Pəhriz hot-doqu

Ərzaqlar:
Mayasız lavas – 30 q.

Toyuq döş əti – 50 q.

Ağ kələm – 30 q.

10%-li xama – 30 q.

Xardal – 2 q.

Gürcü sousu – 20 q.

Hazırlanması:
Lavaşı gözəyarı 3 yerə bölün. Kələmi doğrayın. Toyuq tikələri sosis əvəzinə istifadə edin. Lavaşın 3-də bir hissəsinə kələm və toyuq qoyub, üzərinə xama, sous, xardal çəkin. Bükün. Hot-doq hazırdır.


Davamı →

"Hot dog"un tarixcəsi

“Hot Dog”u tam cəsarətlə Amerika mətbəxinin klassikası adlandırmaq olar.

Bu yemək 1860-cı ildən başlayaraq, demək olar ki, ABŞ-ın simvoluna çevrilmişdir. Belə ki, həmin ildən alman immiqrantları bu yeməyi özlərilə ABŞ-ya gətirmişlər və elə həmin ildən də (yəni, 1860-cı ildən) “Hot dog” ABŞ-nın yerli əhalisi tərəfindən çox bəyənilmişdir. Sonralar, yəni 1893-cü ildə Çikaqoda keçirilən Beynəlxalq Sərginin iştirakçılarının hər birinə həmin yeməkdən verilmişdir. Bu yemək sərgidə iştirak edənlər tərəfindən kifayət qədər bəyənilmişdir.

1900-cü ildə Almaniyadan ABŞ-a gəlmiş qəssab Çarlz Feltman burada “Hot dog”un kütləvi istehsalına başlamışdır. 1910-cu ildə Ç. Feltman dünyasını dəyişir. Ondan sonra qalan restoran və otellerin ümumi dəyəri milyonlarla ölçülürdü. O dövrlər bu, çox böyük bir miqdarda pul demək idi.

1957-ci ildən ABŞ-nın Ticarət Palatası tərəfindən “Hot dog” günü rəsmiləşdirilmiş, bundan 37 il sonra isə “Hot dog və sosislər” Milli Şurası yaradılmışdır.
Ardı →