Dəmir, kalsium və maqneziumla zəngin kəklikotu suyu

Gərginliyi azaltan və mikrob öldürücü tərkibi olan kəklikotu xəstəliklərə qarşı müqaviməti artırır və uşaqlarda anemiya üçün müsbət təsir edir. Bəs kəklikotu və kəklikotu suyunun faydaları nədir?
Qoxusu, görünüşü və dadı ilə çox məşhur olan kəklikotu sağlamlığınıza inanılmaz faydalar verir. Kəklikot tərkibindəki vitamin və minerallarla zəngindir və antioksidan təsiri var.
Lakin,kəklikotu suyunun həddindən artıq içilməsi həssas orqanlarda allergiyaya səbəb ola bilər. Başgicəllənmə və ya baş ağrısı yarada bilər.
Davamı →

Kəklikotu çayı

Soyuqdəymə zamanı müalicəvi məqsədlərlə istifadə olunan dəmləmələrdən biri də kəklikotu çayıdır. Kəklikotu tarixi çox qədim olan bitkidir və ondan dərman kimi istifadə hələ IV-V əsrlərə gedib çıxır.

O zaman yerli sakinlər bilirdilər ki, bu bitkinin soyuqdəymə, bağırsaq xəstəliklərində faydası çoxdur. Müasir elmə kəklikotunun 400-ə qədər növü məlumdur.

İmmun sistemini gücləndirən kəklikotu çayı qrip və soyuqdəymə ilə mübarizədə kömək edir. Soyuqdəymə xəstəliklərinin ilk simptomlarında kəklikotu çayı insanın səhhətinə, əhvalına müsbət edir, xəstəliyin inkişafını dayandırır.
Davamı →

Kəklikotulu çay

Kəklikotu və onun faydalı xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. Qədimdə bu otu «ruhun gücü» adlandırırdılar. Kəklikotu həqiqətən insanın əhvalını yaxşılaşdırmaq, depressiya və streslə mübarizə etmək xüsusiyyətlərinə malikdir.

Bundan əlavə kəklikotulu çayının bu kimi müsbət təsirləri var:
— qurdları və mikrobları öldürür
— ağrıları azaldır
— nəfəs yollarını təmizləyir, çox gözəl bəlğəmgətiricidir
— immun sistemini möhkəmləndirir
— orqanizmi tonuslaşdırır, yorğunluğu azaldır, gümrahlıq bəxş edir
— soyuqdəymə zamanı xəstənin vəziyyətini yüngülləşdirir
— kişilərdə potensiyanı yaxşılaşdırır
— böyrəkləri təmizləyir, sistit zamanı kömək edir
— qadınlarda laktasiyanı (südün ifrazı ) artırır
— arıqlamağa kömək edir
— dərini təmizləyir.
Davamı →