Yeyib doymamaq - Emosional aclıq nədir?

Əksər insan emosional olarkən, aclıq hissi yaranır və nə qədər yesə də bu hissi dəf edə bilmir. 
Bunun səbəbi nədir? Nəyə görə hirsli və ya qəmgin olarkən yediyimiz yemək bizə toxluq hissi gətirmir ?

Emosional aclıq adətən mədədə hiss etdiyiniz fiziki aclıq deyil. Sadəcə emosiyalarla aclıq.
Stress, kədər, qəzəb, depressiya kimi vəziyyətlərdə meydana gəlir və bu hisslər sizi yeməyə aparır. Yaxşı, buna emosional aclıq deyilir. Deməli,
Davamı →

İnsanların nifrəti

Nifrət, tamamilə təbii bir fenomen olaraq, həm ətrafdakılara, həm də insana və özünə hər kəsə baş verə bilər. Və tez-tez onun həyatını, nailiyyətlərini, bütövlükdə şəxsiyyətini nə qədər razı etdiyinə görə özünü göstərir.
Qeyd etmək vacibdir ki, hər birimiz bu hissdən istifadə edə bilərik, ancaq qəribədir. Hər şey ortaya çıxan nifrəti necə bacarıqla idarə etdiyindən asılıdır. Bu və bir çox digər mövzular haqqında aşağıda danışacağıq.
Nifrət edənlərin səbəbləri
Davamı →

Ən uzunömürlü hədiyyə

  • Sevgi

Artıq qırx beş yaşı vardı. İllər necə də sürətlə ötüb keçmişdir. Heç xəbəri olmamışdı. Zaman axıb keçir, qalan ancaq xatirələrdir. 

Görüşdükləri o gün. O gün… Dənizin sahili… Mənalı, sözlə dolu baxışlar. Nə qədər baxışmışdılar onda, heç özləri də bilmirdi. Dil susmuşdu, baxışlarsa doymaq bilmirdi sözlərdən, eləcə ürəklərini boşaldırdılar. Birdən astadan o, səsləndi: 


Ardı →

Necə də acizsiniz!!!

  • Sevgi

Elə bil ölmüsən… Səni hətta görəndə belə mənə elə gəlir tamam başqasıdır. Həmin cizgilər də elə bil dəyişib. Elə bil birinci dəfədir görürəm səni. Tamam başqasıdır qarşımda duran.


Səni əvvəlkindən də çox istəyirəm. Həmişə əzizsən mənə, həmişə anıram səni.  Anıram səni, amma başqa səni.  Həmişə yanımda duran, xəfifcə gülümsəyən, hamıdan əvvəl məni başa düşən, məni duyan, mənə hər kəsdən əziz səni. Amma indi o təbəssümün ala- toran yaddaşımda əsir. Onu görürəm, amma hardasa uzaqda. Boylarııram ki, yaxşıca görüm. Amma təbəssüm yerindən tərpənmir. Nə yaxınlaşır, nə uzaqlaşır.


Ardı →

Ayrılacaq yollar

  • Sevgi

Onsuzda ayrılacaq yollar. Hərə öz həyatını yaşayacaq.


Ayrılacaq yollar, səssiz-səmirsiz, sualsız-cavabsız, heç kəsin rəyini bilmədən, soruşmadan, nəzərə almadan.


Ayrılacaq yollar, göz yaşlarını görmədən. Göz yaşları sarsılacaq etinasızlıqdan. Yandıracaq bir vaxt gülən yanaqları, kor edəcək xoşbəxtlikdən bir vaxt ulduz kimi parlayan gözləri.


Ardı →