Döyüş meydanında şəhid olan ilk Generalımız - Polad Həşimov

  • Hərb
Polad Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olmuşdur. Atası — İsrayıl Həşimov metallurq idi və Sumqayıt şəhərinin Alüminium zavodunda əvvəlcə mühəndis, sonra isə növbə rəisi və sex rəisi vəzifələrində işləmişdir. O, 2005-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Anası — Səmayə Həşimova isə həmin zavodda sıravi işçi olaraq işləmişdir. Polad Həşimovun babası 2-ci Dünya müharibəsinin veteranı olub və məhz o, nəvəsinə Polad adını qoymuşdur.

Davamı →

Hərb tarixinin predmeti və müharibələrin meydana gəlmə səbəbləri

  • Hərb
Təbəqəli cəmiyyətin meydana gəldiyi vaxtdan bəri hərb işi insan fəaliyyətinin geniş sahələrindən birini təşkil edib. İctimai-tarixi şəraitin reallığından doğan müharibələr qədim insanların əsas qayğılarından biri olduğu kimi bu sahədə əldə edilən nəticələr, primitiv qənaətlər, ayrı-ayrı döyüş faktları müasir bəşəriyyətə miras qalan ilkin yazılı mənbələrin də başlıca mövzularından birini təşkil edirdi. Şahlar, fatehlər qazandıqları hərbi uğurları qayaüstü yazılarda və başqa mənbələrdə həkk etdirir və öz qələbələrindən nişanə qoymağa çalışırdılar. Şərq xalqlarının, o cümlədən Azərbaycan xalqının qədim əcdadlarının tarixinin öyrənilməsində hərbi xarakterli həmin mənbələr elə indi də çox böyük əhəmiyyətə malikdir.

Davamı →

Ordu ADR dövründə

Azərbaycanın taleyi ordunun döyüş qabiliyyətinin yüksəldilməsindən əhəmiyyətli şəkildə asılı idi
Azərbaycan hərbi nazirliyi ordunun ehtiyaclarının ödənilməsi məqsədi ilə ən cüzi imkanlardan belə istifadə etməyə çalışırdı. 1919-cu il iyun ayının 4-də Nazirlər Şurasının sədrinə Mehmandarov hesabat təqdim etmişdi. Hesabatda deyilirdi: “Yaxın günlərdə ingilislər Zaqafqaziyanı tərk edəcəklər. Bunu nəzərə alaraq xahiş edirəm: Əgər imkan tapsanız ingilislərdən silah, hərbi texnika, hərbi sursat, atlar, katerlər, hərbi geyim və ümumiyyətlə, bizim ordumuzun ehtiyacı üçün lazım olan bütün əşyaların alınması məqsədilə onlarla danışıqlar aparacaq xüsusi nümayəndə təyin edəsiniz”.
Ardı →

İrəvan xanlığı-2

Məhəmməd Şərif paşa(1604);Əmirgünə xan Qacar-Şah Abbas dövrü(1605-1635);Təhməzqulu xan-Əmirgünə xanın oğlu(1635);Murtuza paşa-Sultan Murad bəy dövrü(1635);Kəlbəli xan(1636-1639);Məmməd xan Çağata Kötük(1639-1648);Xosrov xan(1648-1652);Məmmədqulu xan Lala bəyin oğlu(1652-1656);Nəcəfqulu xan(1656-1663);Abbasqulu xan-Əmirgünə xanın oğlu(1663-1666);Səfiqulu xan(1666-1675);Sarıxan bəy-üç il əvəz edib(1672-1675);Səfiqulu xan-təbrizli Rüstəm xanın oğlu(1676-1679);Zal xan(1679-1688);Murtuzaqulu xan-naxçıvanlı Məmçədrza x.oğlu(1688-1691);Məmmədqulu xan(1691-1694);Zöhrab xan(1694);Fərzəli xan-Əmirgünənin nəvəsi-Sultan Əhməd dövrü(1694-1700);Zöhrab xan(1700-1705);Əbdül Məhəmməd xan(1705-1709);Mehrəli xan(1709-1719);Allahqulu xan(1719-1725);Rəcəb paşa(1725-1728);İbrahim və Mustafa paşalar(1728-1734);Əli paşa(1734);Məmmədqulu xan(1735-1736);Pirməhəmməd xan(1736);Xəlil xan(1752-1755);Həsənəli xan Qacar(1755-1762);Hüseynqulu xan-Həsənəli x.qardaşı oğlu(1762-1783);Qulaməli xan-Hüseynqulu x.oğlu(1783-1784);Məhəmməd xan-Hüseynqulu x.qardaşı(1784-1805);Mehdiqulu xan(1805-1806);Məhəmməd xan Marağalı(1806-1807);Hüseynqulu xan Qacar qardaşı Həsən xanla(1807-1828).
Davamı →

İrəvan xanlığı-1

İrəvan xanlığı Araz çayından bu tərəfdə olan 9 Azərbaycan xanlığından biri idi.Xanlıq cənub tərəfdən Qarabağ xanlığı,cənub-şərq tərəfdən Naxçıvan xanlığı ilə qonşu idi.Ermənilərin Qərbi Azərbaycana kütləvi surətdə axını 1828-ci ildən,yəni Rusiyanın İranı müharibədə məğlub etməsindən sonra ardıcıl xarakter aldı.XIX əsrin sonunda Ermənistan adlanan quberniya Qafqazda yaşayan azərbaycanlıların sayı və sıxlığı baxımından Bakı və Gəncə quberniyalarından sonra 3-cü yeri tuturdu.Erməni kahini Havanes Şaxtaxına tərtib etdiyi siyahıda 1390-1828-ci ilədək sonuncu İrəvan xanı öldürülənədək İrəvanı idarə edən xanların adlarını,hökmranlıq illərini xroniki ardıcıllıqla tərtib edib.Həmin siyahı:
Ardı →