İşdə münasibətlər

İŞDƏ nə İŞLƏ məşğul olmaq olar?
“İş işdir, işdə işlə məşğul olmaq lazımdır!” kimi sözləri tez-tez sərt və işgüzar müdirdən eşitmək olar
Ən darıxdırıcı işdə belə, zövq almaq üçün müsbət nələrsə var. İşiniz haqda müsbət arqumentlər gətirəsi olsanız, mütləq bu cəhətləri qeyd edəcəksiz. İş sizi heç kimdən asılı etmir, sizə sosial status verir, ən əsası isə işdə görmək istədiyiniz kifayət qədər yaxşı insanlar var.
Unutmaq olmaz ki, işdə uğur əldə edən, karyera qura bilənlər, işindən zövq alanlardır. Məşhur bir fikri də deyildiyi kimi, “xoşbəxt o insandır ki, evdən işə, işdən evə tələsir”. Özünü işdə yaxşı hiss edən insanlar daha gözəl nəticələr əldə edirlər. Buradan müdirlər belə bir nəticə çıxarmalıdırlar ki, işcilərin özünü yaxşı hiss etməsi hər şeydən əvvəl onlara lazımdır.

iş mühitində işlə məşğul olun,vaxtın dəyərini bilin.



Ardı →

Çox işləmək

Müasir işgüzar insanı qayda-qanuna rəğbət, məsuliyyət hissi, inadkarlıq və səbirli olmaq kimi məziyyətlər fərqləndirir. Əslində, burada xoşagəlməz heç nə olmasa da, durmadan artan səhv etmək qorxusu, istirahət etməyi, rahatlanmağı bacarmamaq hissi son nəticədə ağır stressə, qan təzyiqinin yüksəlməsinə, çəkinin artmasına, alkoqollu içkilərə və nikotinə aludə olmağa gətirib çıxarır.
İfrat işgüzarlıq çox vaxt insanın heç kimin işin öhdəsindən onun kimi yaxşı gələ bilməyəcəyi barədə yanlış qənaəti, onun həmkarlarının təcrübəsinə etinasız yanaşması nəticəsində yaranır.

Psixoloqlar bu xəstəliyin inkişafını dörd mərhələyə bölürlər. İlkin mərhələ adətən hiss olunmadan keçir. İşdə ləngiyir, boş vaxtlarında iş barədə düşünürsən. Ən ağırı ikinci mərhələdir. Bu zaman işə o qədər bağlanırsan ki, onsuz bir anını belə təsəvvür etmirsən. Nəticədə xroniki yorğunluq yaranır, yuxu sistemi pozulur. Növbəti mərhələ xroniki mərhələdir. Öz çiyninə o qədər yük götürürsən ki, öhdəsindən gələ bilmirsən. Sonuncu dördüncü mərhələdə isə xəstəliklərin cənginə düşürsən, iş qabiliyyətin azalır, həm fiziki, həm emosional baxımdan ruh düşkünlüyünə qapılırsan və hətta ölüm təhlükəsi ilə üzləşirsən.

Alimlər bildirir ki, xüsusilə uzun müddət eyni vəziyyətdə oturaraq işləmək insanı məhv edir. «Özünü pis hiss edərkən və ya stress keçirərkən məzuniyyətə çıxmağa həvəs göstərməyən işçilər özlərinə necə qəsd etdiklərinin fərqində deyillər», — deyə alimlər bildirir: «Nəticədə bu insanlar kürəkdə uzunmüddətli və ya xroniki ağrılardan, piylənmədən, depressiyadan, ürək çatışmazlığı və ya insultdan əziyyət çəkirlər».

Müəllif: Azertag agentliyi


Davamı →

Menecer bunlara əməl etməlidir

İdarəetmənin mühüm elementlərindən biri kollektivdə qarşılıqlı münasibətlərdir. Bu münasibətlərin əsasını humanizm, ədalət, xeyirxahlıq və inam təşkil etməlidir. Bu münasibətlər əsasında rəhbərlik qarşısında aşağıdakı davranış qaydaları durmalıdır:
1. Yaddan çıxarmayın ki, yalnız işdə siz müdir olmalısınız başqa hallarda isə həmsöhbət olmağa çalışın.
2. Tabeçiliyinizdə olanları dinləməyi öyrənin, onların y ideyalar və tövsiyələr söyləmək arzularını, istəklərini mükafatlandırın və onlara qarşı diqqətli olun.
3. Tabeçiliyinizdə olanlardan müəyyən qaydaları gözləməyi tələb edərək özünüzdə onu gözləməlisiniz.


Ardı →

Biznesmen qadının imici

İşgüzar qadın olmaq heç də asan deyil. Burada təhsil, peşəkarlıq, kollektivdə işləmək bacarığı və s. böyük rol oynayır. Amma yadda saxlamaq lazımdır ki, uyğun olaraq qadın həm də gözəl görünməlidir. Dünyada tanınmış imicmeyker Meri Spileyn xarici görünüşün karyeraya təsiri barədə test işləmişdir. Həmin test vasitəsilə öz imicinizi dəyərləndirә bilərsiniz.


Ardı →

Karyera nədir?

Karyera işçinin əməyinin gələcəyi haqqında subyektiv düşünülmüş şəxsi mülahizələrdir, əməklə özünü ifadəetmə və qaneolmanın gözlənilən yollarıdır. Bu, xidməti nərdivan üzrə irəliləyən hərəkətdir, işçinin fəaliyyəti ilə bağlı olan vərdişlərin, bacarıqların, ixtisas imkanlarının və mükafatlandırma ölçülərinin dəyişdirilməsidir. Bu, bir gün seçilmiş fəaliyyət yolu üzrə irəli hərəkətdir, məsələn, böyük səlahiyyətlərin, daha yüksək statusun, nüfuzun, hakimiyyətin, maddi varlığın alınmasıdır. Karyera — yalnız xidmət üzrə irəliləyiş deyildir. İşdən kənar həyat da karyeranın tərkib hissəsi olmaqla, işçinin karyerasına əhəmiyyətli təsir göstərir.
Lakin karyera heç də təşkilatın iyerarxiyası çərçivəsində hökmən və müntəzəm olaraq irəli hərəkət deyildir.
Başqa sözlə desək, karyera — insanın həyatı boyunca işgüzar təcrübə və fəaliyyətlə bağlı fərdi düşünülmüş mövqe və davranışdır.


Ardı →