22. Yaşayış dəyərinin ölçülməsi problemləri

IQI istehlak səbətinin dəyərində baş verən dəyişiklikləri müəyyən­ləşdirmək üçün istifadə edilir. Başqa sözlə, əmtəə və xidmətlərin qiymətinin artdığı bir şəraitdə IQI istehlakçının əvvəlki yaşayış səviyyəsinin saxlanılması üçün onun gəlirlərinin nə qədər artmalı olduğunu müəyyən etməyə kömək edir. Lakin bir sıra səbəblər üzündən əhalinin həyat səviyyəsinin qiymət­ləndirilməsində IQI kifayət etmir. Bunlar aşağıdakılardan ibarətdir.
Birinci səbəb — Istehlak səbətində əmtəə və xidmətlərin qarşılıqlı əvəz olunması. Bir qayda olaraq ayrı-ayrı əmtəə və xidmətlərin qiyməti müxtəlif sürətlə dəyişir.


Ardı →

22. ÜDM deflyatoru və ya IQI?

ÜDM deflyatoru və ya IQI? THE GDP DEFLATOR VERSUS THE CONSUMER PRICE INDEX
ÜDM-un nominal dəyəri cari ilin qiymətləri, real dəyəri isə baza ilinin qiymətləri əsasında hesablanır. ÜDM deflyatoru faktiki olaraq baza və  cari ilin qiymətlər səviyyəsinin nisbətini əks etdirir.
Qiymətlərin vəziyyətini müşahidə etmək üçün iqtisadçılar ümumi mənzərəni bütövlükdə eyni cür əks etdirən hər iki göstəricidən istifadə edirlər. Buna baxmayaraq onların arasında müəyyən fərqlər mövcuddur.
Bu fərqlərdən birincisi ondan ibarətdir ki, ÜDM deflyatoru daxili istehsalçılar tərəfindən istehsal olunmuş əmtəə və xidmətlərin qiymət səviyyəsini, IQI isə istehlakçılar tərəfindən alınan əmtəə və xidmətlərin qiymət səviyyəsini əks etdirir. Məsələn, Boeing şirkəti tərəfindən istehsal olunmuş və ABŞ-ın Hərbi Hava Qüvvələri tərəfindən alınmış təyyarələrin qiyməti artarsa bu halda ÜDM deflyatoru da artır. Lakin təyyarə istehlak səbətinin tərkibinə daxil olmadığı üçün IQI dəyişməz qalır.


Ardı →

22. istehlak qiymətləri indeksi necə müəyyən edilir?

Istehlak qiymətləri indeksi necə müəyyən edilir? HOW THE CONSUMER PRICE INDEX IS CALCULATED
Əməyin statistikası Bürosu IQI və inflyasiya səviyyəsini müəyyən etmək üçün mümkün qədər daha çox əmtəə və xidmətlərin qiyməti barədə məlumatlardan istifadə edir. Bu göstəricinin necə müəyyən edildiyini aydın başa düşmək üçün sadə bir misaldan istifadə edək. Təsəvvür edək ki, istehlakçılar yalnız iki növ əmtəədən- dönər və qamburqerdən istifadə edirlər. 22.1-ci  cədvəldə əməyin statistikası Bürosunun IQI-ni və inflyasiya səviyyəsini müəyyən edərkən yerinə yetirdiyi işlərin ardıcıllığı göstəril­mişdir.


Ardı →

22. Həyat dəyərinin müəyyən edilməsi

Böyük depressiya zamanı, 1931-ci il məhşur amerikan beysbolçusu Beyb Rutun illik gəliri 80 min ABŞ dolları təşkil etmişdir. Həmin dövr üçün bu məbləğ hətta beysbol ulduzları üçün də fantastik bir rəqəm hesab olunurdu. Amerika Prezidenti olmuş Herbert Huverin illik gəlirinin 75 min ABŞ dolları təşkil etdiyi halda idmançının qazancının bu həddə olmasının nə dərəcədə yol verilən olması haqqında jurnalistin sualına cavab olaraq B.Rut bildirmişdir ki,  «Bu il mən ondan yaxşı oynamışam».


Indiki dövrdə peşəkar beysbolistlər B.Rutun 1931-ci ildə qazan­dığından 10 dəfə, daha yaxşı oyunçular isə hətta 100 dəfə çox qazanırlar. Ilk baxışdan elə görünə bilər ki, beysbol daha gəlirli idman növünə çevrilmişdir. Amma unutmaq lazım deyil ki, bu illər ərzində əmtəə və xidmətlərin dəyəri xeyli artmışdır.


Ardı →