Qaçmaq yaddaşı qüvvətləndirir

İngiltərə də edilən bir araşdırmada, nizamlı qaçışın bədənə xeyirli olduğu qədər yaddaşı da gücləndirdiyi ortaya çıxdı.
İngilis qəzetlərindəki xəbərə görə, Cambridge Universitetində edilən araşdırmada, qaçış məşqinin beyində yaddaşa dəstək verən bölgədə yeni hüceyrələrin çoxalmasını təmin etdiyi təyin olundu.
Aerobik məşqin, «nevrogenesis» olaraq bilinən boz maddənin böyüməsini niyə azaltdığının bilinmədiyini ifadə edən tədqiqatçılar, bunun məşqlə ortaya çıxan yüksək qan təzyiqi və ya yüksək hormon səviyyəsinə bağlı ola biləcəyini vurğuladılar.
İngilis alimləri, araşdırmalarında, həmişə qaçan və qaçmayan iki ayrı siçan qrupunu araşdırdılar. Bir neçə gün sonra hər iki qrupu da kompüter ekranında bir çox yaddaş testindən keçirən tədqiqatçılar, hərəkətsiz qrupun yaddaş testində ən pis nəticələri aldılar.
Elm adamlarının siçanlardan götürdükləri beyin toxumaları, qaçan siçanların təcrübə əsnasında beyinlərində yeni boz maddə miqdarının artdığını göstərdi.
Təcrübə əsnasında gündə orta hesabla 24 kilometr qaçan siçanların beynində 6 minə qədər yeni hüceyrə meydana gəldiyi məlum oldu.

Davamı →

Ürəyin xəstədir? Qaç!

Son illər statistika bəyan edir ki, dünyada sağlamlıqla bağlı 1 nömrəli problem ürək-damar sistemi ilə bağlıdır. Miokard infarkt; nəinki həkimlərə məlumdur, bu gün hətta məktəblilər də ondan əziyyət çəkir. Məsələ ondadır ki, ürək adi əzələdir və lazımi gərginlik olmadan atrofiyaya uğrayaraq gücünü itirir.


Ardı →

Arıqlamaq üçün idman qaçışı

Gəzərək hərəkət etməklə artıq çəkidən qurtulub çox gözəl bir vücüda sahib olmaq mümkündür.
İdman növləri arasında ən çox yağ əridən idman qaçışı(jogging,coqqinq) və ya addımlama hesab olunur.
Həkim Michael Spitzbartın (Maykl Spitsbart) hazırladığı 4 həftəlik gəzişmə proqramı artıq çəkidən ən qısa müddətdə necə qurtulmanın yolları açıqlanır:

1. Həftə:
Ardı →

Qaçış idmanı

Qaçış(jogging, Бег трусцой) idmanın ən sadə, mümkün, faydalı növlərindən biridir. Düzgün qaçmağı necə öyrənmək lazımdır ki, özünə ziyan vurmayasan, əksinə öz sağlamlığını yüksəldəsən?
Qaçışın nə olduğunu başa düşmək üçün, heç olmasa bir dəfə də olsa özünü divandan durmağa məcbur edib təmiz havada qaçmalısınız. Minimum siz hərəkətdən məmnunluq alacaqsınız, unudulmaz azadlıq və uçma hissini duyacaqsınız. Maksimum isə siz öz sağlamlığınızı yüksəldəcəksiniz (tək fiziki sağlamlığı yox).


Ardı →