Kappuçino

Havaların soyuduğu bu zamanlarda içinizi isidən içkilər hazırlamağın tam zamanıdır. Belə içkilərdən biri də kappuçinodur. 

Tərkibi:

● 2 stəkan süd

● 4 çay qaşığı rəndələnmiş ağ şokolad

● 4 çay qaşığı şəkər tozu

● 2 çay qaşığı qəhvə dənəsi

● Yarım stəkan krem şanti

Hazırlanması:

İlk öncə südü balaca bir qazanda isidin. Rəndələnmiş şokolad və qəhvəni üzərinə əlavə edib əriyənə kimi qarışdırın. Hazırlanmış qarışığı 4 kapuçino fincanına süzün. Krem şantini üzərlərinə töküb üstünə darçın səpin. İsti halda süfrəyə verin.     


Davamı →

Kappuçino, Venesuela, Jaluzi | Kəliməbaz

Kappuçino

1525-ci ildə İtaliyanın Marke bölgəsindən olan fransiskan mürid Matteo di Bassi dövrünün keşişlərinin dini xadim Assizli Fransiskonun tətbiq etdiyi həyat tərzində yaşamadıqlarını iddia edərək fransiskan təriqətinin yeni bir qolunu yaradır. Onun tərəfdaşları tərkidünyalığın rəmzi sayılan qonur rəngli kapuşonlu cübbə geyməyə başlayırlar. İtalyan dilində kapuşonun tərcüməsi “kappuço”dur (əsli “cappucio”) və bu səbədən el arasında bu rahiblərə geyimlərindən dolayı “kappuçin” ləqəbi verilir.
 Kapuçino

Sonrakı dövrlərdə “kappuçin” kəlməsi, ümumiyyətlə, cübbənin malik olduğu rəngə istinadən tez-tez işlədilməyə başlayır və təsadüfi deyil ki, haqqında bəhs etdiyimiz qəhvə də ixtira edilərkən rəngindən dolayı məhz “kappuçino” adlandırılır.


Ardı →