Gözətrafı sahəsi üçün maskalar

Gözətrafı sahələrə də maskalar etmək lazımdır. Yuxarıda qeyd etdiyimiz kimi, üz nahiyəsinə maskalar çəkərkən gözətrafı sahələrə onları çəkmirlər. Ancaq bu sahələrin də əlavə nəmləndirilməyə və qidalandırılmaya xeyli ehtiyacı vardır. Kosmetik firmalar məhz bu sahələr üçün xüsusi maskalar buraxır. Aşağıda ev şəraitində hazırlanan müxtəlif maskalar təqdim olunur. Bu maskalar həftə ərzində 2 dəfə istifadə oluna bilər.

— Xirda-xırda doğranmış cəfərini iki nəmləndirilmiş pambıq diskinin üzərinə qoyaraq qapalı şəkildə olan gözlərinizin üstünə qoyun. 15 dəqiqədən sonra onları götürərək bu sahə üçün nəzərdə tutulan krem sürtün.

— Kəsilmiş üzüm giləsini yüngül hərəkətlərlə göz qapaqlarına sürtmək olar.

— Xiyar şirəsi gözətrafı sahəni yaxşı tonuslaşdırır. Bu məqsədlə 10-15 dəqiqə müddətinə göz qapaqlarının üzərinə nazik doğranmış xiyar dilimləri qoymaq olar.

— 1 çay qaşığı xiyar şirəsinin üzərinə 1 çay qaşığı quru süd əlavə edərək qarışdırın. Alınan qarışığı göz qapaqlarının üzərinə sürtərək 10 dəqiqə keçdikdən sonra ehtiyatla nəm tamponla xaric edin.

— Badam və ya ərik yağını gözətrafı sahələrə sürtərək, onun yaxşı sorulması üçün barmaqlarınızın yumşaq ucları ilə dərini yüngülcə döyəcləyin.


Ardı →

Gözətrafına qulluq

Göz ətrafının dərisi nazik, həssas və ən zəif yerdir. Əlbəttə ki, strukturu digər sahələrdə olan dəridən fərqlənməsə də, göz qapaqları dərisinin altında praktiki olaraq əzələ və piy toxuması yoxdur. Məhz buna görə o daha çox gərilmə qabiliyyətinə malikdir. Bundan savayı, gözətrafı sahənin dərisi gün ərzində daimi olaraq yüklənmiş olur – mimiki hərəkətlər, gözlərin qırpılması. Buna görə də ilk dəri qırışları məhz bu sahədə yaranmış olur.

Üzün digər sahələri kimi, gözətrafı sahələrdə də dəri qırışlarının yaranmasının qarşısını tam şəkildə almaq mümkün deyil. Çünki bu, dərinin təbii qocalma prosesidir. Ancaq dərinin cavanlığını və təravətliliyini daha uzun müddət ərzində saxlamaq mümkündür. Göz ətrafında erkən dəri qırışlarının yaranmasında irsi amil, qadınların bir sıra xəstəlikləri (allergiya, ürək, böyrək, endokrin sistemi xəstəlikləri və s.), günəş şüaları, siqaret çəkilməsi, streslər, yuxusuzluq və s. bu kimi faktorlar əsas rol oynayır.

Gözətrafı sahənin dərisi heç də ona həddən artıq aktiv şəkildə təsir göstərilməsini “sevmir”. Ona görə də gözlərinizi ovuşdurmayın və ümumiyyətlə, müvafiq vacib tələbat olmadan bu sahəyə (ümumiyyətlə, üz nahiyəsinə) toxunmayın. Gözətrafı sahənin dərisində erkən qırışların əmələ gəlməsi səbəblərindən biri də gözlərin daha çox yüklənməsi ilə əlaqəli iş şəraitinin (kompüterdə işləmək, kargüzarlıq və s.) olmasıdır.


Ardı →