Vurğunluq və obyektivlik

Bizim peşəmizin ziddiyyətlərindən biri ondan irəli gəlir ki,jurnalist bir tərəfdən mövzu ilə yaşamalı, digər tərəfdən bu mövzunu işləyərkən obyektiv olmağa çalışmalıdır. Hər birimiz həqiqəti özümüzə görə qiymətləndiririk, reporytor isə çalışmalıdırki, hadisə haqqında məlumat verərkən və ya baş verənlər barədə öz fikrini bildirərkən son dərəcə obyektiv və nəzakətli olsun, oxuculara, dinləyicilərə və ya tamaşaçılara söyləməsin ki, onun fikrincə nə olmalı idi. Reportyor hadisə yerindən xəbər verir, ancaq quldurları tutmaq və ya yanğını sondurmək onun vəzifəsi deyil. Vurğunluq və obyektivlik arasında gözlə görünməyən bir sərhəd vardır. Öz işinə başı qarışan reportyor bu sərhəddi keçən kimi obyektivliyi unudur və hər məsələ barədə öz fikirlərini auditoriyaya qəbul etdirməyə çalışır və beləliklə, jurnalistdən peyğəmbərə çevrilir.


Ardı →

Metonimiya və metafora..

Reportyor natiqlik sənətinə xas olan priyomlardan istifadə etməyi bacarmalıdır və bunları televiziya janrlarında tətbiq etməyi öyrənməlidir.
Metonimiya – bütövün fraqmentidir. Çox cəhətlərə görə televiziya sujetində biz hadisələrin ancaq ayrı-ayrı epizodlarını göstərə bilirik və bunların köməyi ilə tamaşaçıda bütöv haqqında təsəvvür yaranmalıdır.

Kadrlar və səs tamaşaçıya baş verənləri təsəvvür etməkdə yardımcı olur. Kino və televiziya tamaşaçıya kadrların dilini yozmağı öyrətməlidir. Biz barmaqları tufəngin tətiyində iri planda göstərərkən tamaşaçını başa salırıq ki, bu əl kadrda özünü göstərmədiyimiz atıcının əlidir. Əgər əlində ağ qızıl gullər tutan kişi narahat halda saatına baxırsa, kadr arxasında isə muxtəlif dillərdə danışan adamların səsi gəlirsə və radio təyyarənin endiyini xəbər verirsə, deməli, kişi təyyarə meydanında öz sevgilisini qarşılayır.

Metonimiya televiziya dramaturgiyasında güclü ifadə forması ola bilər.


Ardı →