Kəpək

Kəpək — baş dərisində əmələ gələn  çirkin kiçik pulcuqlardı.
Belə pulcuqlarla  bəzədilmiş saçlar estetik baxımdan xoş görünmədikləri üçün insana narahatlıq verir
Kəpək qaşınma və dərinin qızartısı ilə müşayiət edilə bilər və insanın fiziki cəhətdən əziyyət çəkməsinə səbəb ola bilər
Saçlar canlı görünmürlər və parlaqlığını itirirlər
Adətən kəpək sıx saç tökülməsi ilə müşayiət olur
Davamı →

Kəpəkli saçlardan necə xilas olaq?

Kəpək müasir dövrün sağlamlıq problemlərindən biridir. Bu problemlə qarşılaşmayan insan demək olar ki yoxdur. Hər kəs də onunla mübarizə yolları axtarır. Bəs kəpəkdən tam qurutlmaq mümkündürmü? Aile.lent.az kəpək problemi yaşayanlar üçün bu yazını oxumağı məsləhət görür.

İlk növbədə onu bildirək ki, kəpək dəri xəstəliyidir. Bəzi insanlarda mövsümi, bəzilərində müxtəlif səbəblərdən qaynaqlana bilər. Lakin həll edilə bilən problemdir. Kəpək başdakı ölü dərilərin tökülməsindən qaynaqlanır və saçların arasından görünməyə başlayır. Bu isə ən əsası xoş olmayan görünüş və diskamfort yaradır. Saçın çirkli, ya da təmiz olmasından asılı olmayaraq kəpək xaricdən çirkli görünüş yaradır. Bununla yanaşı sağlamlıq baxımından da ciddi bir problemdir.
Davamı →

Seboreya

Seboreya xəstəliyi saç diblərinin kəpəklənməsi, qaşınması və ən əsası da saç görüntüsünü pozmasıdır. Belə ki seboreyalı insanların saçlarında həmişə kəpəklənmə olduğundan kəpək üst paltarlarına belə tökülə bilir.

Çox çətin müalicəyə tabe olan bir xəstəlikdir. İndi hal-hazırda at pıtrağı bitkisi çıxıb Azərbaycanın hər tərəfində bol-bol bitir, bu bitkinin köklərini yığın, ət maşınından keçirin və saç diblərinə çəkin, 2 saat gözləyin, sonra ilıq su ilə yuyun. Bunu gündə bir dəfə 20 gün edin, həm seboreya, həm saç tökülməsi və həm də saç diblərindəki qızartı və səpgiləri götürmək üçün yaxşı bir vasitədir.

Diqqət: İstifadə zamanı səpgilər və qaşıntı artarsa, deməli bu bitkiyə allergiyanız var, istifadəni dayandırın.
Davamı →

Kəpək niyə əmələ gəlir?

Kəpək baş dərisinin ölmüş hüceyrələrindən ibarətdir. Normal halda, bədənin digər hissələrinin dərisində olduğu kimi, başın dərisindəki hüceyrələri də müəyyən müddət keçdikdən sonra yeniləri ilə əvəz olunur.

Bu zaman ölmüş köhnə hüceyrələr insan gözü üçün nəzərə çarpmadan başın dərisindən xaric olunur. Beləliklə, başda az miqdarda kəpək olması tam normal fizioloji prosesdir. Ancaq müxtəlif səbəblər nəticəsində baş dərisinin hüceyrələri daha qısa vaxtdan sonra lay-lay qopmağa başlayır. Bu zaman saçlar xeyli sayda xoşagəlməz yapışqan pulcuqlarla (baş dərisinin yağlı tipində) örtülür və ya başdan paltarların üzərinə xeyli miqdarda quru kəpəklər tökülməyə başlayır (baş dərisinin quru tipində).

Saçların yuyulması da problemi həll etmir – saçlar qurumağa mahal tapmamış kəpəklər yenə də əmələ gəlir. Kəpəklərin olması yalnız estetik çatışmazlıq deyil. Ölmüş dəri hüceyrələri baş dərisinin səthində toplanması nəticəsində saçlar normal “nəfəs almır”, zəifləyir, daha asanlıqla qırılır və tökülməyə başlayır.
Davamı →