Hərəkət materiyanın xassəsidir

Ətrafımızdakı cisimlərin bir qisminin hərəkətli, bir qisminin isə nisbi sükunətdə olduğunu həmişə müşahidə edirik. Həyat və hərəkət arasında sıx əlaqə vardır.
Canlılara xas olan əlamətlərdən biri məhz hərəkətdir. Bizə hərəkətsiz kimi görünən hər hansı bir obyekt, əslində mövcud olduğu sistemlə birgə hərəkətdədir. Bütün varlıqların hərəkətini adi gözlə müəyyən etmək bir qədər çətindir.
Davamı →

Hərəkət sağlamlıqdır

Qədim bir atalar sözündə belə deyilir: “Dayanmaqdansa  oturmaq, oturmaqdansa  uzanmaq daha yaxşıdır. Amma ən yaxşısı oturmuş və uzanmış vəziyyətdə hərəkət etməkdir”. Sizcə, bunun mənası nədir?
Həyat hərəkət deməkdir. Hərəkətsizlik daşlaşmış onurğa sütunu, boyunun fəaliyyətsiz əzələləri, soyuq, hissiyyatsız əl və ayaqlar və s. deməkdir.Vaxtilə insanlar yaşamaq üçün, əsasən, fiziki əmək sərf etmişlər. Onlar ağır əzələ işindən can qurtarmaq üçün münasib yollar axtarmış və buna nail olmuşlar. Müasir dövrdə əzələ işini əvəz edən və ya yüngülləşdirən texniki vasitələrin sayı gündən-günə artır.

Davamı →

Dur, bax, düzəlt və hərəkətə keç

«Həyəcan» hiss etmək məncə, müvəffəqiyyət üçün ən vacib şərtdir. Karieranızda isə müvəffəqiyyət üçün isə ən əsas tələblərdən biridir. İşinizi böyük bir həyəcan və sevgiylə görürsünüzsə, hər gün kreativ fikirlər axtarırsınızsa, qarşınıza çətin hədəflər qoyub ona çatmağa çalışırsınızsa, deməli siz sizin üçün ən doğru olan işdəsiniz.
İşinizdən həyəcan duyduğunuz, işinizi sevgiylə gördüyünüz müddətcə siz müvəffəqiyyətli olacaqsınız.

“Stop, look, correct, take action” yəni «Dur, bax, düzəlt və hərəkətə keç» Yalnız bir an dayanıb, hisslərinizi yoxlayın. Xoşbəxtsinizsə davam edin, tərəddüdləriniz çox, həyəcanının azdırsa bəlkə nəzarəti ələ alıb, hərəkətə keçmək zamanıdır. Unutmayın, işinizdə xoşbəxt və müvəffəqiyyətli olmağınız, yalnız sizdən asılıdır.


Ardı →

Hərəkət et,yaşa!

Braziliyanın Clinimex klinikasının mütəxəssislərinin tədqiqatlar sonrası gəldiyi qənaətə əsasən yaşlılıq dönəmində daha uzun və sağlam yaşamaq üçün hərəkətliliyi daima davam etdirmək lazımdır.Onların rəyinə görə başqalarının dəstəyi ilə hərəkət etmə meylliyi və ehtiyacı olan kimsələrin digər hərəkətli yaşlılara görə daha erkən ölmək şansı həddindən artıq çoxdur.


Ardı →