gələcəyimiz uçurumdadir



Azərbaycan qədim türk yurdudur. Türklərdə isə ta qədimdən bəri ismət,abır,həya üstün tutulmuşdur.Zaman keçdikcə islam amilinin meydana gəlməsi ilə bu proses daha da sürətlənmişdir. 

Lakin zaman keçdikcə elm və texnikanın inkişafı,Avropa xalqları ilə qaynayıb qarışmaq nəticəsində görünür artıq bu dəyərlər yavaş-yavaş tarixə qərq olmaqdadir. Məqsədim sizi yormaq deyil,ona görə də gəlin keçək mətləbə keçək. Mən indi bir qadının həyatindan  dsnişacam.O Azərbaycanin indi adını çəkmək istəmədiyim rayonunda yaşayırdı. Məktəbdə müəllimə idi. Həyat yoldaşı vəzifəli idi. Lakin həyat yoldaşı  başqa rayonda işlədiyindən gec-gec onun yanına gəlirdi. Lakin onun  heç bir sıxıntısı  yox idi. Vəziyyət o yerə gəlib çatmışdı ki,onun işlədiyi məktəbdə belə şagirdləri ona pis gözlə baxirdilarşbu bir neçə il belə davam etdi.Onun atası isə rayonda tanınmış insan idi.Səhbət gəlib onun atasına çatdı.atsinin bundan sonra bu xəcalətdən yaxa qurtarmaq üçün yalnız bir yolu qalırdı. Oda ki öz namusunu təmizləmək. Və o bunu  da etdi. Həmin qadın indi o biri dünyadadır.



İndi söz sizindir.sizin fikrinizcə buna dəyərdimi?


Davamı →

İsmətimi necə qorudum

Çox şükür olsun ki, ismətimi tərtəmiz, toz zərrəsi qədər də ləkələndirmədən qurtardım. Bəyəfəndi, deyin görüm insan nə üçün yaşayır? İsmətli olmaq üçün yaşamır? Əlbəttə ki, ismətli olmaq üçün yaşayır. Bir qadın ismətini itirdi, üstəlik camaat da bundan xəbər tutdusa, sonra o qadın bir qəpiyə də dəyməz, heç kim onun üzünə baxmaz. Bəyəfəndi, elə bu səbəbə görə ismətimi çox yaxşı qorumuşam.
Onlar çox azğın ismət düşmənləriydi. Görüm onların gözü çıxsın, harada bir ismətli qadın görsələr ona göz dikirdilər. Hələ saf bir ismət görəndə onu ləkələmək üçün əllərindən gələni edirdilər.
Bəyəfəndi, mənim başıma gələnlər, heç kimin başına gəlməmişdir. Hansı birini sizə danışım. Bəyəfəndi, çox şükür ki, o vaxtlar keçdi, çox şükür ki, ismətimiz də azadlığa qovuşdu. Bəyəfəndi, vətənimiz, millətimiz var olsun...
Mənim də ismətimə göz dikdilər. Çox üzr istəyirəm, elə bilməyin ki, mən özümü tərifləyirəm, ancaq bircə onu deyim ki, mənim çox təmiz bir ismətim vardır. Əgər inanmırsınızsa, məni yaxından tanıyanlardan soruşa bilərsiniz.
Ardı →