İqtisadi artım

Iqtisadi artım bir-biri ilə qarşılıqlı əlaqədə olan aşağıdakı iki göstərici ilə müəyyən edilir. Müəyyən dövr ərzində: 1) Real ümummilli və ya xalis milli məhsulun artması. 2) Hər nəfərə düşən real ümummilli və ya xalis milli məhsulun artması. Bunlardan hər hansı birindən isti­fa­də olunması nəzərdən keçirilən sosial-iqtisadi hadisənin xarak­terindən asılıdır. Belə ki, ölkənin hərbi-siyasi potensialı problemi diq-qət mərkə­zində olduqda birinci, ayrı-ayrı ölkələrdə və regi-onlarda əhalinin həyat səviyyəsi müqayisə olunduqda isə ikinci göstəricidən istifadə etmək da­ha məqsədəuyğundur. Bunun doğruluğunu onunla əsaslan­dırmaq olar ki, məsələn, Hindistanın ümummilli məhsulu Isveçrənin ümummilli məhsulundan 70% çox olduğu halda, əhalinin həyat səviyyəsinə görə Hindistan Isveçrədən 60 dəfədən çox geri qalır.
Davamı →

23. Iqtisadi artım və dövlətin siyasəti

ECONOMIC GROWTH AND PUBLIC POLICY
Beləliklə, biz müəyyən etdik ki, cəmiyyətin həyat səviyyəsi onun əmtəə və xidmətləri istehsal etmək qabiliyyəti ilə müəyyən olunur, məhsuldarlıq isə fiziki və insan kapitalının, təbii resursların və texnoloji biliklərin mövcudluğundan asılıdır. Dünyanın bütün siyasətçilərini narahat edən bir suala müraciət edək: dövlətin iqtisadi siyasəti əmək məhsuldarlığının və əhalinin həyat səviyyəsinin artımına necə təsir göstərir?


Ardı →

23. Müxtəlif ölkələrdə iqtisadi artım

ECONOMIC GROWTH AROUND THE WORLD
Uzunmüddətli artımın problemlərinə həsr olunmuş tədqiqatımızın çıxış nöqtəsi kimi müxtəlif ölkələrin inkişaf göstəriciləri ilə tanış olaq. Cədvəl 23.1-də son yüz il ərzində 13 ölkədə adambaşına düşən real ÜDM-un dəyişiklikləri barədə məlumatlar verilmişdir.
Adambaşına düşən real ÜDM haqqında məlumatlar müxtəlif ölkələrin əhalilərinin həyat səviyyələrindəki əhəmiyyətli fərqləri təsdiq edir. Məsələn, ABŞ-da əhalinin adambaşına düşən gəlirlərinin göstəricisi Çindəkindən 8 dəfə, Hindistandakından isə  demək olar ki, 15 dəfə çoxdur. Kasıb ölkələrdə bu göstərici Amerikanın neçə 10 illik bundan əvvəl çatdığı səviyyədədir. 1997-ci ildə çinlinin orta gəliri amerikalının 1870-ci ildəki orta gəlirinin səviyyəsində olmuşdur, 1997-ci ildə orta pakistanlının payına isə 100 il bundan əvvəl yaşamış ABŞ vətəndaşının gəlirinin yarısı düşürdü.


Ardı →

23. Istehsal və iqtisadi artım

Production and growth

Dünya ölkələri üzrə səyahət edərkən siz yəqin ki, müxtəlif ölkələrin əhalilərinin həyat səviyyələrindəki böyük fərqi müşahidə etmisiniz. ABŞ, Yaponiya, yaxud Almaniya kimi dövlətlərin vətəndaşlarının adambaşına düşən orta gəliri Hindistan, Indoneziya, yaxud Nigeriyanın analoji göstəricilərindən on dəfədən çox üstələyir. Əhalinin pul gəlirlərindəki fərqlər maddi rifahdakı fərqləri müəyyən edir. Varlı ölkələrdə əhali daha çox telefon və televizorlara, daha keyfiyyətli qida məhsullarına, daha yaxşı mənzil şəraitinə, inkişaf etmiş səhiyyə sisteminə və deməli, daha uzun ömrə malikdir.


Ardı →

30. Uzunmüddətli iqtisadi artımın və inflyasiyanın əks olunmasının yeni üsulu

Məcmu tələbin və uzunmüddətli məcmu təklif əyrisini tərtib etdikdən sonra biz iqtisadiyyatda baş verən uzunmüddətli yeni təmayül modelini qeyd edə bilərik. 30.5 şəklində son iki onillikdə iqtisadiyyatda baş verən dəyişiklik göstərilmişdir. Qeyd edək ki, bu dövr ərzində hər iki əyrinin dəyişməsi baş vermişdir. Baxmayaraq ki, bu dəyişkənlik bir çox amillərlə əlaqədardır, bu amillər içərisində biz əsas kimi texnologiya və pul-kredit siyasətini görürük.


Ardı →