Təzə kartof

Mütəxəssislərin fikrinə görə, 3 aydan çox saxlandıqda kartof demək olar bütün faydalı xüsusiyyətlərini itirir və əksinə onun ziyanlı xüsusiyyətləri artır. Bu səbəbdən Avropa ölkələri qışda kartofu isti ölkələrdən alır ki, orada kartof ildə 3 dəfə yığılır.

Təbii ki, təzə kartof köhnə kartofla müqayisədə qat-qat faydalıdır. Təzə kartof C, B və PP vitaminlərlə zəngindir. C vitaminin günlük porsiyasını almaq üçün yarım kq bişmiş kartof yemək kifayətdir.

Davamı →

Xərçəngdən qoruyan tərəvəzlər

Çin alimlərinin fikrinə görə, kartof, soğan və kələmin tez-tez qəbulu mədə xərçənginin riskini xeyli azaldır. Alimlər 6 milyondan artıq insan iştirak edən 76 araşdırmanın nəticələrini təhlil edib bu qərara gəldilər. Araşdırmalarda qidalanma ilə xərçəngin riski arasında olan əlaqə müəyyənləşdirilirdi.

Araşdırmalar göstərib ki, kələm, kartof və soğan kimi tərəvəzləri qidalanmasına tez-tez daxil edən insanlarda mədə xərçəngi 30% daha az hallarda inkişaf edirdi. Alimlər bu tərəvəzləri gündəlik qidalanmaya daxil etməyi tövsiyə edirlər.

Təbii ki, tərəvələri qızardılmış şəkildə deyil, çiy və ya bu mümkün olmadıqda az suda və ya buğda bişirilmiş halda yeməyi tövsiyə edirlər.
Davamı →

Cücərmiş kartofu istifadə etmək olarmı?


Mətbəxdə saxlanmaqdan cücərən kartoflara çox rast gəlinir. Mütəxəssislər bu cür kartofaları yeyərkən ehtiyatlı olmağa çağırır.

Kartof işığa çox məruz qaldıqda kimyəvi maddə olan sola istehsalına səbəb olur. Bu səbəbdən də kartoflar qaranlıq və sərin mühitdə saxlanmalıdır.

Kartoflar cücərdikdə nə baş verir?
Kartofa yaxından baxdıqda üzərində kiçik nöqtələr olduğunu görərik. Bu nöqtələr kök bağlarıdır. Yer üstündəki bitkilərdə bu bağlardan yeni yarpaqlar və budaqlar çıxır. Əgər kartofu da işıqlı yerdə saxlasanız, vaxt keçdikcə bu nöqtələrdən cücərtilər çıxar. Evdəki istilik səbəbindən yetişməsində günəş işığı da rol oynayır.
Davamı →

Dadlı fri kartof hazırlamaq üçün məsləhətlər

Kartofu yağa batırmazdan əvvəl salfetlə tamamilə qurutmağınız yaxşıdır. Əks halda su ilə təmasa girən yağ qızdıqca çırtlayıb sizi yandıra bilər.

Fri kartofunu hazırlayarkən rafinə edilmiş bitki yağlarına üstünlük verin. Bu zaman günəbaxan, zeytun, pambıq, qarğıdalı yağlarından istifadə edə bilərsiniz. Unutmayın ki, kartofda bu yağların dadını hiss edəcəksiniz.

Yağın lazımi temperaturadək qızdığını təyin etmək üçün 1 dilim kartofu tavadakı yağa salın. Əgər dərhal üzə çıxır, kənarlarında da qovuqcuqlar yaranırsa, deməli, əsl vaxtıdır. Ancaq belə olmursa, demək ki, yağın qızmasını bir qədər də gözləmək lazımdır.

Fri kartofunu hazır olduqdan sonra duzlamaq lazımdır, əks halda o, xırt-xırt olmaz. Yaxşı olar ki, kartofu boşqaba çəkib süfrəyə verərkən duzlayasınız.
Davamı →

Kartof suyunun faydaları

Kartof bir çox ölkədə sevilən bir tərəvəzdir. Bizim ölkəmizə Cənubi Amerikadan gəlmişdir. Kartof, sevilməsinin yanında bir çox müalicəvi xüsusiyyəti də ehtiva edir. Hətta bu müalicəvi xüsusiyyətlər tibb dünyasının da diqqətini çəkmişdir və tibb sahəsində kartofdan faydalanıblar.

Son illərdə edilən araşdırmalara görə, kartof şirəsinin içərisində olan turşular, minerallar və fermentlər sağlamlığımıza olduqca faydalıdır.

