Qadın haqları

İslam dinində qadın və kişiyə insan yönümündən yanaşılır. 

Bu barədə Nisa surəsinin 32-ci ayəsində yazılır: 

“ Allahın birinizi digərinizdən üstün tutduğu, birinizə digərinizdən artıq verdiyi şeyi arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandiqlarından öz payı vardır “.


Ardı →

Demokratik cəmiyyətdə insan hüquqlarının qorunması

Demokratiya xalq hakimiyyəti deməkdir. Həqiqi xalq hakimiyyətinə nail olmaq üçün cəmiyyətdə bir sıra şərtlərin olması zəruridir. Bu şərtlər aşağıdakılardır:
-    parlamentə həqiqətən azad və bərabər seçkilərin keçirilməsi
-    düşüncə, fikir azadlığı
-    qeyri-hökümət təşkilatlarının dövlətlə bərabərhüquqlu fəaliyyəti
-    vətəndaşların siyasi həyatda mükəmməl, səmərəli iştirakı
Ardı →

Vətəndaşların vəzifə və məsuliyyətləri

Vəzifə insanın zəruri olan haqlı davranışıdır. İnsanın davranış normaları cəmiyyətin və başqa insanların maraqlarına uyğun olmalıdır.  Cəmiyyət əsasən insanlar arasında yaranan davranış qaydaları ilə idarə olunur. Davranış qaydalarının bir qismi dövlət tərəfindən müəyyən olunur və qanunlarda öz əksini tapır. Onların pozulmasına isə məsuliyyət nəzərdə tutulur. Davranış qaydalarının bir qismi isə əxlaq normalarına əsaslanır.
İnsan Hüquqları haqqında “Ümumi Bəyannamənin” 29 maddəsində deyilir:  “Hər bir insan yalnız öz şəxsiyyətinin tam inkişafı mümkün olan cəmiyyətin qarşısında məsuliyyət daşıyır...”
Konstitusiyamıza əsasən, hər bir şəxs Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət etməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
Ardı →

Hüquq bərabərliyi və ayrı-seçkilik

İnsanların bir – birindən fərqləndiyini, eyni zamanda onlar arasında oxşarlığın da olduğunu hamımız bilirik. Fərqlənmək insanı, fərdi təkrarolunmaz, özünəməxsus və bənzərsin edir. Oxşarlıq isə insanlara müəyyən cəmiyyətlərdə birləşmə imkanı verir.  Hər bir adamın başqalarından istedadı, dini etiqadı, maraqları, nöqteyi-nəzəri, nəyəsə üstünlük vermək və s. ilə fərqlənmək hüququ var. Bu hüquq bütün insanları bərabər edir. “Hüquq bərabərliyi” və “ayrı seçkilik” anlayışları bizə tarixdən daha çox tanışdır. İnsanlar əsirlər boyu bərabərlik uğrunda mübarizə aparıblar, ayrı seçkiliyin bütün formalarına milli, dini, irqi, cinsi, silki və s. qarşı çıxıblar. Müxtəlif tarixi dövrlərdə insanlar sosial mənşəyinə, irqinə və dərisinin rənginə, cinsinə, milli və dini mənsubiyyətinə görə bərabər olmamışlar. Hətta dünyanın ən demokratik ölkəsi olan ABŞ-da belə irqi ayrıseçkilik uzun müddət mövcud olmuş, seqreqasiya qanunları cəmiyyətin mütərəqqi qüvvələri  tərəfindən uzunmüddətli mübarizə nəticəsində ləğv olunmuşdur.


Ardı →

İnsan hüquqlarının inkişaf tarixi

Milyonlarla insanın məhvinə səbəb olmuş İkinci Dünya müharibəsində insan hüqaqlarının pozulmasına və insan ləyaqətinin alçaldılmasına yönəldilmiş ən amansız və yolverilməz üsullardan istifadə olunmuşdur. Bu dəhşətli hadisə dünya xalqların həmrəy olmağa səslədi və 1945-ci il aprelin 25-də Birləşmiş Millətlər Təşkilatını yaratmağa sövq etdi. BMT-nin oktyabrın 25-də qəbul edilmiş Nizamnaməsində 7 bəndi bilavasitə insan hüquqları məsələsinə həsr edilmişdir.
Bunlardan biri 1948-ci ildə  BMT-nin insan hüquqları üzrə Xüsusi Komissiyasının yaradılması üçün əsas olmuşdur.
 “İnsan hüquqları haqqında Ümumi Bəyannamə” -  2 il davam edən gərgin işdən sonra 1948-ci il dekabrın 10-da BMT Baş Məclisi “İnsan hüquqları haqqında Ümumi Bəyannamə” qəbul etdi. Bu “Bəyannamə”nin qəbul edilməsində əsas məqsəd insan hüquqlarını və bütün dövlətlərin əməl etməli olduğu normalı müəyyənləşdirmək idi.
Ardı →

Beynəlxalq dəniz hüququ

Dəniz məkanlarının hüquqi statusunu müəyyən edən və onların tədqiq edilməsi və istifadəsi ilə bağlı dövlətlərarası münasibətləri nizama salan normaların məcmusuna beynəlxalq dəniz hüququ deyilir.
Uzun dövr ərzində beynəlxalq dəniz hüququ beynəlxalq adət normalarına söykənirdi.
1958-ci ildə bu sahədə ilk dəfə məcəllələşdirilmə aparıldı və nəticədə dəniz hüququ üzrə dörd mühüm saziş (Cenevrə Konvensiyaları) meydana gəldi – Ərazi dənizi və bitişik zona haqqında; açıq dəniz haqqında; kontinental şelf haqqında; balıqçılıq və açıq dənizin canlı ehtiyatlarının mühafizəsi haqqında. Lakin bu konvensiyalar dəniz hüququnun bütün məsələlərini həll etmirdi və xüsusilə də 1960-70-ci illərdə meydana gəlmiş yeni müstəqil dövlətlərinmənafelərini əks etdirmirdi. Buna görə də yeni kompleks aktın işlənib hazırlanması zərurəti ortaya çıxdı: 1982-ci il oktyabrın 10-da Dəniz hüququ üzrə BMT Konvensiyası qəbul edildi. Beynəlxalq dəniz hüququnun əsas mənbəyi olan bu Konvensiya 16 noyabr 1994-cü ildə qüvvəyə minmişdir.


