Tərəvəzlər haqqında

  • Flora
Pomidor SOLANUM LYCOPERSİCUM -badımcançiçəklilər (Solanaceae) fəsinləsindəndir.Tərkibində olan B qruplu vitaminlər,C vitamini və karotin,eləcə də şəkər və üzvi turşular onun son dərəcə yüksək qiymətli yeyinti məhsulu olmasına zəmin yaradır.Pomidorda orta hesabla 4% şəkər,0,6% mini,karotin,B1,B2,və K vitaminləri,yod birləşmələri müəyyən edilmişdir.Pomidorda olan yodun zob xəstəliyinə qarşı müalicəvi əhəmiyyəti vardır.


Ardı →

Kartof: suallar və cavablar 2

Kartofun böyüməsində və yumru yaranmasında hansı hərarət olmalıdır? Yumru yaranması və kartofun inkişafı üçün optimal temperatur +18-22°C-dir. +25 °C temperaturda yumruların böyüməsi yavaşıyır, +30°C və yuxarı hərarət olduqda isə tamamilə dayanır. Lakin temperatur +10-12°C-yə qədər aşağı düşdükdə də yumru yaranması zəifləyir.


Çiçəkləmə zamanı kartofu tozlandırmaq lazımdırmı? Kartof öz-özünə tozlanan bitkilərə aiddir, ona görə də onu tozlandırmaya lüzum yoxdur.


Hansı dövrdə kartof çox suvarılma tələb edir? Ən çox miqdarda su bitkinin yumru yaranma dövründə işlədilir ki, bu da qönçələmə və çiçəkləmə fazasında başlayır. Bu zaman torpaqda nəmlik, onun tam rütubət tutumundan asılı olaraq, 80-85%-dən aşağı olmamalıdır.


Ardı →

Kartof: suallar və cavablar

Kartof sortunu hansı əlamətlərə görə seçməli? Hər şeydən əvvəl məhsuldarlıq, dad keyfiyyətləri, yumruların formaları, lətin rəngi, saxlanması, həmçinin yığım müddəti nəzərə alınır. Faraş sortlar 80-90 günə, orta faraş sortlar 100-115 gündən sonra, orta gec- və gecyetişən sortlar 120-135 gündən sonra yetişir.


Kartofu şitillərlə çoxaltmaq mümkündürmü və bunu necə etmək lazımdır? Kartofun yalnız qiymətli sortlarını şitillərlə əkirlər. Bundan ötrü yumruları işıqda iki həftə ərzində cücərdir, sonra kiçik yeşiyə köçürdürlər. Onların zoğlar 5-8 sm-ə çatanda yumruları yeşikdən çıxarır, şitilləri kök sistemi ilə birlikdə ayırır və aprelin axırından cərgələr arası məsafə 40-45 sm və bitkilər arası məsafə 20 sm olmaqla şırımlara köçürür və plyonka ilə müvəqqəti örtürlər. Yumruları 1-2 sm uzunluğunda cücərti verənədək gündüz işığında saxlayırlar. İkinci dəfə cücərdilmiş yumruları şırımlara cərgələr arası məsafə 50 sm, yumrular arası məsafə isə 25 sm olmaqla basdırırlar. Yumrulardan ayrılmış şitilləri basdırıldıqdan dərhal sonra onların kök sistemi, cücərmiş yumrunun dibi torpaqla doldurulur.


Ardı →

Kartof becərmənin Holland texnologiyası

Son illərdə kənd təsərrüfatı müəssisələrində, fermer və həyətyanı təsərrüfatlarda, həmçinin bağ-bostan sahələrində Hollandiya seleksiyalı kartofun bir çox sortları becərilməyə başlamışdır. Hollandiyadan gətirilmiş 10-dan artıq sort müxtəlif regionlarda yetişdirməkdən ötrü məsləhət görülmüşdür. Lakin onların bəziləri kartofçular tərəfindən bəyənilməmişdir. Məhsuldar holland sortları ilə kartof çeşidlərinin artırılması praktiki olaraq məhsuldarlığın artırılmasında özünü göstərməmişdir. Axı bizim kartof sortları potensial olaraq yüksək məhsuldardırlar və hətta məsləhət görülən texnologiyaya tam əməl edilmədiyi hallarda belə, hektardan 20-30 ton məhsul verməyə qadirdir. Lakin bir hektardan orta məhsuldarlıq özəl sektorun təsərrüfatlarında 12-15 ton, holland fermerlərində isə 30-40 ton təşkil edir.
Ardı →