İnteryer dizaynında nələrə diqqət etmək lazımdır?

Rəngin xüsusiyyətlərindən bacarıqla istifadə edərək, rəng qammasını düzgün seçərək, mənzili həqiqətən gözəl etmək olar.
Hər rəng çalarlarının bütün qamması ilə birlikdə öz xarakteri var, müəyyən əhval-ruhiyyə yaradır.
Qırmızı rəng — isti, şən rəngdir. Qırmızı rəngin çalarları çoxdur: zərif çəhrayıdan tünd bordo rənginə kimi. Çəhrayının solğun çalarları bir çox solğun çalarlarla uyğundur. Məsələn: solğun yaşılla, yaşılımtıl mavi ilə, solğun sarı ilə.
Davamı →

İnteryer dizaynının əsasları

Dəhliz
Mənzilə daxil olan adam ilk olaraq dəhlizə girir. Çox vaxt qonağın ev sakinləri haqda ilkin təəssüratı məhz elə dəhlizdən yaranır. Başlıca rollardan birini naxış materiallarının rəngləri oynayır. Balaca və qaranlıq dəhlizdə açıq materiallardan istifadə etmək yaxşı olardı, əksinə, geniş dəhlizdə daha çox tünd rənglər yarayar, məsələn: dolğun qırmızı və qəhvəyi rənglər. Dar dəhlizi zahiri genəltmək üçün divarların bəzəyində soyuq rənglərdən istifadə etmək lazımdır.

Dəhlizi təchiz edəndə onun ölçülərini nəzərə almaq lazımdır və buna müvafiq olaraq, mebel seçmək lazımdır. Dəhlizi həddindən artıq doldurmaq lazım deyil, mebelin miqdarını maksimal məhdudlaşdırmaq lazımdır. Bu, paltarasan, ayaqqabı şkafı və güzgüdür, digərlərinə yer yoxdursa, yaxşısı budur başqa otaqda yerləşdirəsiniz. Yaxşı variant divarlarda qurulmuş güzgülü şkaf ola bilər. Bu halda dəhlizdə nə başqa şkaf, nə də güzgü yerləşdirməyə ehtiyac olmur. Dəhliz isə çox səliqəli və müasir görünür.
Davamı →