Qəhvə haqqında bilmədikləriniz

Qəhvə kofe adlanan ağacın meyvələrindən müxtəlif proseslər nəticəsində toxumlarının ayrılaraq bölgədən bölgəyə fərqli dəmləmə üsulları ilə hazırlanaraq əldə edilən bir içki növüdür. ABŞ Beynəlxalq Qəhvə Assosiasiyasına (NCA) görə, dünya üzrə qəhvə meyvələrinin yalnız 5 faizində toxum tək və lobya dənəsinə bənzər olur. İspaniyada belə qəhvə dənələrinə «balaca ilbiz» deyilir. Bu növ qəhvə dənələrinin emalını maşın yox, insanlar həyata keçirir. Bu növ qəhvənin incə dadı və güclü ətiri olur. Döyülməmiş qəhvə dənələri əslində qəhvə meyvəsinin toxumlarıdır. Qəhvə meyvəsində adətən bir üzü yastı olan iki toxum olur. Bu meyvələrin toxumları müxtəlif proseslərdən sonra suda dəmlənərək istehlak edilir. Hər bir ölkənin mədəni damaq vərdişlərinə uyğun olaraq yaratdığı özünəməxsus içkiləri olsa da, qəhvə onlardan fərqli olaraq yer üzündəki insanların əksəriyyətinin həyatına daxil olmağı bacarıb. Hər bir cəmiyyət qəhvəyə özlərinə görə mənalar aid etmişdir; Özünə xas tərzdə qovurub, dəmlənib və təqdim olunmuşdur. Yarandığı gündən bəri saysız-hesabsız insanların dolanışıq mənbəyi olmuş, böyüdüyü bölgənin iqtisadiyyatını formalaşdırmışdır. Bu gün də dəyərini artıraraq insanların təqdirini qazanmağa və dayanmadan dünyanın hər nöqtəsinə çatmağa davam edir. Bu səbəbdən də dünyada neftdən sonra ən çox satılan məhsul olma xüsusiyyətini hələ də qoruyub saxlayır. Bölgələrinə, mallarına və maddi-mənəvi mənalarına ad verdiyi qəhvəni əvvəldən gəldiyi nöqtəyə qədər təsvir etmək mümkün olmasa da, sizə cavab verəcək şəkildə izah etdik. Kofenin istehsalından tutmuş təqdimatına qədər hər sualınız üçün internetdə yayımlanan ən uzun qəhvə məqaləsini sizin üçün hazırladıq.


Davamı →

Dadlı kofe üçün 6 məsləhət

Yaxşı kofeni evdə düzəltmək elə də çətin deyil. Kofebişirən, espresso-maşın, “french-press” kimi kofe hazırlayan maşın varsa evdə kafelərdəki kimi ətirli, dadlı kofeniz hazırdır demək. Dadlı kofe haqqında müxtəlif sirlər var ki, ən vacibləri haqqında bu yazıda tanış ola bilərsiniz.

Sirr 1 – üyütmək
Hazırlanma metodundan asılı olaraq kofeni fərqli şəkildə üyütmək lazımdır. Belə ki, espresso-maşın üçün kofe incə olmalıdır, dəmlənməsi 18-23 saniyə çəkir, “french-press”də isə kofelər böyük olmalıdır və isti suda onlar 4 dəqiqəyə həll olunur.

Sirr 2 – su
Kofe düzəldərkən suya diqqət etmək lazımdır. Onun dadlı alınması üçün su ya filterdən keçmə ya da təbii olmalıdır.

Davamı →

Kakaonun hazırlanma qaydası

İnqredientlər:
200 ml südə 1-2 çay qaşığı kakao tozu və 1-2 çay qaşığı şəkər tozu
İçkiyə daha çox şəkər tozunun qatılması natural kakao dadını itirə bilər.

Hazırlanması:
Qazanda lazımı miqdarda kakao və şəkər tozu yaxşı qarışdırılır. Üzərinə bir qədər qaynar su və ya qaynar süd əlavə edib, qabarıqsız şokoladlı məhlul alınana qədər bir daha qarışdırılır.
Davamı →

Kappuçino

Havaların soyuduğu bu zamanlarda içinizi isidən içkilər hazırlamağın tam zamanıdır. Belə içkilərdən biri də kappuçinodur. 

Tərkibi:

● 2 stəkan süd

● 4 çay qaşığı rəndələnmiş ağ şokolad

● 4 çay qaşığı şəkər tozu

● 2 çay qaşığı qəhvə dənəsi

● Yarım stəkan krem şanti

Hazırlanması:

İlk öncə südü balaca bir qazanda isidin. Rəndələnmiş şokolad və qəhvəni üzərinə əlavə edib əriyənə kimi qarışdırın. Hazırlanmış qarışığı 4 kapuçino fincanına süzün. Krem şantini üzərlərinə töküb üstünə darçın səpin. İsti halda süfrəyə verin.     


Davamı →