşaq? Sən bizi qohum elədin ki, lap!”
Günümüzdə dəfələrcə eşitdiyimiz aqressiya dolu kəlmələr. Sizə bu gün haqqında danışmaq istədiyim, hamının beynində qəlibləşmiş forma alan mədəniyyət anlamı yox, tam fərqli sərhədsiz-hüdudsuz, azadlıq dolu, bir az da tərbiyəvi xarakter kəsb edən mədəniyyət olacaq. Hansı ki, ora insani mənəvi keyfiyyətlər, sevgi mədəniyyəti, küçə mədəniyyəti, nitq mədəniyyəti və s.daxildir.
Davamı →

Ictimai nəqliyyatda nəzakət qaydaları

1. İctiami nəqliyyat vasitəsi gldikdə ona minməyə tələsməyin, gözləyin nəqliyyat vasitəsi tam dayansın.
2. Minməyə tələsməyin, öncə düşənlərə yol vermək lazımdır.
3. İctimai nəqliyyatda qadınlara, yaşlılara,əlillərə, körpələrə, hamilə qadınlara yeriniz verin.
4. Əgər kimsə sizə yerini verirsə gülümsıyib minnətdarlıq etməyi untmayın, hətta siz o yerdə oturmasanız belə- məsən növbəti dayanacaqda düşürsünüzsə.
5. Adətən yol pulunu kişi öz, qadın isə öz əvəzinə ödəməlidir. Kişi yalnız o zaman qadın üçün ödəyə bilər ki, qadın onun yaxın tanıdığı olsun.
Ardı →

Süfrə mədəniyyət qaydaları

1.Yemək siyahısını hazırlayarkən qonaqlarınızın yaşını, yaşadıqları yeri, sağlamlıq vəziyyətini nəzərə alın.
2. Yemək siyahısında mümkün olduğu qədər həzm sistemini gücə salacaq yeməklərdən istifadə etməyin.
3. Bir yemək siyahısına eyni tərkibli və ya bir birinə bənzəyən eyni adlı yeməkləri salmamaq məsləhətdir.
4. Süfrəyə 3 dəstdən artıq bıçaq, çəngəl və qaşıq qoymayın. Ancaq qədəhlər 4 ədəd ola bilər.
5. Qonaq olan süfrədə hər yemək öz qabında yeyilməli və hər yeni yemək gətirildikdə yeməyə uyğun olaraq boşqablar dəyişdirilməlidir.
Davamı →