Xərcə düşmədən evi necə yeniləmək olar?

Yeni il öncəsi ev əşyalarını yeniləmək çoxdankı ənənədir. Təəssüf ki, bayramdan öncə onsuz da artan xərclər bu ənənəyə əməl etməyə bəzən imkan vermir. Amma büdcəni düzgün planlayaraq, xərclərin istiqamətini öncədən müəyyənləşdirərək hər kəs qənaət edə, eyni zamanda istədiyi bayram hədiyyəsini özünə icazə verə bilər.

Bu məqalədə məişət texnikasının alışı zamanı xərclərə qənaət etməyin üsullarını araşdırmışıq.

Ev əşyası aldıqda, onun uzunömürlü xidmət edəcəyinə diqqət yetirin.


Davamı →

Dünyanın Ən Gözəl Tablosu [interesting]

 


Məşhur bir rəssam, bir gün dünyanın ən gözəl şəkilini çəkməyə qərar verdi. 
Bunun üçün dünya da ən gözəl şeyin nə ola biləcəyinə 
dair məlumat yığmaq üzrə uzun bir səfərə çıxdı.

Meşəliklə gedərkən, beli bükülmüş yaşlı bir adamın yol kənarına oturğunu gördü. 
Yanına gedərək ona dünyanın ən gözəl şeyinin nə olduğunu soruşdu. 
Qoca heç tərəddüd etmədən:
alt
- "İmandır" dedi.

Sonra, bir qəsəbədən keçərkən, bir qapı qarşısında toplanmış toy adamlarına rast gəldi. 
Adamların arasına keçərək gənc gəlinə:
— «Dünyanın ən gözəl şeyi nədir sizcə?» deyə sual verdi.
Gəlin, bəyin gözlərinin içinə baxaraq:alt
- «Dünyanın ən gözəl şeyi sevgidir!» dedi.

Rəssam yoluna davam etdi. Tozlu bir yolda gedərkən cəbhədən gələn yorğun 
bir əsgərlərə rast gəldi. Eyni sualı onlardan da soruşdu. Əsgərlər:
alt
- «Dünyada ən gözəl şey barışdır!» dedilər.

— «Rəssam öz-özünə əgər bu dünyanın ən gözəl şeyləri iman, eşq və barışsa mən 
bunların şəkilini necə çəkə bilərəm ki?» Deyə düşünməyə başladı. 
O düşüncəylə evinə döndü.
Evinin qapısından içəri girdiyində isə dünyanın ən gözəl mənzərəsinin qarşısında
 olduğunu düşündü. Uşaqların günahsız baxışlarında «iman», arvadının gözündə 
«eşq», evində isə «barış» halı hökm sürürdü. Bunlardan aldığı ilhamla rəssam, 
dünyanın ən gözəl şeyinin şəkilini çəkməyə başladı. Şəkil bitincə də tabloya bu adı verdi:
alt
- «Evim!»



Davamı →