Evi neqativ enerjidən təmizləməyin yolları

Mübahisə, ölüm, xəstəlik və s. bu kimi hallar evdə neqativ enerji yaradır. Neqativ enerji, evdə yaranmış xoşagəlməz auranı aradan qaldırmağın müxtəlif yolları var.

Təmizlik
Dağınıqlıq və çirk, mənfi enerjiləri evə cəlb edir. Evi təmizləməklə avtomatik olaraq mənfi enerjini də aradan qaldırırsınız. Mütəmadi olaraq hamam və mətbəx də daxil olmaqla, bütün otaqların künc-bucaqlarını yaxşıca təmizləyin. Mətbəxdə heç vaxt, xüsusilə gecələr çirkli qab saxlamayın. Əşyaları həmişə aid olduqları yerə qoyun. Ehtiyacınız olmayan köhnə əşyaları atın.
Davamı →

Evin havasını təmizləməyin yolları

Soyuq fəsillərdə evin havasını mikrob və infeksiyalardan təmizləmək xüsusilə vacibdir. Bununla biz özünüzü bir çox soyuqdəymə və infeksion xəstəliklərdən qoruya bilərik. İlk növbədə evin havasını tez-tez dəyişin, evin bütün səthlərini, qapıların dəstələrini və s. hər gün nəm əski ilə silin.

Bu sadə vasitələr havada mikrobların və virusların azalmasına kömək edir. Bəzi təbii vasitələr var ki, onlar evin havasında olan mikrob və infeksiyalara öldürücü təsir edir, evin havasını zərərsizləşdirir. Bu vasitələr arasında:

1. Sarımsaq və soğan güclü antiseptik və mikrobəleyhinə təsirə malikdir. Sarımsaq və soğanın efir yağları havanı çox yaxşı təmizləyir. 2-3 diş sarımsaq və 1 kiçik soğanı xırda doğrayıb kiçik nimçələrdə evdə qoyun.
Davamı →

Evinizdəki havanı təmizləyən effektiv bitkilər

Çoxlarımız elə bilirik ki, evimizdəki hava təmizdir. Havada formaldehid, benzol və trixloretilen kimi bəzi kimyəvi maddələr mövcuddur. Mütəxəssislər bütün bu kimyəvi maddələrin birləşərək insanlarda allergik simptomlar əmələ gətirə biləcəyini bildirirlər.

Hər gün nəfəs aldığımız hava müxtəlif (hətta ağlınıza belə gətirmədiyiniz) mənbələrdən çirklənir. NASA (ABŞ-ın Milli Aerokosmik Assosasiyası) tədqiqatlar nəticəsində müəyyənləşdirmişdir ki, 300-dən çox üzvi qarışıq kosmos ətrafında dolanır və yer kürəsi üzərindəki hava təbəqəsini çirkləndirir.

Bundan baska heç bilirsinizmi ki, evinizdəki mebel də nəfəs aldığınız havanı zəhərləyir?


Ardı →