Toksik pozitivlik nədir?

Həyata müsbət baxışın olması zehni rifahınız üçün faydalıdır. Problem ondadır ki, həyat həmişə müsbət olmur. Hamımızın ağrılı duyğu və təcrübələri var. Bu emosiyalar çox vaxt xoşagəlməz olsa da, qəbul olunmaq və sağlam psixologiyaya nail olmaq üçün insan dürüst hiss etməli və onlarla mübarizə aparmalıdır.

Zəhərli pozitivlik müsbət düşüncələrin həddindən artıq olmasıdır. Bu, insanların üzləşdikləri vəziyyətin öhdəsindən gəlmək üçün onlara lazım olandəstəyi rədd edir. Hədsiz pozitivlik zəhərlidir, çünki toksik pozitivliklə üzləşən insanlar öz hisslərini rədd etmiş, görməməzliyə vurmuş və ya tamamilə etibarsız hesab edənlərdir.

Bəs toksik pozitivlik nədir?


Davamı →

Hüzn ədəbiyyatın harasındadır

  • Esse
Elə hislər var ki, onları yazmaq, onları danışmaq, oxumaq bizi böyüdür, bizi aydınlandırır. Və bu, çox hallarda özümüzü melanxolik, çarəsiz və tərəddüdlü hiss etdiyimiz anların nəticəsidir. Həmin hislər mütləq bizə reallığı xatırladır və biz yaradıcının özü ilə daha səmimi kontakt qururuq. Dostoyevskinin zövqsüz və yüksək bədii istedadla yazılmış mətnləri həmişə mənə müəllifi xatırladıb. Romanın obrazlarını, romandakı hadisələri deyil, məhz Dostoyevskinin özünü. Onu təxəyyülümdə canlandırmaq və onu dinləmək nəsibini romanlarından almışam. Dərin bir hüzn, əzab, qisasın öyrətməyə çalışdığı güzəştə getməyən fəlsəfə bizə o qədər doğma gəlir ki, özümüzü qəhrəmanların yerində hiss etmirik, onlarla müqayisəyə çıxarırıq. Dostoyevskinin obrazları daha dərin yaralar alıb, yoxsa biz?

Davamı →