İştahasızlıq

İştaha latınca «appetitus» sözündən götürülüb. Anlamı arzu, istək deməkdir. Bu hissiyyat bir fizioloji mexanizm olub qidaya olan tələbatla bağlıdır və orqanizmə qida maddələrinin daxil olmasını tənzimləyir.

İştahanın artıb-azalması həzm mərkəzi, xüsusilə də hipotalamus və baş beyin qabığı tərəfindən idarə olunur. İştahanın oyanması qanda mübadilənin aralıq məhsullarının artması, onların hüceyrələr tərəfindən mənimsənilmə səviyyəsi, toxumaların susuzlaşması, boşalmış mədənin yığılması, bədən temperaturunun azalması, bir çox xarici qıcıqlandırıcıların təsiri, həmçinin şərti-reflektor fəaliyyətlə, yəni yeməyin görünüşü, qoxusu, daimi qoyulduğu yer və s. ilə bağlıdır. İştahanın tormozlanması isə yemək aktı zamanı mədə divarının qida məhsulları ilə dartılması, yeyilmiş məhsulların həzmi, həzm olnumuşların qana sorulması, hormonal fonun dəyişməsi vaxtı baş verir. İştahanın azalması «anoreksiya», patoloji artması isə «bulimiya» adlanır.
Davamı →

İştah açan qidalar

Türkiyə mütəxəssisləri iştah açan qidaları araşdırıblar. Bu qidalar həm asanlıqla əldə edilə bilir həm də iştaha gətirir. İştahı olmayanlar bu qidalardan mütləq dadmalıdır.Bu qida  rassiyonuna daxildir quru meyvələr qoz, fındıq, yer fındığı,  badam sitrus meyvləri, ərik və meyvə qurusu.


Ardı →