Ardı →

Əhali

Əhali dedikdə, bu və ya digər dövlətin ərazisində yaşayan və həmin dövlətin yurisdiksiyasına tabe olan fərdlərin məcmusubaşa düşülür.
Yuxarıda göstərmişdik ki, daimi əhali dövlətin həlledici meyarlarından biridir. Dövlətin əhalisi həmin dövlətin vətəndaşlarından (o cümlədən,eyni zamanda başqa bir dövlətin vətəndaşlığına da malik olan şəxslər- ikili vətəndaşlar), əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən ibarətdir.
Əhalinin hüquqi vəziyyəti, əsas etibarilə, dövlətin milli qanunvericiliyi ilə müəyyən olunur. Müxtəlif ölkələrdə bu, ölkənin sosial-iqtisadi inkişaf səviyyəsindən, burada bərqərar olmuş siyasi rejimdən və digər amillərdən asılı olaraq müxtəlif olur. Bundan əlavə, hər bir dövlət qanunvericilik qaydasında öz vətədaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün fərqli hüquqi rejim müəyyən edir. Bununla belə, əhalinin, onun ayrı-ayrı kateqoriyalarının hüquqi vəziyyəyi ilə bağlı bir çox məsələlər artıq dövlətin müstəsna yurisdiksiyasındn k\nara çıxmiş, beynəlxalq hüququn predmetinə çerilişdir. Dövlətin öz vətəndaşları və əcnəbilər üçün hansı hüquqları və hansı həcmdə tanımasına, hansı hüquqi rejim müəyyən etməsinə beynəlxalq hüquq biganə qala bilməz. Məsələn, biz aşağıda görəcəyik ki,vətəndaşlıq dövlətdaxili hüququn (konstitusiya hüququnun)
mühüm bir institutu olmaqla yanaşı, eyni zamanda beynəlxalq-hüquqi institut da sayıla bilər.
Davamı →

Mülkiyyət hüququnun formaları və növləri

Mülkiyyət hüququnun forma və növləri məsələləri təkcə nəzəri cəhətdən deyil, həm də praktik cəhətdən mühüm əhəmiyyət kəsb edir. Konkret şəxsə məxsus olan əmlakın mülkiyyət hüququnun hansı forma və növünə aid olması əmlakın hüquqi rejimini və eyni zamanda mülkiyyətçinin həmin əmlaka olan sahiblik imkanları spektrini müəyyən edir.
Azərbaycan Respublikası Konstitusiyası mülkiyyətin üç formasını — dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti formasını təsbit etmişdir. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.
Dövlət mülkiyyət hüququ. Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə belə, istehsal fondları strukturunda dövlət mülkiyyəti mühüm çəkiyə malikdir. Əsas həyati təminat yaradan maddi ehtiyatların (ərzaq, yanacaq və s. vəsaitlərin) əsas hissəsi dövlətin əlindədir. İstehsal, sosial-mədəni və s. təyinatlı obyektlərin böyük bir hissəsinin dövlət mülkiyyətində olması iki amillə bağlıdır.


Ardı →

İddia müddəti

Mülki hüquqda müddətlərin xüsusi qrupunu mülki hüquqların müdafiəsi müddətləri təşkil edir. Mülki hüquqların müdafiəsi müddəti dedikdə elə müddət başa düşülür ki, həmin müddət ərzində hüququ pozulmuş şəxs öz hüquqlarının müdafiəsini və yaxud məcburi qaydada həyata keçirilməsini tələb edə bilər. Pozulmuş mülki hüquqların müdafiəsinin əsas vasitəsini iddialar təşkil etdiyinə görə, göstərilən müddətləri də iddia müddətləri adlandırırlar.
Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün müəyyən olunmuş müddətə iddia müddəti deyilir. İddia müddəti qanunla elə hallar üçün müəyyən edilmişdir ki, həmin hallarda konkret şəxsə məxsus olan maddi hüquq pozulur və bu hüququn müdafiəsi üçün hüququ pozmuş şəxsə məcburedici tədbirlərin tətbiq edilməsi lazımdır. Məcburetmə tədbirləri qanunla mülki hüquqların müdafiəsi üçün səlahiyyəti olan orqanlar (məhkəmə və s.) tərəfindən tətbiq edilir. Maraqlı tərəfin tələbi üzrə məcburetmə tədbirlərinin tətbiqinə həmişə deyil, yalnız iddia müddəti hüdudları daxilində yol verilir.
Ardı →

Əqdlər

Əqdlərin anlayışı və əlamətləri. Əqdlər hüquqi faktların ən geniş yayılmış növlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsində əqdin anlayışı verilmişdir:
«Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir». Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur:
1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir;
2) əqd hüquqauyğun hərəkətdir;
3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir;
4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir.


Ardı →