Xalqların böyük köçü və hunlar

«Xalqların böyük köçü»nün başlanması. Avrasiya materikində türk tayfalarının yaşadığı torpaqlar kontinental iqlimə malik ərazilərdir. Burada çöl və səhralar zaman keçdikcə böyüyür. Bu isə otlaq sahələrinin azalmasına səbəb olur.
Erkən orta əsrlərdə də əsas məşğuliyyəti maldarlıq olan türk tayfaları qərbə yürüş etdilər. Həmin tayfaları ümumilikdə hunlar adlandırırdılar. Bu köçün siyasi və sosial səbəbləri də var idi. Əhalinin artımı və tayfalar arasında siyasi çəkişmələr də hunların köç etməsinə böyük təsir göstərdi. Tarixə «Xalqların böyük köçü»nün başlanğıcı kimi düşmüş bu yürüş eramızın IV əsrindən başlayaraq VI əsrə qədər davam etmişdir. 
Davamı →

Hun dövləti

Qədim hunların ərazisi və məşğuliyyəti. Hunlar türk mənşəli tayfalardan biri olmuşlar. Onlar Orxon və Selenqa çayları arasındakı ərazidə yaşamışlar. Hunların əsas məşğuliyyəti ovçuluq, sonralar isə köçəri maldarlıq olmuşdur. Ona görə də geniş otlaq sahələrinə olan ehtiyac onları daim yeni ərazilər ələ keçirməyə sövq edirdi.
 
İlk Hun dövlətinin meydana gəlməsi. Böyük Hun dövləti Mərkəzi Asiyada yaranmış ilk türk dövləti olmuşdur.
Davamı →

Ağ Hun və Qərbi Hun dövləti

Böyük Hun dövlətinin dağılmasından sonra hunların bir hissəsi Qərbi Türküstan ətrafına köç etdi və IV əsrdə Ağ Hun dövləti yarandı. Ağ Hun dövlətinə aiddir:
* “Orta Şərq hunları” adlanması;
* Eftalit dövləti kimi tanınması (V əsrdən);
* Ağsuvar xanın dövründə Sasanilərin asılı hala salınması;
* Şimal-Şərqi Hindistanın tabe edilməsi;


Ardı →

Böyük Hun dövləti

Türk mənşəli hunlar Orxan ve Selenqa çayları arasındakı ərazidə yaşayırdılar. Hunlar ovçuluq və maldarlıqla məşğul olurdular. Hunlann adi ilk dəfə e.ə. III əsr Çin mənbələrində «hyuonnu » kimi çəkilir. Hun tayfa ittifağına tanhu rğhbərlik edirdi. e. ə. Ill əsrdə 21 tayfanın birləşməsindən Böyük Hun dövləti yarandı. Dövlətin qurucusu Teoman Tanhu (e.ə. 220 — e.ə. 209) olmuşdur. 0, qüvvətli ordu quraraq Çinə hücum etdi.
e. ə. 209-cu ildə Mete Hun imperatoru oldu. O, Orta Asiyada yaşayan 20 tayfanı özünə tabe etdi.
Metedən sonra hakimiyyətə oğlu Kiok gəldi. Kiok Çinin paytaxtını ələ keçirdi. Kiokdan sonra Hun taxtına Kün Tanhu çixdi. O, ilk dəfə olaraq Çin şahzadəsi ile evləndi.Bundan istifade edən Çinlilər:
► Hun sarayına yol tapdılar
► Hunların hakimiyyəti altında olan xalqları öz tərəflərinə çəkdilər
► Hun ordusunun doyü üsullarını öyrəndilər.
e. ə. 58-ci ildə anası çinli olan Hoxanyəh Hun taxtına çıxdı. O, Çin dövlətinin himayəsinə keşmək istədi. Lakin qardaşı Çiçi ona qarşı çıxdı. Daxili çəkismələr nəticesində Böyük Hun im-periyası aşağıdakı hissələrə bölündü:
► Qərbi Hun dövləti — Çiçi
► Şərqi Hun dövləti – Hoxanyəh
Çiçi e. ə. 36-cı ildə Tanrı dağlarının simalını, Orta Asiyanı və İssik gölünün ətrafinı ələ keçirdi. Lakin Çin e. ə. 36-cı ildə Qərbi Hun dövlətinə son qoydu. Məğlub olan Qərb hunları Ural dağlarına tərəf çekildilər. Şərqi Hun dövləti isə Çinin hi­mayəsinə girdi. e. ə. 18-ci ildə Çin dövlətinin zəifləməsi ilə Şerqi hunlar yenidən müstəqillik qazandılar. Bir qədər sonra Şerqi Hun dövləti Çimal və Cənub hissələrine bölündü.
Şimal hunları Çin hücumu nəticəsində qərbə doğru çekildilər. Cənub hunları ise Çinin əsarətinə düşdülər.