Kartof suyu həzm sistemimizin düzgün işləməsini təmin edir. Mədəmizdə xoranın meydana gəlməsini azaldır. Əgər məqsədiniz xoranı azaltmaqdırsa, qırmızı kartof suyunu istifadə etməyinizi tövsiyə edə bilərik.
Davamı →

Kartof qabığı


Kartof qabığının ən az kartof qədər faydalı olduğunu bilirsinizmi?
Potasium qaynağıdır
Qabığı ilə birgə bişirilmiş iri bir kartof təxminən 1600 mq potasium tərkiblidir. Eyni zamanda qan təzyiqini aşağı salır.
Lif qaynağıdır
Qabıqlı kartofun tərkibində 7 qr lif var, ancaq qabıqsız halda bu lif  miqdarı 1 qrama düşür. Bu uzun müddət tox hiss etmənizə kömək edər, infarkt riskini və xolesterolu aşağı salır, şəkər xəstəliyinə yoluxma ehtimalının qarşısını alır.
C vitamin qaynağıdır
İri bir kartof qabığında 29 mg C vitamini var. Portağalın tərkibindəki C vitamin miqdarından 3 qat daha çoxdur. Antioksidan olaraq yaraların tez sağalmasına kömək edir.
İri bir maqnezium qaynağıdır
Manqanaz, protein, karbonhidrat və xolesterol işləmi və sümüklərin yaranmasında mühüm rol oynayır. Gündəlik maqnezium ehtiyacının 33 faizini ödəyir.
Vitamin B6 ilə zəngindir
Bu vitamin kardivaskular, həzm, immunitet,  əzələ və sinir sistemi üçün əhəmiyyətlidir. Eyni zamanda beyin hormonları üçün faydalıdır. Kartof qabığı gündəlik B6 vitamin ehtiyacının 46 faizini qarşılayır. 
Davamı →

Kartofun faydaları

  • Flora
kartofKartof qida əhəmiyyətli, dərman xüsusiyyətli, texniki və nektar təbiətli bitki sayılır. Kartofun kök yumrularının tərkibində insan orqanizmi üçün lazım olan zəngin bioloji aktiv maddələr var. 
Kartofda C vitamini çox olduğu üçün qiymətli ərzaq məhsulu sayılır. 200 qrama qədər kartofda olan C vitamini orqanizmin bu vitaminə olan gündəlik tələbatını ödəyir.Lakin kartofu çox saxladıqda C vitamini getdikcə azalır. 

Kartof göz yorğunluğu üçün də faydalıdı. Yazı yazanda,kompüterdə uzun müddət işlədikdə göz qapaqlarında əmələ gələn yorğunluğu və şişləri aradan qaldırmaq üçün kartofdan hazırlanan məlhəmdən istifadə etməyi məsləhət görürlər. Bunun üçün çiy kartofu götürüb soyun.
Sonra sürtkəcdən keçirib alınan kütləni kündə halına salıb tənzifə bükün və göz qapaqlarının üzərinə qoyub 15-20 dəqiqə saxlayın.
Qısa bir zamanda göz qapaqlarında əmələ gələn şiş və yorğunluq heç bir iz qoymadan keçib gedəcəkdir.

 Kartofdan müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə etmək də müsbət nəticə verir. Belə ki, yanğı hissi, qastrit, mədə xorası, hipertoniya üçün 2-3 ədəd kartofu yuyun, sürtkəcdən keçirin (qabığı ilə birgə), 5-6 qatlı tənzifin arasına qoyub sıxın. Bu şirəni yeməkdən 30 dəqiqə qabaq 50 — 100 ml olmaqla gündə 3-4 dəfə qəbul edin.


Ardı →

Kartofun tarixi

Dənli bitkilərdən sonra kartof ən geniş yayılmış ərzaqlardan biri hesab olunur. Bundan başqa, ondan sənayedə müxtəlif məhsullar, habelə xammal da alınır. Məsələn, 1 ton kartofdan orta hesabla 170 kiloqram nişasta, yaxud 80 kiloqram qlükoza və ya 112 litr etil spirti alınır. Ondan mal-qara üçün 1,5 ton yem kütləsi də almaq olur. Kartofdan alınmış etil spirtindən 150-yə yaxın müxtəlif sənaye sahələrində istifadə edilir. Spirt istehsalı zamanı böyük həcmdə karbon qazı alınır ki, onu da soyudub quru buza döndərirlər.
Kartofun faydalı cəhətləri çoxdur. Məsələn, çiy kartof şirəsi mədədə və onikibarmaq bağırsaqda yaraların sağalmasına müsbət təsir göstərir
Davamı →

Kartofda fizioloji xəstəliklər

Yoluxucu olmayan kartof xəstəlikləri bitkinin yerüstü hissəsinə və yumrularına əlverişsiz mühit amillərinin təsiri nəticəsində baş verir. Torpaqda qida elementlərinin, nəmliyin çatışmaması, yaxud artıqlığı, aşağı, yaxud yüksək temperaturların təsiri məhsula və onun keyfiyyətinə xeyli zərər vura bilir.
Ardı →