Qürurlu olmağın insan həyatına təsiri

Qürur hissi insanın həyat enerjisini və gücünü zəiflədir. Qürurun ölümə səbəb olan günahlardan biri olduğu da söylənilir. Qürur hissi emosiyaların, hisslərin, neqativ fikirlərin və insana əzəb verən düşüncələrin müccəssəməsidir. Həyatda yaşamaq üçün özündə güc tapmaq istəyən, hyat enerjisi ilə yaşamaq istəyən hər bir şəxs öz fəaliyyətinin həyata keçirmək üçün qürurundan əl çəkməlidir.

Qürurdan əl çəkmək üçün isə əvvəlcə onun varlığını qəbul etmək lazımdır. Qürurlu olmağın müxtəlif yolları vardır. Müxtəlif insanlar qürurlu olmağı müxtəlif cür başa düşür.
Davamı →

İnsanı sərxoş, ya da vəzifədə olanda tanıyın

İnsan özünü mükəmməl göstərməyə çalışsa da bəzi anlar olur ki, içindəkini tam olaraq büruzə verir. Bir insanı ən yaxşı bu hallarda tanıya bilərsiniz:

İçmişəm çaxır...
Bəzi insanların sərxoşluğu çəkilməz olur. Sevdiyiniz insandırsa, hardasa dözmək olar. Bir qurtum içən kimi insanın bütün kompleksləri dağılır, o vaxt da tanımağa başlaya bilərsiniz...

Mənə bir çay gətir!
Bir insanın ofisiant, qapıçı və digər işçilərlə danışma tərzindən hər şey məlum olur. Alçaldıcı tərzdə ofisianta: “Get filan şey gətir, filan şeyi niyə belə etdin?”, — deyirsə, ən yaxşısı uzaqlaşmaqdı... 

Daxilən irqçi
Dostunuz normal adamdır, bir sıra məsələlərə eyni cür yanaşdığınızı  düşünürsünüz. Ancaq birdən elə bir söz deyir ki, adam donub qalır. Etnik, cinsi, dini ayrı-seçkiliyini göstərən zarafat da etdimi, o insanı tanıdınız deməkdir.  


Ardı →

Temperament və xarakter

El arasında belə bir deyim var. Soruşanda qardaşın necə adamdır, ağıllı adamlar cavab verir ki, yol yoldaşı olmamışam. 
Psixoloqlar isə insanı daha yaxından tanımaq üçün ilk növbədə onun hansı temperament tipinə mənsub olduğunu aydınlaşdırmağı məsləhət görürlər. Bir sözlə, insanın xarakterini, xasiyyətini onun hansı temperamentə malik olması müəyyənləşdirir. Nəzərinizə çatdıraq ki, temperament sözünün latıncadan tərcüməsi «hisslərin lazımi qarşılıqlı nisbəti» deməkdir.


Ardı →