Davamı →

Atilla- Allahın bəlası

Dünyanın ən məşhur sərkərdələri sırasında böyük bir türkün öz yeri var. Bu, «Avropanın imperatoru» titulunu qazanmış mahir sərkərdə, Napoleonun kumiri, türk oğlu Atilladır. O, Avropa xalqlarının xatirində əfsanəvi sərkərdə və ədalətli hökmdar kimi əbədi olaraq qalıb. Xüsusən german xalqları onu öz şifahi ədəbiyyatlarında həm qəhrəman, həm də ədalətli bir hökmdar kimi anırlar.
Davamı →

Attila

Hunlar Avropada III-IV əsrlərdə göründülər. Əvvəlcə alan tayfalarını əzdilər. Sonra qasırğa kimi Donla Dunay arasındakı qot qəbilələrini pərən-pərən saldılar. Hun sərkərdələrindən Uludin Bosfor çarlığını da istila edib nəhayət, 400-cü ildə Şərqi Roma imperiyasının magistri Qaynanı Dunay ətrafındakı döyüşdə əsir edib başını vurdurdu. O, imperiyanın bu ən böyük sərkərdəsinin kəlləsini duzlu suya saldırıb imperator Arkadiyə göndərdi.
V əsrdə Hunların qüdrəti elə bir həddə çatmışdı ki, at belində doğulub ox və qılınc sədaları altında yaşa dolan igidlər böyüyüb cəsurluğun və qəhrəmanlığın elə bir həddinə çatmışdılar ki, hər biri ayrılıqda böyük bir orduya sərkərdəlik edə bilərdi. Dünyaya hələ elə bir insan övladı gəlməmişdi ki, bu sərkərdələr ordusunu öz dəmir iradəsi altında birləşdirib hələ alınmamış ölkələr və qitələr üstünə aparsın.


Ardı →

Qərbi hun imperiyası

«Xalqların böyük köçü». Qərbi Hun dövlətinin yaranması. Böyük Hun imperiyası dağılandan sonra hun tayfaları (qərbə doğru hərəkət edib) Volqa və Ural çayları ətrafındakı torpaqları ələ keçirdilər. Onların qərbə doğru əziyyətli hərəkəti sonra da uzun müddət davam etdi. Hunların və digər xalqların qərbə axını «Xalqların böyük köçü» adlanır.


«Xalqların böyük köçü» eramızın IV əsrindən hunlarla başlayaraq VI əsrə qədər davam etdi. Hunlar Böyük Çin səddindən Fransaya qədər gedib çıxmışdılar. «Xalqların böyük köçü» VI əsrdə slavyanların Bizans imperiyasında məskunlaşması ilə başa çatdı. 370-ci ildə hunlar qərbə doğru hərəkət edərək Don sahilində alanları məğlub etdilər. Hunlar Krımda ostqot tayfalarıilə üzləşdilər, 371-ci ildə ostqotlar məğlub oldular, onların başçısı Germanirix bu məğlubiyyətə dözməyib özünü öldürdü.


Hunlar Dnestr çayı sahillərində yaşayan vestqotlarla qarşılaşdılar. Hunlar çayı keçib vestqot kralı Atanarixin ordusuna arxadan zərbə vurdular, o isə ordusu ilə Roma imperiyasının hi­mayəsinə keçdi. Onun hunlara qarşı tikdirdiyi «Atanarix səddi» indi də qalmaqdadır.


Ardı →